Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(5-111)-58/2026 25.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşaq üçün 250 manat cəmi 750 manat sabit pul məbiəğində aliment və ödədiyi 60 manat mediasiya xərcinin alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-351/2021 nömrəli qətnaməsilə cavabdeh X4 ilə olan nikahları pozulmuş və xx.xx.2010-cü il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları X2 yanında saxlanılmış və xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Nuranə İbrahimovaya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra cavabdeh başqa şəxsə ərə getmişdir. O, uşaqlarını yanında saxlanılmasından imtina etmişdir. Odur ki, aliment ödənilməsinən azad edilməsi və uşaqların yanında saxlanılması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Astara rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(013)-1104/2022 nömrəli qətnaməsi ilə aliment ödəməkdən azad edilməklə uşaqların yanında saxlanılması qət edilmişdir. Beləliklə uşaqlar 2022-ci ilin noyabr ayından yanında yaşayırlar. Cavabdeh ümumiyyətlə uşaqları ilə maraqlanmamış onların saxlanılması üçün heç bir yardım etməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək uşaqların faktiki olaraq atalarının yanında qaldıqlarını və hər ay hər uşaq üçün 50 manat aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək cavabdehin xahişi ilə razı olduğunu və 50 manat məbləğində alimentin təyin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2025-ci il tarixli 3-16-5/8-5531/2025 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında Astara rayonu, Kijəbə qəsəbəsində 01 nömrəli akt ilə qeydə alınmış rəsmi nikaha daxil olmuşlar. Evləndikdən sonra ərə – İbrahimov, arvada – İbrahimova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2025-ci il tarixli 3-16-5/8-5528/2025 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası – İddiaçı, Anası – X4. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2025-ci il tarixli 3-16-5/8-5529/2025 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası – İddiaçı, Anası – X4. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2025-ci il tarixli 3-16-5/8-5530/2025 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası – İddiaçı, Anası – X4. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 2256 nömrəli Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli 2(018)-1104/2022 nömrəli Astara Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 üçün alimentin ödənilməsində azad edilmişdir və xx.xx.2010-cü il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 onun yanında saxlanılmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 fevral 2026-cı il tarixli 175 nömrəli arayışdan görünür ki, X9 hal-hazırda Kijəbə qəsəbəsi A.Hidayətov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin İX sinfində oxuyur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 fevral 2026-cı il tarixli 176 nömrəli arayışdan görünür ki, X7 hal-hazırda Kijəbə qəsəbəsi A.Hidayətov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Vİİİ sinfində oxuyur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 fevral 2026-cı il tarixli 174 nömrəli arayışdan görünür ki, X8 hal-hazırda Kijəbə qəsəbəsi A.Hidayətov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinfində oxuyur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı 60 (altmış) manat məbləğində rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin üç uşağı var. Hal-hazırda azyaşlı uşaqlar iddiaçının yanında qalır. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 750 (yeddi yüz əlli) sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq cavabdeh hər ay 50 (əlli) manat ödəyə biləcəyini bildirmiş və iddiaçı buna etiraz etməmişdir. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldıqlarından, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2026-cı il üçün minimum əməkhaqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla 2026-cı il üçün minimum əmək haqqının 0,125 misli həddində müəyyən edilməlidir. Belə ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 750 (yeddi yüz əlli) sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq cavabdeh hər ay 50 (əlli) manat ödəyə biləcəyini bildirmiş və iddiaçı buna etiraz etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan aliment hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla 2026-cı il üçün minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaq əmək haqqının 0.125 misli miqdarında alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1800 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.2.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 38 (otuz səkkiz) manat təşkil edir. Odur ki, dövlət rüsumu çəkilmiş xərcdən artıq olduğundan, cavabdeh dövlət rüsumundan azad edilməli, iddiaçı tərəfindən ödənilən 60 (altmış) manat məbləğində olan mediasiyaya xərci, Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilsin. xx.xx.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilən 60 (altmış) manat məbləğində olan mediasiyaya xərci, Cavabdeh alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №2(5-111)-58/2026
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(5-111)-58/2026
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver