Məhkəmə qərarları › İş №2(5-104)-153/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-153/2026

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-153/2026 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X6 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2015-ci il təvəllüdlü Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7699/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş və X11 ilə Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızı arasında bağlanmış və Səadət Sarayında (Bakı nikah evi) 15 avqust 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1197 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahdan 09 iyul 2015-ci il tarixdə doğulmuş Rəsul-zadə Rəsul İslam oğlu anası Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızının yanında qalması, X3 26 oktyabr 2016-cı il tarixdən başlayaraq 09 iyul 2015-ci il tarixdə doğulmuş Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat aliment Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızının xeyrinə tutulması qət edilmişdir. Sadıqova (Rəsulzadə) İzaura Ramiz qızı uşaq ilə birlikdə Türkiyədə yaşayır. İddiaçı ona alimenti hər ay vaxtında ödəmişdir. Hətta hər il aliment artıqca iddiaçı məhkəmənin qərarı olmadan alimenti artıqlaması ilə ödəmişdir. İddiaçı Sadıqova (Rəsulzadə) X7 yaşadığı üçün alimenti onun bacısı X2 hesabına hər ay köçürmüşdür. Lakin tələbkar Sadıqova (Rəsulzadə) X8 ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs (borclu) X9 qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Nizami Rayon Məhkəməsinin 2(007)-7699/2016 saylı 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksaiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(007)-506/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-7699/2016 saylı 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya olunması, 09 iyul 2015-ci il təvəllüdlü Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 (bir tam yüzdə on bir) misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı qeyd edir ki, o heç bir yerdə işləmir. Lakin məhkəmə tərəfindən qəbul etdiyi qərardada 2025-ci il üçün nəzərdə tutulmuş yaşayış minimumdan artıq yəni hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 (bir tam yüzdə on bir) misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı uşağına aliment ödəməkdən boyun qaçırmır, lakin heç bir yerdən qazanc əldə edə bilmədiyi üçün 2026-cı il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli, yəni 260 manat məbləğində aliment tutulmasını xahiş edir. Halhazırda iddiaçının maddi durumu olduqça çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, o, yenidən ailə qurmuşdur və həmin nikahdan övladı vardır. Cavabdehə hal-hazırda hər ay 220 manat aliment ödəyir. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7699/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X11 ilə Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızı arasında bağlanmış və Səadət Sarayında (Bakı nikah evi) 15 avqust 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1197 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan 09 iyul 2015-ci il tarixdə doğulmuş Rəsul-zadə Rəsul İslam oğlu anası Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızının yanında qalması, X3 26 oktyabr 2016-cı il tarixdən başlayaraq 09 iyul 2015-ci il tarixdə doğulmuş Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat aliment Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(007)-506/2025 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-7699/2016 saylı 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunması, 09 iyul 2015-ci il təvəllüdlü Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 (bir tam yüzdə on bir) misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli iş yeri haqqında arayışdan görünür ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7699/2016 saylı qətnaməsi ilə X11 ilə Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızı arasında bağlanmış və Səadət Sarayında (Bakı nikah evi) 15 avqust 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1197 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan 09 iyul 2015-ci il tarixdə doğulmuş Rəsul-zadə Rəsul İslam oğlu anası Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızının yanında saxlanılmış, X3 26 oktyabr 2016-cı il tarixdən başlayaraq 09 iyul 2015-ci il tarixdə doğulmuş Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat aliment Rəsulzadə (Sadıqova) İzaura Ramiz qızının xeyrinə tutulmuşdur. Daha sonra X5 məhkəməyə müraciəti əsasında həmin qətnamə ilə təyin edilmiş 117 manat məbləğində tutulan aliment indeksasiya edilərək, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində sabit pul məbləğində müəyyən olunmuşdur. Hazırda İddiaçı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin indeksasiya edilməsi nəticəsində müəyyən edilən 444 manat məbləğində alimentin azaldılması, 260 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsindən, iddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, İddiaçı başqa nikahdan övladı var və o, işləmir. Heç bir yerdə işləmədiyi və qazancı olmadığı üçün hər ay 444 manat alimenti ödəməyə çətinlik çəkir. Bununla da məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 506/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilən 444 manat məbləğində alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda məhkəmələrə indeksasiya edilmiş aliment məbləğlərinin azaldılması ilə bağlı tələblər irəli sürülür. Hazırki iddia tələbi üzrə qanunvericiliyin tələbinə əsasən alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-506/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası aparılmışdır ki, bu da hər ay üzrə 444 manat sabit pul məbləğində alimentin tutulması deməkdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 444 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 444 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, maddi və ailə vəziyyəti, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Belə ki, qanunvericiliyin müddəalarına uyğun olaraq, 2026-cı il üçün yaşayış minumumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıdan tutulan 444 manat aliment məbləğinin azaldılaraq, 300 manat məbləğində müəyyən edilməsi uşağın təminat səviyyəsinin azalmasına səbəb olmayacaqdır. Çünki 300 manat məbləğində aliment uşaqlar üçün müəyyən edilmiş 260 manat yaşayış minimumundan artıqdır. Həmçinin uşaq bu halda minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan da məhrum olmayacaq. Bununla da alimentin azalmasına baxmayaraq, yetkinlik yaşına çatmayan uşağın təminatının maksimal səviyyədə saxlanılması təmin olunacaq və alimentin azaldılması uşağın maddi vəziyyətinə də mənfi təsir göstərməyəcəkdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-506/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2015-ci il təvəllüdlü Rəsulzadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı cavabdeh X5 xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2015-ci il təvəllüdlü Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı X5 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-506/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2015-ci il təvəllüdlü Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı cavabdeh X5 xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2015-ci il təvəllüdlü Rəsul-zadə Rəsul İslam oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı X5 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar