Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(5-115)-117/2026 23.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, xx.xx.1986-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və buna dair VOEN-ni də vardır. Əsasən o, məişət əşyalarının satışı ilə məşğul olur. O, 27 fevral 2025-ci il tarixdə Borclu ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən borcluya “Supermax” markalı televizor və “Supermax” markalı dörd göz qaz piltəsi təhvil verilmişdir. Malların təhvili təhvil-təslim aktı ilə təstiqlənmişdir. Ümimi satış məbləği 2066 (iki min altmış altı) manata olan “Supermax” markalı televizor və “Supermax” markalı dörd göz qaz piltəsi ilkin ödəniş olmadan, 12 ay müddətinə, hər ay üçün 172 (yüz yetmiş iki) manat ödəməyi ilə bağlı aramızda nisiyə alqı satqı müqavilə bağlanmışdır.Borclu müqavilə üzrə bir ay 172 (yüz yetmiş iki) manat ödəmiş, sonradan isə ödənişləri dayandırmışdır.Hazırda Borclu ümimi borcu 1894 (min səkkiz yüz doxsan dörd) manat təşkil edir. Dəfələrlə ona, tərəfindən ödənişlərini ödəməyi ilə bağlı mobil telefon vasitəsilə zənglər edilmiş, ödənişləri ödəməyi barədə xəbardarhq cdlimiş, yaşadığı ünvana pretenziya göndərilmiş, lakin ödənişlə bağlı zənglərin və xəbərdarlıqların heç bir əhəmiyyəti olmamışdır. Borclu ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən hər gecikən gün üçün o, ona ödənilməyən məbləğin 0,1 faizini ödəməli idi. Hazırda Borclu 248 gün gündür ki, ödəniş borclarını gecikdirir. Ödənilməyən məbləğin 1894 (min səkkiz yüz doxsan dörd) manat pulun 0,1 faizi 469.91 (dörd yüz altmış doqquz manat doxsan bir qəpik) manat təşkil edir.Borclu hazırda gecikdirdiyi 248 günə görə dəbbə pulu 469.91 (dörd yüz altmış doqquz manat doxsan bir qəpik) təşkil edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya Supermax” markalı televizor və “Supermax” markalı dörd göz qaz piltəsini 2066 manata 12 ay müddətinə hər ay 172 manat ödəmək şərtilə satmış, borclu isə həmin Supermax” markalı televizor və “Supermax” markalı dörd göz qaz piltəsi üçün 12 ay müddətinə hər ay 172 manat borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, xx.xx.1986-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş Borclu Kreditor xeyrinə 27 fevral 2025-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1894 (min səkkiz yüz doxsan dörd) manat, 100 (yüz) manat dəbbə pulu, cəmi: 1994 (min doqquz yüz doxsan dörd) manat və dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3
Məhkəmə qərarları › İş №2(5-115)-117/2026
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(5-115)-117/2026
23.01.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver