Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(5-115)-89/2026 21.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Əliyeva Aytəkin Güləli qızı, ünvan 1 ünvanında yaşayan Kreditor Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan, 28 avqust 2002-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ilə Kreditor arasında bağlanmış 04 iyul 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Kreditor ümumi dəyəri 1.700 manat olan “Samsung Galaxy A56” markalı mobil telefonu 12 ay müddətində hissə-hissə ödəmək şərtilə borcluya satmışdır. Lakin borclu aldığı məhsula görə ödənişlərin ödənilməsi üçün müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, hazırda 1.700 manat təşkil edən qalıq borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, cədvəldə göstərilən müddətdə malın pulu ödənilmədikdə mal alan hər gecikdirilmiş gün üçün malın dəyərinin 0,1 faiz miqdarında cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: 04 iyul 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən, Borclu Kreditor “Samsung Galaxy A56” markalı mobil cihaz almışdır. Borclu 12 ay müddətinə hər ay 142 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu 04 iyul 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəli ilə tanış olduğunu öz imzası ilə təsdiq etmişdir. 04 iyul 2025-ci il tarixli təhvil aktına əsasən, “Samsung Galaxy A56” markalı mobil cihazı Borclu təhvil verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər; 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır; 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Beləliklə, məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və əlavə edilən sənədlərdən görünür ki, borclu müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə yuxarıda göstərilən borcun ödənilməsini təmin etməmiş və bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun qaytarılması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280- 282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan, 28 avqust 2002-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuş Borclu Kreditor xeyrinə 04 iyul 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.700 (bir min yeddi yüz) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə borcu və 100 (yüz) manat məbləğində dövlət rüsumu, cəmi 1.950 (bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №2(5-115)-89/2026
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(5-115)-89/2026
21.01.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver