Məhkəmə qərarları › İş №2(3-9)-839/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-839/2026

18.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-839/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, ilk iddia üzrə iddiaçı İddiaçı iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı birgə nikah dövründə mənzilə görə ödənilən məbləğin bölünməsi tələbinə dair ilk və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma və birgə nikah dövründə alınmış kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cavabdeh ilə İddiaçı ## ###### 2016-cı ildə rəsmi nikahda olmuşlar. Birgə nikahdan - ## ###### 2017-ci ildə Nilay və ## ### 2022-ci ildə Raul adlı uşaqları doğulmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah qeydi pozularkan tərəflərin birgə nikahlarından doğulmuş iki uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə rəsmi nikaha daxil olduğu ## ###### 2016-cı il tarixdən nikaha xitam verilən ## #### 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin yarısının, yəni, 22.866 manatın Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməklə onun qeydiyyatdan çıxarılması, İddiaçı ilə birgə nikahda olduğu dövrdə, yəni ## ##### 2024-cü il tarixində “X1” Açıq Səhmdar Cəmiyyətindən (ASC-dən) götürdüyü 22500 manat əsas kredit borcunun yarısının, yəni 11250 manat pulun, həmçinin onun üzərində ödəniləcək 10321.94 manat faiz borcunun yarısının yəni, 5160.97 manat pulun, “Bol kart” kreditinin yarısının, yəni 2500 manat pulun, ümumilikdə 18910.97 manat pulun, həmçinin, 350 manat vəkil xidmət haqqının, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə “Xəzər İnşaat XXI Əsr” MMC arasında bağlanmış ## ###### 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə görə müqavilə bağlanmış, mənzilin ümumi dəyəri 59082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6000 manat Cavabdeh tərəfindən ödənilmişdir. Həmin tarixdən etibarən xxxx ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli əsasında kredit və ona hesablanmış faizlər cavabdeh tərəfindən hər ay “xxxx” ASC-yə ödənilmişdir. Sözügedən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olduğu ## ###### 2016-cı il tarixdən nikaha xitam verildiyi ## #### 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə görə cavabdehin adından 103 ay müddətində hər ay 444 manat olmaqla 45.732 manat kredit ödənişi edilmişdir. Həmin ödəniş tərəflərin birgə nikahda olduğu və birgə təsərrüfat idarə etdikləri dövrdə olduğundan ilkin iddia üzrə iddiaçı ödənilmiş kredit ödənişinin yarısını, yəni 22.866 manatını ilkin iddia üzrə cavabdehdən tələb edir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “Xəzər İnşaat XXI Əsr” MMC ilə bağlanmış ## ###### 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə görə müqavilə bağlanmış, mənzilin ümumi dəyəri 59082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6000 manat onun tərəfindən ödənilmişdir. Həmin tarixdən etibarən xxxx ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli əsasında kredit və ona hesablanmış faizlər onun tərəfindən hər ay “xxxx” ASC-yə ödənilmişdir. Mənzil tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Qarşılıqlı iddiaçı tələbində göstərmişdir ki, birgə nikah dövründə ailənin ehtiyaclarını qarşılamaq üçün ## ##### 2024-cü il tarixdə “X1” ASC-dən 19.90 faizlə 48 ay müddətinə 22500 manat kredit, həmçinin, həmin bankdan eyni tarixdə 5000 manat məbləğdə “Bol Kart” krediti götürmüş və həmin kreditlərə görə hər ay 600 manat banka ödəniş edir. Həmin vəsaiti ailənin ehtiyacları üçün sərf etmişdir. Belə ki, həmin vəsait İddiaçı özünə aid olan borclarını, uşaqların qayğıları və ailənin ehtiyacları üçün, “xxxx” ASC-dən götürdüyü krediti bağlamaq üçün, həmçinin nikahdan əvvəl ipotekda olan mənzilin ödənişinə xərclənmişdir. Hesab edir ki, birgə nikah dövründə ailənin ehtiyacları üçün götürdüyü kredit məbləğinin və onun üzərində ödəniləcək faiz məbləğinin yarısı, yəni 11250 manat əsas borc və 5160.97 manat faiz borcu, həmçinin “Bol kart” kreditinin yarısı, yəni 2500 manat İddiaçı alınıb ona verilməlidir. Həmçinin qeyd edir ki, cavabdehlə aralarında nikah qeydi pozulduğu üçün nikahdan əvvəl aldığı, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzildən İddiaçı istifadə hüququna xitam verilməli və o, həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) ## ####### 2025-ci il tarixli qətnaməsi ilə ilk və qaşılıqlı iddia qismən- Cavabdeh 11091 (on bir min doxsan bir) manat 25 (iyirmi beş) qəpik alınaraq İddiaçı verilməsi hissədə təmin edilmiş, izah edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İlkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qalan hissələrdə təmin edilməmiş, iddia qaldırılarkən İddiaçı ödəmiş olduğu 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160 manat dövlət rüsumu, cəmi 185 (bir yüz səksən beş) manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia qaldırılarkən Cavabdeh ödəmiş olduğu 351 manat vəkil xidmət haqqı və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147 manat dövlət rüsumu, cəmi 498 (dörd yüz doxsan səkkiz) manatın İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4, 23.1, 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 4.15, 6.35, 6.40-cı bəndləri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə bu zaman qarşılıqlı əvəzləşmə apararaq həm ilk, həm də qarşılılı iddianı qismən təmin etmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər M.Əsədli, T.Heydərov və A.Novruzova) apellyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Cavabdeh 21.312 manatın alınaraq iddiaçı İddiaçı verilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməsi, ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İşə ilk iddia üzrə cavabdeh Cavabdeh kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli (hakimlər E.Şamayev, V.Həsənov və Ə.Xıdırov) qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni qarşılıqlı iddia üzrə pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Cavabdeh mobil telefon vasitəsi ilə qumar oyunlarının alüdəçisi olmuş, evdə olduğu vaxtlarda spirtli içkilər qəbul etmiş, onun qazancının xeyli hissəsi onlayn qumar oyunlarına və spirtli içkilərə sərf olunmuşdur. Cavabdeh ## ##### 2024-cü ildə “X1” ASC-dən götürdüyü kreditlərdən onun məlumatı olmamış, həmin pulu da Cavabdeh ailənin ehtiyacları üçün xərcləməmişdir. O, dəfələrlə qonşulardan borc pul almağa məcbur olmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında bildirmişdir ki, onunla rəsmi nikah münasibətində olduğu müddətdə 5 dəfə avtomobil alıb və həmin avtomobilləri də hər dəfə aldığı qiymətdən ucuz qiymətə satmışdır. Həmin maşınların heç birinə onu mindirmədiyini də xüsusilə vurğulamışdır. İzahatlar Apellyasiya baxışında İddiaçı ilə video görüntü vasitəsilə əlaqə qurulmuş, o, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və qarşılıqlı iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, aprel ayında götürülən kreditdən onun xəbəri olmamışdır. Ülvi evə və uşaqlara heç nə xərcləməyib. O, həmişə deyirdi ki, onun ipoteka borcu olduğu üçün digər banklar ona kredit vermirlər. Həmçinin, toy zamanı ona alınan bütün qızıl-zinyət əşyalarını da satmışdır. Anasının adına götürülən kreditin 14 ayını, özü (İddiaçı) ödəmişdir. Kredit ödənişlərində heç bir gecikmə olmayıb, hər ay kreditləri iddiaçı özü ödəyib. Götürülən pulların hamısını qumar və onlayn oyunlara xərcləyib. Bunları uşaqların yanında etmişdir. 2018-ci ildən tibb bacısı işləyir, özünün də qazancı var. Hazırda Xankəndi şəhərinə ezam olunmuşdur. Cavabdehin işlətdiyi telefonu da iddiaçı almışdır. Evə alınan plastik qapı pəncərənin pulunu da iddiaçı vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, qarşı tərəfin məhkəmə iclasına video-konfrans vasitəsilə qoşulmasına etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, nikahda olduğu dövrdə Yeni Günəşli qəsəbəsində mülkiyyətində olan evində cavabdehlə birgə yaşamış, 2025-ci ilin yanvar ayından həmin evdən çıxmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə 2025-ci ili iyul ayının 9-da həmin evdən çıxmışdır. İddiaçı 2025-ci ilin may ayında aliment verilməsi üçün ərizə vermişdir. Evin ipotekasına hər ay 444 manat məbləğində pul ödəyir. Qeyd olunan 22500 manat məbləğində krediti ## ##### 2024-cü il tarixdə “X1” ASC-dən 48 ay müddətinə götürmüşdür. Həmin kreditlə bağlı aylıq 683 manat ödəyir. Götürdüyü 22500 manat kreditin 12300 manatını həmin günü ipoteka üçün ödəmişdir. Səhhəti ilə bağlı işə çıxa bilmədiyindən 4-5 ay müddətində ödənişlərində gecikmələri yaranmışdır. Yerdə qalan məbləğin 2000 manatını iddiaçının (Rufanənin) “Tamkartı”nda olan borcu üçün ödəmişdir. 1820 manatı isə iddiaçının anasının “xxxx” ASC-yə olan borcuna görə ödəmişdir. İddiaçı işə girəndə öz qızıl-zinət əşyalarını satdığına görə götürdüyü kredit məbləğindən 4800 manat məbləğində iddiaçı üçün qızıl-zinət əşyasını hədiyyə qismində almışdır. Pul vəsaitinin 1200 manatını birgə yaşadıqları evə plastik qapı-pəncərə bağlatdırmaq üçün istifadə etmişdir. Qalan məbləğ isə ailə ehtiyaclarına xərclənib. Həmçinin 5000 manat məbləğində “Bolkart” alış-veriş kartı götürmüşdür. Bu kartdan həm o, həm də İddiaçı istifadə etmişdir. Hazırda 22500 manat kredit müqaviləsi üzrə borc onun əmək haqqından tutulur. Həmin borc bitdikdən sonra isə “Bolkart” üzrə borc onun əmək haqqından tutulacaq, hazırda icradadır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində o, qarşılıqlı iddianın təmin olunması hissəsində, yəni kredit borcunun bölünməsi hissəsində qətnamənin ləğv edilərək, qarşılıqlı iddianın tamamilə təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, qətnaməsi qarşılıqlı iddia üzrə pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya hazırki işə apellyasiya şikayəti həddində- qarşılıqlı iddianın kredit borcunun bölünməsi tələbinə dair hissədə baxır. İşin faktiki hallarından görünür ki, tərəflər ## ###### 2016-ci ildə rəsmi nikahda olmuşlar. Birgə nikahdan ## ###### 2017-ci il və ## ### 2022-ci il təvəllüdlü 2 uşaq doğulmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş iki uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Bundan başqa, işin aşağıdakı faktiki halları müəyyən edilir: ## ###### 2015-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi ilə “Xəzər İnşaat XXI Əsr” MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivində * saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, “B” blok, 6-cı mərtəbə, “E” nömrəli, 1 otaqlı mənzili tikib Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin ümumi sahəsi 45,8 kv.metr, mənzilin 1 kv.metrinin dəyəri 1.290 manat olmaqla, müqavilənin ümumi dəyəri 59.082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6.000 manat ödənilmişdir. ## ###### 2015-ci il tarixli kredit müqaviləsi ilə “xxxx” ASC tərəfindən Cavabdeh 53082 manat məbləğində kredit verilmiş, borc alan isə həmin krediti 240 ay müddətində hər ay 444 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, *** nömrəli mənzil üzərində Cavabdeh mülkiyyət hüququ ## ####### 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ## ##### 2024-cü il tarixli, CC/*****/A*/* saylı kredit müqaviləsi ilə “X1” ASC tərəfindən Cavabdeh illik 19,90% olmaqla 48 ay müddətinə 22.500 manat məbləğində kredit verilmişdir. ## ##### 2024-cü il tarixli, AL/*****/A*/* saylı digər kredit müqaviləsi ilə “X1” ASC tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 25%-lə 5.000 manat məbləğində kredit xətti açılmışdır. ## ####### 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh «X1” ASC-yə ## ##### 2024cü il tarixli CC/*****/A*/* saylı kredit müqaviləsi üzrə əsas borcu 16645,68 manat, faiz borcu 193,41 manat, cərimə borcu 37,59 manat, cəmi borcu 16876,68 manat təşkil edir. ## ####### 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh «X1” ASC-yə ## ##### 2024cü il tarixli AL/*****/A*/* saylı kredit müqaviləsi üzrə əsas borcu 4708,39 manat, faiz borcu 160,23 manat, cərimə borcu 28.20 manat, cəmi borcu 4896,82 manat təşkil edir. ## ######## 2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh ## ##### 2024cü il tarixdə “xxxx” ASC-yə olan kredit borcundan 12379 manat ödəniş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbində İddiaçı ilə birgə nikahda olduğu dövrdə, yəni ## ##### 2024-cü il tarixində “X1” ASC-dən götürdüyü 22500 manat əsas kredit borcunun yarısının, yəni 11250 manat pulun, həmçinin onun üzərində ödəniləcək 10321.94 manat faiz borcunun yarısının yəni, 5160.97 manat pulun, “Bol kart” kreditinin yarısının, yəni 2500 manat pulun, ümumilikdə 18910.97 manat pulun, həmçinin, 350 manat vəkil xidmət haqqının, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat dövlət rüsumunun İddiaçı tutulub ona verilməsini xahiş etmişdir. Mübahisələndirilən hissədə qarşılıqlı iddia üzrə iddiaçı birgə nikah dövründə götürülmüş kreditə görə borcun bölünməsini tələb etmişdir. Belə ki, tərəflərin ailə münasibətləri mövcud olduğu zaman, ## ##### 2024-cü il tarixdə Cavabdeh “X1” ASC ilə iki kredit müqaviləsi bağlamaqla, birincisi ilə 22.500 manat məbləğində nağd krediti almış, ikincisi ilə isə ona 5.000 manat məbləğində kreditin xətti açılmışdır. İddiaçı həmin kreditin ailə ehtiyaclarına sərf olunmasını qeyd etməklə, borcun tərəflər arasında bölünməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ödənilməmiş kredit borcu tərəflər arasında bölünməlidir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında qeyd edildiyi kimi, əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyrimümkündür (bənd 3.14, 3.15). Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar (bənd 6.35). Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarı, bənd 39). Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir (Həmin Qərarın 40-cı bəndi). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının icra edilməmiş öhdəliyinin tam olaraq qarşılılı iddia üzrə cavabdehdən tutumaqla maddi və prosessual hüquq normalarını pozmuşdur. Qanunvericiliyin tələbinə görə, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Həm Konstitusiya Məhkəməsinin Plenumunun, həm də Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarlarında birgə nikah dövründə ərin (arvadın) adına yaranmış öhdəliyin (borcun) ailə ehtiyaclarına sərf olunması müəyyən olunmalıdır. Hazırkı işin hallarından müəyyən olunur ki, qarşılıqlı iddiaçı “X1” ASC ilə kredit münasibətlərinə daxil olaraq, yuxarıda qeyd olunan kredit məbləğləri götürmüşdür. Həmçinin müəyyən olunur ki, kredit müqavilələri bağlanan zaman tərəflərin ailə münasibətləri pozulmamışdır. Birinci instansiya məhkəməsi “xxxx” ASC-də Cabiyev Ülvi Ramazan oğlunun kredit hesabından çıxarışa istinad etməklə müəyyən etmişdir ki, yuxarıda qeyd olunan mübahisəli kredit müqavilələri bağlanan tarixdə - ## ##### 2024-cü ildə sonuncu tərəfindən ## ###### 2015ci il tarixli həmin banka kredit borcu üzrə 12.379,62 manat məbləğində ödəniş edilmişdir. Qarşılıqlı iddiaçı izahatında göstərmişdir ki, 22500 manat məbləğində krediti ## ##### 2024-cü il tarixdə “X1” ASC-dən 48 ay müddətinə götürmüşdür. Həmin kreditlə bağlı aylıq 683 manat ödəniş edir. Götürdüyü 22500 manat kreditin 12300 manatını həmin günü ipoteka üçün ödəmişdir. Yerdə qalan məbləğin 2000 manatını iddiaçının (Rufanənin) “Tamkartı”nda olan borcu üçün ödəmişdir. 1820 manatı isə iddiaçının anasının “xxxx” ASC-yə olan borcuna görə ödəmişdir. İddiaçı işə girəndə öz qızıl-zinət əşyalarını satdığına görə götürdüyü kredit məbləğindən 4800 manat məbləğində iddiaçı üçün qızıl-zinət əşyasını hədiyyə qismində almışdır. Pul vəsaitindən 1200 manatını birgə yaşadıqları evə plastik qapı-pəncərə bağlatdırmaq üçün istifadə etmişdir. Qalan məbləğ isə ailə ehtiyaclarına xərclənib. Həmçinin 5000 manat məbləğində “Bolkart” alış-veriş kartı götürmüşdür. Bu kartdan həm o, həm də İddiaçı istifadə etmişdir. Hazırda 22500 manat kredit müqaviləsi üzrə borc onun əmək haqqından tutulur. Həmin borc bitdikdən sonra isə “Bolkart” üzrə borc onun əmək haqqından tutulacaq, hazırda icradadır. Qarşılıqlı iddia üzrə cavabdeh izahatında aprel ayında götürülən kreditdən onun xəbəri olmadığını, iddiaçının evə və uşaqlara heç nə xərcləmədiyini, götürülən pulların hamısını qumar və onlayn oyunlara xərclədiyini bildirsə də bu hallar ağlabatan mühakimə baxımından inandırıcı görünmür. Digər tərəfdən, cavabdeh bildirmişdir ki, kreditlərdə gecikmə olmayıb, hər ay kreditləri iddiaçı özü ödəyib. Hər bir halda, qarşılıqlı iddia üzrə cavabdeh tərəf həmin tələb üzrə iddiaçının ailəni ümumiyyətlə dolandırmamasını, onun və yetkinlik yaşına çatmayan uşaqların xərclərini qarşılamamasını iddia etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh birinci instansiya məhkəməsində və sonra verdiyi izahatında həmin tələb üzrə iddiaçının qumar oyunlarının aludəçisi olmasını bildirsə də, bu hal müəyyən olunmamışdır. Əksinə, iş materiallarından müəyyən olunur ki, tərəflər qarşılıqlı iddia üzrə iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzildə yaşamaqla, həmin mənzilin alınması üçün alınan kredit borcu birgə nikah dövründə tərəflərin birgə vəsaitləri hesabına vaxtaşırı ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı birgə yaşadıqları mənzildən özünün 2025-ci ilin yanvar ayında, cavabdehin İddiaçı isə 2025-ci ili iyul ayının 9-da çıxdığını bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə iddiaçı 2025-ci ilin yanvar ayından sonra kredit borclarını ayrıca vəsaiti hesabına ödəməyə başlamışdır. “X1” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, AL/*****/A*/* nömrəli və ##.##.2024-cü il tarixli, CC/*****/A*/* nömrəli kredit sazişləri üzrə ##.##.2025-ci il tarixdən hazırki iddia verilən ##.##.2025-ci il tarixədək, eləcə də sonrakı ödənişlər üzrə məlumat verilməsi barədə “X1” ASC-yə sorğu verilmişdir. Sorğuya cavab olaraq “X1” ASC ##.##.2026-cı il tarixli, ***/****/ŞRF nömrəli məktubla aşağıdakı məlumatları vermişdir: -Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, AL/*****/A*/* nömrəli kredit kartı müqaviləsi üzrə ##.##.2025-##.##.2025-ci il tarixləri aralığında ümumilikdə 2008 (iki min səkkiz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda, Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, CC/*****/A*/* nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-##.##.2025-ci il tarixləri aralığında ümumilikdə 5609 (beş min altı yüz doqquz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Məlumata görə, ##.##.2025-ci il tarixdən məktub verilən tarixədək kredit kartı müqaviləsi üzrə ödəniş həyata keçirilməmiş, istehlak krediti müqaviləsi üzrə isə 2031 (iki min otuz bir) manat məbləğində (1531 (min beş yüz otuz bir) manat hissəsi icra sənədi üzrə tələbin borclunun əmək haqqına yönəldilməsi yolu ilə) ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Bu baxımdan Kollegiya hesab edir ki, baxılan hissədə apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh iddiası qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlə ailə münasibətlərinə faktiki xitam verildiyi vaxtdan sonra iddiaçının (iddia ərizəsi veriən vaxtadək) ayrıca vəsaiti hesabına kredit borclarına görə ödədiyi 7617 (2008 + 5609) manat məbləğin (ödənilən borc vəsaitinin) yarısı qarşılıqlı iddia üzrə cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- qarşılıqlı iddianın kredit borcunun bölünməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, ödənmiş kredit borcuna görə İddiaçı 3808.50 manat məbləğində pul tutulub Cavabdeh ödənilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini sonradan ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi halda onun qarşı tərəfdən ödənilmiş həmin borc məbləğinin bölünməsini də tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən çox olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən- qarşılıqlı iddianın kredit borcunun bölünməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Ödənmiş kredit borcuna görə İddiaçı 3808.50 manat məbləğində pul tutulub Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan mübahisələndirilən hissədə təmin edilməsin. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən çox olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar