Məhkəmə qərarları › İş №2(3-9)-869/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-869/2026

17.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-869/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cavabdehin hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icra üsulunun dəyişdirilməklə hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya xərci olaraq ödənilmiş 60 manatın cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsinə əsasən cavadeh Cavabdeh ilə aralarında olan Cəlilabad rayon Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış ## ###### 2013-cü il tarixli, ** nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X2 və ##.##.2021ci il təvəllüdlü X2 onun yanında saxlanılması və ## #### 2025-ci il tarixdən başlayaraq həmin uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almaqla icraya yönəldilmiş və hazırda qismən icra olunur. Lakin cavabdehin digər gəlirlərini hesablamaq mümkün olmadığından qətnamə həmin hissədə icra olunmur. Eyni zamanda cavabdehin aylıq əmək haqqısı üzrə tutulan 300 manat aliment üç uşağın saxlanılması üçün kifayət etmir və cavabdeh də könüllü qaydada uşaqların saxlanılması üçün köməklik göstərmədiyindən, alimentin sabit pul məbləğində tutulması tələbi ilə məhkəmədə müraciət etmişdir. O, hazırkı mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh iştirak etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Vüsal Cəbrayılov) iddia qismən təmin edilmiş, ## ###### 2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin dərhal icraya yönəldilməsi, cavabdeh Cavabdeh 92 (doxsan iki) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatının cavabdeh Cavabdeh alınıb iddiaçıya İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş: AZ-III № ****** nömrəli “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 ## ###### 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-IV № ****** nömrəli “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X1 ## ###### 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-IV № ****** nömrəli “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X2 ## ###### 2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. ## ###### 2026-cı il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi barədə ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyanın keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, ## #### 2025-ci il tarixdən başlayaraq, ## ###### 2015-ci il təvəllüdlü X3, ## ###### 2017-ci il təvəllüdlü X1 və ## ###### 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarı, İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25ci maddəsinin 2-ci bəndi, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13-cü maddələri, Ailə Məcəlləsinin 56.1, 75, 100.2-ci maddələri, zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 119.1, 112.1.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, aliment öhdəliyini icra edir və yayınmır. O vaxtdan bu günə qədər qazancında və başqa gəlirlərində hər hansı dəyişiklik olmayıb. Əksinə azalma olub. Belə ki, o, günlük fəhlə işləyir. Bu da daimi xarakterli deyil. Yalnız iş olduğu günlərdə işləyib qazanc əldə edir. Onu da qeyd edir ki, alimentdən əlavə uşaqları ilə görüşən zaman onlara əlavə vəsaitdə xərcləyir. Bundan əlavə səhhətində olan ciddi xəstəlikdə onun digər işlərdə işləməyinə maneçilik törədir. Uşaqları saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Məhkəmə qərarı əsaslı olmaqla icrasıda mümkün olmalıdır. Hazırda dövlət adınan qəbul edilmiş məhkəmə qərarını icra etmək onun üçün imkansızdır. Alimentin artırılması mövcud iqtisadi şərait və gəlirlərimə tərs mütənasibdir. Məhkəmə nikah pozularkən təyin edilmiş alimentdən sonra maddi vəziyyətində hər hansı artımın olmamasına baxmayaraq əsassız olaraq alimentin artırılması barədə qərar qəbul etmişdir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-## ###### 2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan üç uşağın – ## ###### 2015-ci il təvəllüdlü X3, ## ###### 2017-ci il təvəllüdlü X1 və # ###### 2021-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin icra üsulunun dəyişdirilməsini və hər uşaq üçün ayda 300 manat olmaqla, ümumilikdə 900 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)- ***/**** saylı qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. İddiaçı hazırkı tələbinə əsas kimi göstərmişdir ki, cavabdehin digər gəlirlərinin müəyyən edilə bilməməsi səbəbindən əvvəlki qətnamə həmin hissədə icra olunmur, əmək haqqından tutulan aliment isə üç uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh tərəfindən uşaqların saxlanılması üçün könüllü qaydada əlavə maddi yardım göstərilmədiyini bildirən iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsini tələb etmişdir. Mübahisələndirilən qətnamə ilə ## ###### 2026-cı il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində cavabdeh aliment öhdəliyini icra etdiyini, gəlirlərinin artmadığını, əksinə azaldığını, gündəlik fəhlə kimi qeyri-müntəzəm işlədiyini, uşaqları ilə görüşərkən onlara əlavə vəsait xərclədiyini, habelə səhhəti ilə bağlı digər işlərdə işləməsinin çətin olduğunu bildirmişdir. O, müəyyən edilmiş aliment məbləğinin maddi vəziyyətinə uyğun olmadığını və həmin məbləğin ödənilməsinin onun üçün mümkün olmadığını qeyd etmişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, 2026-cı il üçün uşaqlar üçün müəyyən edilmiş 260 manat aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün minimum əmək haqqının 0,5 misli həddində (hazırda 200 manat) qət etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq hər uşağın saxlanması üçün minimum əmək haqqının 0,5 misli həddində (hazırda 200 manat) alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumunun uşaqlar üçün 260 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarı ilə aliment öhdəliyinin müəyyən edilməsi zamanı alimentin ödənilməsinin real imkanlarının, o cümlədən aliment ödəyən şəxsin maddi və ailə vəziyyətinin nəzərə alınmasının zəruriliyi ilə bağlı yanaşma müəyyən edilmişdir. Bu baxımdan alimentin məbləği yalnız uşağın tələbatları deyil, eyni zamanda həmin məbləğin aliment ödəyən şəxs tərəfindən faktiki olaraq ödənilməsinin mümkünlüyü nəzərə alınmaqla müəyyən edilməlidir. Hazırkı iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə cavabdehin hər ay qazancının və digər gəlirlərinin 1/2 hissəsi miqdarında aliment ödəməsi müəyyən edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, cavabdehin gəlirlərinin sabit və müntəzəm xarakter daşıması müəyyən olunmamışdır. Cavabdeh apellyasiya şikayətində gündəlik fəhlə kimi qeyrimüntəzəm işlədiyini, gəlirlərinin azaldığını və əvvəl müəyyən edilmiş aliment öhdəliyinin maddi imkanlarına uyğun olmadığını bildirmişdir. Belə vəziyyətdə alimentin cavabdehin faktiki və müntəzəm gəlirlərindən faiz nisbətində tutulmasının uşaqların saxlanılması üçün nəzərdə tutulan vəsaitin məbləğinin əvvəlcədən müəyyən edilməsinə imkan vermədiyi, habelə aliment öhdəliyinin icrasının real təminatını zəiflədə biləcəyi nəzərə alınmalıdır. Digər tərəfdən, cavabdeh gəlirlərinin azaldığını, daimi əmək haqqı almadığını və səhhəti ilə əlaqədar əlavə işlərdə işləməsinin çətin olduğunu bildirsə də, bu halları təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən cavabdehin yalnız şikayətdə göstərilən mülahizələri onun gəlirlərinin faktiki olaraq azaldığını, əmək qabiliyyətinin məhdudlaşdığını və ya müəyyən edilmiş aliment məbləğinin ödənilməsinin obyektiv olaraq mümkün olmadığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş edir. Bu tələb özündə, digər məsələlərlə yanaşı, alimentin məbləğinin artırılması ilə bağlı nəticənin mübahisələndirilməsini ehtiva edir. İş materiallarından, o cümlədən iddiaçının iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün əvvəllər hər ay 300 manat məbləğində aliment ödənilmişdir. Beləliklə, hazırda cavabdeh tərəfindən mübahisələndirilən hissə əvvəl ödənilən aylıq 300 manat məbləğində alimentlə qətnamə əsasında müəyyən edilmiş aliment məbləği arasındakı fərqdən ibarətdir. Hazırkı il üçün həmin fərq aylıq 300 manat təşkil etdiyindən, illik hesablamada mübahisələndirilən məbləğ 3.600 manat təşkil edir. Hazırda mübahisələndirilən hissənin qiyməti beş min manatdan az olduğundan hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar