Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-984/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadında nəzərdə tutulmuş ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 90 manat məbləğdə alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində indeksasiya olunmuş məbləğinin azaldılaraq 200 manat olmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş azyaşlı qızı X2 üçün ondan 90 manat məbləğdə aliment tutulmuşdur. Sonradan həmin məhkəmənin ##.##.2026cı il tarixli qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0.69 misli həddində indeksasiya olunaraq 276 manata çatdırılmışdır. O, nikahı pozulduqdan sonra yenidən ailə qurmuş və bu nikahdan iki azyaşlı övladı olmuşdur. Hazırda həmin uşaqlar da onun himayəsindədir. Müəllim işləyir və aylıq rəsmi əmək haqqı 693 manat təşkil edir, faktiki olaraq 572 manat alır. Başqa gəlir mənbəyi yoxdur. Mövcud gəliri ilə həm özünün yeni ailəsini, həm də əvvəlki nikahdan olan uşağa ödənilən alimenti təmin etməsi maddi cəhətdən çətinlik yaradır. Buna görə də, iddiaçı ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri əsas götürərək, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı ilə ##.##.2017- ##.##.2020-ci illərdə rəsmi nikahda olmuş və 2020-ci ildə boşanmışdır. Boşanmadan sonra iddiaçı uzun illər ərzində övladı X2 görə aliment öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, hətta bir çox hallarda minimum yaşayış üçün tələb olunan məbləği belə ödəməmişdir. Bunun nəticəsində övladının bütün maddi və mənəvi yükü yalnız onun üzərində qalmışdır. Məhz bu səbəbdən bu il qanuni hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə aliment məbləğinin minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə məbləği indeksasiya edərkən yenə də məbləğ uşaqların minimum yaşayış həddindən aşağı miqdar müəyyən edilmişdir. Həmin qərar 17 mart tarixində qüvvəyə minmişdir. Lakin buna baxmayaraq, iddiaçı məhkəmə qərarına hörmət etməyərək alimenti əvvəlki qaydada ödəməyə davam etmişdir. Bununla bağlı aidiyyəti üzrə rayon icra nümayəndələri ilə əlaqə saxlayaraq etirazını bildirməyə məcbur olmuşdur. Hazırda övladını təkbaşına, atasız böyüdür. Bakı şəhərində kirayədə yaşayır və övladı da Bakı şəhərində təhsil alır. Hər kəsə məlumdur ki, Bakı şəhərində yaşayış xərcləri olduqca yüksəkdir. Hazırda məhkəmə tərəfindən indeksasiya olunmuş aliment məbləği belə uşağın gündəlik ehtiyaclarını, təhsilini, inkişafını və layiqli həyat şəraitini tam qarşılamağa kifayət etmir. Bu vəziyyət istər-istəməz onu ağır sosial və psixoloji vəziyyətə salır. O, həm övladının gələcəyini təmin etmək, həm də onun normal həyat şəraitində böyüməsi üçün gecə-gündüz çalışmaq məcburiyyətində qalır. İş həyatının böyük hissəsini aldığı üçün övladının tərbiyəsində ona əsas dəstəyi anası göstərir. Bakı şəhərinə köçməyinin əsas səbəbi da ailəsinin oada yaşaması və övladına dəstək ola bilmələridir. İddiaçı isə öz ərizəsində digər iki övladının olduğunu və onların xərclərini qarşıladığını əsas gətirir. O, digər övladlarının saxlanılması ilə bağlı heç bir etiraz bildirmir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia təmin edilərək, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında nəzərdə tutulmuş, ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan və hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılaraq hər ay üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsümunun iddiaçının özünə aid edilməsi, azaldılmış alimentin tutulma müddətinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından bir uşağı var. Uşaq cavabdehin himayəsində olmaqla, hər ay üçün 90 manat alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə 90 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq hər ay üçün minimum əmək haqqının 0.69 misli həddində müəyyən edilmişdir. İddiaçı 693 manat əmək haqqı alır. İndeksasiya olunmuş məbləğ 276 manata yaxın məbləğ edir. Həmçinin iddiaçının himayəsində 2 uşaq vardır. Bu isə iddiaçının maddi vəziyyətini həddindən artıq ağırlaşdırır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı tutulan alimentin məbləği azaldılmalıdır. Belə ki, 2018-ci ildə iddiaçıdan hər ay 90 manat alimentin tutulması qət edilmiş, 2026-cı il tarixə həmin məbləğ minimum əmək haqqına münasibətdə indeksasiya olunmuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələbindən irəli gələrək məhkəmə alimentin miqdarını indeksasiya edərkən alimentin məbləğini artıra və ya azalda bilməz. İndeksasiya olunmaqla tutulmalı olan məbləğ isə 2026-cı il üçün uşağa görə müəyyən edilən yaşayış minimumundan çox olmaqla yanaşı, aşkar surətdə iddiaçının əmək haqqına mütənasib deyil. Bu isə, iddiaçını maddi cəhətdən ağır vəziyyətə salmaqla onun yaşayış minimumunun pozulmasına, həmçinin himayəsində olan digər azyaşlı övladlarının da maddi təminatının zəifləməsinə səbəb olur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 34-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının ## ###### 1989-cu il tarixli Konvensiyasının 3-cü, 27-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 75.1-ci, 75.4-cü, 76.1.2-ci, 78.1-ci, 78.2-ci, 110.2-ci, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə məsələyə dair qərar qəbul edərkən atanın bir övladının saxlanılması üçün öhdəliklərini nəzərə almamışdır. Tək bütün xərc onun üzərinə qoyulmuşdur. Bakı şəhərindəki həyat şəraiti və xərci ilə rayondakı eyni deyildir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, aliment məbləği artırıldıqdan sonra maddi vəziyyətinin ağır olması ilə əlaqədar aliment məbləğinin azaldılması barədə məhkəməyə müraciət etmişdir. Hazırda ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki övladı var. Tələb olunan 270 manat məbləğdə alimenti ödəmək hazırkı maddi vəziyyəti nəzərə alınmaqla ciddi maliyyə çətinliyi yaradacaqdır. Əvvəllər 3 uşaq üçün 90 manat məbləğdə aliment ödəyirdi. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aylıq 200 manat aliment məbləği ilə razıdır və həmin məbləğin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Astara RİHB Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ##### 2026-cı il tarixli *** saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Ojakəran kəndində yaşayır. Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş # ##### 2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli arayışdan görünür ki, X2 ##.##.2018-ci il tarixdə Astara rayonu Astara şəhərində anadan olmuş, bu barədə ##.##.2018-ci il tarixdə Astara rayon qeydiyyat şöbəsində *** nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli arayışdan görünür ki, İddiaçı ilə Bağırova Ülviyyə İntiqam qızı arasında ##.##.2023-cü il tarixdə nikahın qeydə alınması barədə ** nömrəli akt qeydi tərtib edilmiş, nikahın qeydə alındığı yer Astara rayonu Kijəbə ərazi nümayəndəliyi olmuş, nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli arayışdan görünür ki, X3 ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Astara rayonu Astara şəhərində anadan olmuş, bu barədə ##.##.2026-cı il tarixdə Astara rayon qeydiyyat şöbəsində *** nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası Babayeva Ülviyyə İntiqam qızıdır. Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli arayışdan görünür ki, X1 ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Astara rayonu Astara şəhərində anadan olmuş, bu barədə ##.##.2024-cü il tarixdə Astara rayon Qeydiyyat Şöbəsində *** nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası Babayeva Ülviyyə İntiqam qızıdır. Lənkəran-Astara regional təhsil idarəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli arayışdan görünür ki, Astara rayonu Kijəbə qəsəbə * saylı ümumi orta məktəbin müəllimi İddiaçı cari ilin son 3 ayında (yanvar, fevral və mart) hesablanmış əmək haqqı 693,00 (altı yüz doxsan üç) manat təşkil etmişdir. Astara Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Babayeva (Heydərova) Sevinc Elnur qızı arasında # #### 2017-ci il tarixdə Astara rayon qeydiyyat şöbəsində bağlanmış və ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan # #### 2018-ci il təvəllüdlü X2 anası Babayeva (Heydərova) Sevinc Elnur qızının yanında saxlanılması qət olunmuşdur. Astara Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan birgə nikahdan doğulmuş # #### 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, alimentin tutulmasının # ### 2018-ci il tarixdən hesablanması və cavabdehdən dövlət rüsumu qismində 30 manatın dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə # #### 2018-ci il təvəllüdlü X2 üçün borclu İddiaçı tutulmuş 90 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində indeksasiya edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərkibi aliment məbləğinin hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılaraq hər ay üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “AZEMİS” EİS-dən əldə olunmuş çıxarışa əsasən İddiaçı aylıq əmək haqqı 693 manat təşkil edir. Halbuki, iş materiallarından göründüyü kimi indeksasiya nəticəsində hesablanmış əvvəlki aliment məbləği 1 uşağa görə 276 manata çatmışdır ki, bu da onun real aylıq gəlirini əhəmiyyətli dərəcədə üstələyir və ödəmə qabiliyyəti ilə uzlaşmır. Eyni zamanda, “AZEMİS” EİS-dən əldə edilmiş çıxarışa əsasən Cavabdeh da aylıq 400 manat məbləğdə aliment aldığı müəyyən olunur. Belə ki, valideynlərin uşaqların saxlanılmasında bərabər məsuliyyət daşıması baxımından aliment məbləği müəyyən edilərkən yalnız aliment ödəyən şəxsin gəliri deyil, uşağın digər valideyninin də gəlirləri və maddi vəziyyəti qiymətləndirilməlidir. Bununla yanaşı, İddiaçı ikinci nikahından ##.##.2026-cı il təvəllüdlü X3 və ##.##.2024cü il təvəllüdlü X1 adlı azyaşlı uşaqlarının olması və həmin uşaqların da onun himayəsində saxlanılması aliment öhdəliyinin müəyyən edilməsində nəzərə alınmalı mühüm haldır. Bu baxımdan, alimentin minimum əmək haqqının 0,5 misli kimi təyin olunması həm uşağın təminat mənafeyinə, həm də iddiaçının real maddi imkanlarına uyğun olmaqla ədalət və mütənasiblik prinsiplərinə cavab verir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Odur ki, hazırkı apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-984/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-984/2026
08.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver