Məhkəmə qərarları › İş №2(5-109)-50/2026

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(5-109)-50/2026

16.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(5-109)-50/2026 16.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: X11 İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə:

1. X5 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər bir uşağın saxlanılması üçün 260 (iki yüz altmış) manat olmaqla iki uşağın saxlanılması üçün ümumilikdə 520 (beş yüz iyirmi) manat miqdarında alimentin onun xeyrinə tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə evlilikdən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. İddiaçı cavabdehlə münasibətlərinin əvvəllər yaxşı olmasına baxmayaraq məlum olmayan səbəblərdən, sonrakı dövrdə xarakter uyğunsuzluğu səbəbindən pisləşdiyini bildirmişdir. Hazırda uşaqlar iddiaçının himayəsində yaşayırlar və heç bir yerdən qazancı yoxdur. İddiaçı X5 Cavabdeh ailəyə və uşağa qayğı göstərməməsi, laqeyd münasibət bəsləməsi, uşağın həyatında vacib olan məsələləri həll etməməsi səbəbindən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirmişdir. Belə ki, cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyində çalışmaqla yanaşı fərdi əməklə məşğul olur və iddiaçının məlumatına görə yüksək məbləğdə qazanc əldə edir. Lakin Cavabdeh qətiyyən övladlarına yardım etmək fikrində deyil.Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. O, həmçinin cavbdehin uşaqlarla maraqlanmadığını, onlara qarşı laqeyd münasibət bəslədiyini və əldə etdiyi gəliri faktiki olaraq uşaqların saxlanılmasına yönəltmədiyini, maddi xərclərinin ödənilməsində çətinlik çəkdiyini bildirmişdir.Odur ki, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər bir uşağın saxlanılması üçün 260 (iki yüz altmış) manat olmaqla iki uşağın saxlanılması üçün ümumilikdə 520 (beş yüz iyirmi) manat miqdarında alimentin onun xeyrinə tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə hazırlıq iclasında iddiaçı uşaqlardan birinin xəstə olduğunu və maddi xərclərinin ödənilməsində çətinlik çəkdiyini bildirmişdir. O, həmçinin cavbdehin uşaqlarla maraqlanmadığını, onlara qarşı laqeyd münasibət bəslədiyini və əldə etdiyi gəliri faktiki olaraq uşaqların saxlanlmasına yönəltmədiyini göstərmişdir. Bildirmişdir ki, Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyində işlməklə yanaşı fərdi əməklə məşğul olur və iddiaçının məlumatına görə yüksək məbləğdə qazanc əldə edir. Yəni cavabdehin əməkhaqqından əlavə gəlir mənbələri mövcuddur, lakin həmin vəsaitləri şəxsi ehtiyaclarına, o cümlədən iaşə obyektlərində xərclədiyini, özünə mobil telefon aldığını və yalnız kirayə haqqı qismində olan 100 (yüz) manat məbləğində vəsait təqdim etdiyini bildirmişdir. Ancaq iddiaçı X5 məhkəmə tərəfindən təklif edilsə də məhkəmənin hazırlıq iclaslarında Cavabdeh əməkhaqqından əlavə gəlirlərinin olması barədə heç bir sübut təqdim edə bilməmiş və ümumiyyətlə bu barədə sübutunun olmadığını bildirmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, uşaqların saxlanılması üçün təmizlik işləri ilə məşğul olur, lakin buna baxmayaraq cavbdeh tərəfindən hər hansı maddi və digər köməklik göstərilmir, hətta cavabdehin bəzi borc öhdəlikləri iddiaçı tərəfindən ödənilir. Məhkəmə iclasında iddiaçı X5 bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. 4.Cavabdeh isə bildirdi ki, Mənzil Kommunal Təsərrüfatı İdarəsində işləyir və 378 (üç yüz yetmiş səkkiz) manat maaş alır. Ailəsi ilə birlikdə yaşadıqları evin kirayəsinin və ailəsinin (övladlarının) əlavə maddi xərclərinin ödənilməsində köməklik göstərir. Həmçinin Cavabdeh bildirdi ki, işlədiyi Mənzil Kommunal Təsərrüfatı İdarəsində aldığı 378 (üç yüz yetmiş səkkiz) manat aylıq əməkhaqqısından başqa davamlı olaraq heç bir əlavə gəlirləri yoxdur. Yalnız bəzi hallarda fəhləlik etməklə ayda 15 (on beş) manat və ya 20 (iyirmi) manat qazanır. İddia ərizəsində iddiaçı tərəfindən tələb olunan məbləği ödəmək iqtidarında olmadığını və həmin məbləğin maddi vəziyyəti ilə uyğunsuzluq təşkil etdiyini qeyd etmişdir. Cavabdeh bir uşaq üçün yalnız 150 (yüz əlli) manat olmaqla 2 uşaq üçün ümumilikdə 300 (üç yüz) manat aliment ödəyə biləcəyini söyləmiş və iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. 5.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

a) Mülki işin materialları:

1. 6. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından iki uşaqları – 19 dekabr 2013-cü il təvəllüdlü X6 və 02 aprel 2015-ci il təvəllüdlü X7 doğulmuşdur.

2. 7.X9 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş, ilkin mediasiya sessiyasında iştirak etməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmişdirlər. Lakin tərəflərdən biri, yəni Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.

3. 8. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Cavabdeh "Dost iş Mərkəzi" məhud məsuliyyətli cəmiyyətində sosial işçi kimi fəaliyyət göstərir və 400 (dörd yüz) manat məbləğində əmək haqqı alır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. İddiaçı X5 ilə Cavabdeh arasındakı birgə nikahdan 19 dekabr 2013-cü il təvəllüdlü X6 və 02 aprel 2015-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, tərəflərin hər ikisi mediasiya sessiyasında iştirak etmiş, iddiaçı tərəf Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Cavabdeh "Dost iş Mərkəzi" məhud məsuliyyətli cəmiyyətində sosial işçi kimi 400 (dörd yüz) manat məbləğində əmək haqqı alır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 12.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 13.Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 14.Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 15.Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 16.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 17.Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 18.İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən bir uşağın saxlanılması üçün 260 (iki yüz altmış) manat olmaqla hər ay iki uşağın saxlanılması üçün ümumilikdə 520 (beş yüz iyirmi) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh X2 xeyrinə 19 dekabr 2013-cü il təvəllüdlü X6 və 02 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,38 = 152 manat) 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. 20.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır. 21.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. 26.Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. 27.“Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 28.Bu Məcəllənin 124-cü maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 29.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 3648 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alınaraq 56,48 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

30. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manatın cavabdehdən tutulması qanunvericiliyin tələbinə uyğundur.

Nəticə hissəsi: 31.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 dekabr 2013-cü il təvəllüdlü X6 və 02 aprel 2015-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən başlayaraq iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,38 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulub X3 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Ödənilməmiş 56,48 (əlli altı) manat (qırx səkkiz) qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar