Məhkəmə qərarları › İş №2(5-104)-633/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-633/2026

06.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-633/2026 06.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı X8 (X6) Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X14 (X11) Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Əmirala oğlundan X7 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildə daxil olmaqla ailə qurmuşlar. Rəsmi nikahdan bir övladı anadan olmuşdur: yetkinlik yaşına çatmamış 10 avqust 2020-ci il təvəllüdlü X5. Cavabdeh ilə bir müddət yaşıdıqdan sonra münasibətləri korlanmağa başladı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7070/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə onunla Cavabdeh ilə 05 fevral 2020-ci ildə 3 Saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və yetkinlik yaşına çatmamış 10 avqust 2020-ci il təvəllüdlü X5 onun himayəsində qalmışdır. Cavabdeh bir ailə başçısı kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmir və bütün çətinliklər onun üzərinə düşür. Cavabdeh xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, bu günədək o, qızının maddi ehtiyaclarının ödənilməsində iddiaçı ilə birlikdə iştirak edərək, onun saxlanılmasının zəruri xərclərini çəkmiş, bundan sonra da valideyn olaraq üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcək. Lakin, ondan məhkəmə qaydasında aliment tutulmasına etiraz edir. Çünki, X13 ilə aralarında bağladığı sazişdə bir sıra məsələləri, o cümlədən, aliment məsələsini razılaşmışlar. Bakı 6 saylı Mediasiya təşkilatında təsdiqlənmiş xx.xx.2025-ci il tarixli MŞB/6-2370 nömrəli barışıq sazişinin 2.1-2.3-cü bəndlərində aşağıdakı şərtləri razılaşmışlar: “2.1. Birinci tərəf - X14 və ikinci tərəf - Cavabdeh, xx.xx.2020-ci il tarixli № 341 nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər. 2.2. İkinci tərəf - Cavabdeh, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2020-ci il təvəllüdlü X2 anası, birinci tərəf - X8 yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 2.3. Birinci tərəf X14 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Cavabdeh aliment tələb etmir”. Bu saziş hazırda da qüvvədir. Həmin sazişin təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Müraciəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsində e-2(5-104)-1208/2026 nömrəli mülki iş kimi qeydə alınmışdır. Beləliklə, aralarınzda bağlanılmış və hazırda da qüvvədə olan xx.xx.2025-ci il tarixli MŞB/6-2370 nömrəli barışıq sazişinə əsasən iddiaçı X4 qızı X2 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün ondan aliment tələbindən imtina etmişdir. Belə olan halda, hazırda Səbinə Həsənovanın ona qarşı olan aliment tələbi üzrə mülki icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı X3 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı X14 xx.xx.2026-cı il tarixdə ərizə məhkəməyə təqdim edərək, mülki iş üzrə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 517754 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 10 avqust 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X10. - Bakı 6 saylı Mediasiya təşkilatının MŞB/6-02370 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən “2.1. Birinci tərəf - X14 və ikinci tərəf - Cavabdeh, xx.xx.2020-ci il tarixli № 341 nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər. 2.2. İkinci tərəf - Cavabdeh, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2020-ci il təvəllüdlü X2 anası, birinci tərəf - X8 yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 2.3. Birinci tərəf X14 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Cavabdeh aliment tələb etmir.” - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7070/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı X14 ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 341 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər 05 fevral 2020-ci ildə nikaha daxil olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7070/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı X14 ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 341 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuşdur. Tərəflərin birgə münasibətindən xx.xx.2020-ci ildə X5 anadan olmuşdur. Tərəflər arasında Bakı 6 saylı Mediasiya təşkilatında MŞB/6-02370 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən “2.1. Birinci tərəf - X14 və ikinci tərəf - Cavabdeh, xx.xx.2020-ci il tarixli № 341 nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər. 2.2. İkinci tərəf - Cavabdeh, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2020-ci il təvəllüdlü X2 anası, birinci tərəf - X8 yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 2.3. Birinci tərəf X14 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Cavabdeh aliment tələb etmir.” İddiaçı hal-hazırda yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tələb edir, cavabdeh iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən iddiaçının cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb etməməsi, onun uşaq yetkinlik yaşına çatanadək uşağın saxlanılmasında iştirak etməyən valideyndən aliment tələb etmək hüququnu aradan qaldırmır. Məhkəmə uşağın yüksək mənafeyini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, uşağın saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalı və tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşaq üçün 260 (iki yüz altmış) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X8 (X6) xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, alimentin tutulması xx.xx.2026-cı il tarixdən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X8 (X6) xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar