Məhkəmə qərarları › İş №2(5-105)-769/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(5-105)-769/2026

19.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-769/2026 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı təzminatın ödənilməsi, artıq işlədiyi saatlara və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı təzminatın ödənilməsi, artıq işlədiyi saatlara və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz işdən çıxarılmaya görə təzminatın ödənilməsi, artıq işlədiyım saatlar və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 150-ci maddələrinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3. maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2.5. maddəsinə əsasən iddia ərizəsi verilərkən forma və məzmunda göstərilnlərdən biri də ərizəyə əlavə edilən sənədlərin siyahısıdır. 150.1.1. maddəsinə əsasən iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısına daxildir- cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən göründüyü kimi iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia ərizəsinə sübutların siyahısı əlavə edilməmişdir. Beləliklə də, iddia ərizəsinin verilməsinin forma və məzmununa riayət edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, təqdimatın formasına riayət edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki– Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı təzminatın ödənilməsi, artıq işlədiyi saatlara və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar