Məhkəmə qərarları › İş №2(3-9)-879/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-879/2026

18.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-879/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçının iştirakı ilə, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ilə Cavabdeh əvvəl faktiki, ## ##### 2012-ci ildən rəsmi nikahda olmuş, bu nikahdan 2 uşaq- ## #### 2011-ci il təvəllüdlü Kamal və ## #### 2012-ci il təvəllüdlü Əli doğulmuşdur. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, ## #### 2011-ci il təvəllüdlü X2 atası İddiaçı, ## #### 2012-ci il təvəllüdlü X1 isə anası Cavabdeh yanında saxlanılması, ## ### 2022-ci il tarixdən başlayaraq İddiaçı ## #### 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh azyaşlı uşağı ## #### 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaqlardan ## #### 2011-ci il təvəllüdlü X2 hazırda onun yanında yaşayır və onun bütün tələbatlarını özü qarşılayır. Özü hazırda Bakı şəhərində yaşayır və uşağı da, onun yanında yaşayır. Uşağı təhsil alır və bütün təhsil xərclərini ödəyir. Digər uşağının da saxlanması üçün cavabdehə aliment ödəyir. Belə olan halda cavabdeh də onun yanında olan uşağın saxlanması üçün aliment ödəməlidir. Ailə Məcəlləsinə əsasən kişi və qadın bərabər hüquqludur. Belə olan halda cavabdeh də uşağın saxlanması üçün aliment ödəməlidir. 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən olunmuşdur. Yaşayış minimumunu qarşılamaq və ödəmək hər iki valideynin vəzifəsidir. Lakin hazırda cavabdeh uşağa baxmır və onun saxlanılması üçün xərclərini qarşılamır. Cavabdehlə aralarında medasiya prosesi keçirilmiş, lakin razılıq əldə olunmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Əli adlı uşağın saxlanması üçün iddiaçıdan hər ay üçün 150 manat aliment tutulmuşdur. İddiaçının hazırda ona 2000 manatdan artıq aliment borcu vardır. Özü sirkə turşusu içdiyi üçün boğazı yara olmuş və qida borusu tutulmuşdur. Ona görə də, hazırda işləmir və gəlir yeri yoxdur. İddiaçının aliment borcunu ödəməsini və alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim E.Hüseynov) ## ###### 2026-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, kişi və qadın bərabər hüquqludur, hüquqlar bərabərdirsə, o zaman vəzifələr də bərabər olmalıdır. Konstitusiya və Ailə Məcəlləsinin tələbinə əsasən kişi və qadın bərabər hüquqludur və uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Əgər onlar bərabərdirsə, aliment ödəmək qadının da borcudur. Uşaq təkcə onun uşağı deyildir, cavabdehin də uşağıdır və o da valideyndir, buna görə də cavabdeh də uşağına baxmalıdır. Qanun hamı üçündür, fərqi yoxdur, kişi də qadın da aliment ödəyə bilər. Onun himayəsində ikinci nikahdan bir uşağı da vardır və hazırda maddi vəziyyəti yaxşı deyildir, cavabdehlə birgə nikahdan olan uşağının 15 yaşı vardır və onun saxlanmasını təkbaşına qarşılaya bilmir. O, cavabdehdən özü üçün yox, uşağın saxlanması üçün aliment tələb edir, onun borcudur ki, uşağı üçün aliment ödəsin. İzahatlar Prosessual məsələlər İddiaçı apellyasiya baxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın tam edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis işləyir, 800 manat əmək haqqı alır. İkinci dəfə ailə qurmuşdur, həmin nikahdan da bir övladı var. Aliment ödəməyə pul çatdıra bilmir. Əvvəlki ödəmələri cavabdehin əmisi və dayısına əlbəəl təqdim etmiş, qalan pulu isə cavabdehin kart hesabına ödəmişdir. Lakin cavabdeh ödənişlərin olduğunu təsdiq etmir və bu barədə də heç bir sübut yoxdur. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 2012-ci ildən rəsmi nikahda olmuşlar, bu nikahdan 2 uşaq- ## #### 2011-ci il təvəllüdlü Kamal və ## #### 2012-ci il təvəllüdlü Əli doğulmuşdur. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlardan ## #### 2011-ci il təvəllüdlü Kamalın atası İddiaçı, ## #### 2012-ci il təvəllüdlü Əlinin isə anası Cavabdeh yanında saxlanılması, ## ### 2022-ci il tarixdən başlayaraq İddiaçı ## #### 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırki tələbində iddiaçı cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. Qanunun mənasına görə, məhkəmə qaydasında tutulan aliment bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan vəsaitdir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İşin hallarından görünür ki, Masallı Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsi ilə ## ### 2022-ci il tarixdən başlayaraq İddiaçı ## #### 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Yalnız uşağın birinin yanında qalması səbəbindən iddiaçının xeyrinə də alimentin tutulmasının hüquqi əsası yoxdur. Kollegiya hesab edir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Cavabdeh tərəf alimenti ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, aliment ödəməyə maddi imkanı olmaması səbəbi ilə iddiaçının alimentin azaldılması haqqında iddia vermək hüququ vardır. Kollegiyanın qənaətinə görə, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar iddianın təmin edilməsi üçün üçün əsas deyil. Beləliklə, Kollegiya, hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (ödəmənin bir illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar