Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(5-114)-573/2026 05.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X3 İddiaçı Cavabdeh qarşı “Aliment və müalicə xərci” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində Cavabdeh 18 may 2009-cu il təvəllüdlü X1, 09 may 2010-cu il təvəllüdlü X4 və 09 aprel 2017-ci il təvəllüdlü X2 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və 09 aprel 2017-ci il təvəllüdlü X2 adlı övladlarının müalicə xərclərinin bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə ərizə verərək iddia ərizəsinin icraata götürülmədən özünə qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı Cavabdeh qarşı “Aliment və müalicə xərci” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı Cavabdeh qarşı “Aliment və müalicə xərci” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(5-114)-573/2026
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(5-114)-573/2026
05.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver