Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(5-121)-130/2026 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi və uşaq üçün əlavə xərclərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi və uşaq üçün əlavə xərclərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və digər rəsmi gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin və həmin uşağın yetkinlik yaşına çatanadək müalicəsi üçün hər ay əlavə xərc olaraq 200 manat və 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2135/2023 saylı qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş, azyaşlı övladı onun himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 180 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Hazırda azyaşlı övladına autizm diaqnozu qoyulmuşdur. Daimi tibbi nəzarətə, müalicəyə, dərman preparatlarına və əlavə tibbi xərclərə ehtiyac duyur. Uşağın sağlamlıq vəziyyəti ilə bağlı bütün əsas və əlavə xərclər faktiki olaraq onun üzərindədir. Mövcud aliment məbləği uşağın gündəlik saxlanılması və müalicə xərclərinin ödənilməsi üçün kifayət etmir. Cavabdeh X3 və yüksək gəlir əldə edir, əmək haqqı ilə yanaşı digər gəlir mənbələrinə də malikdir. Maddi imkanları uşağın saxlanmasına və sağlamlığı ilə bağlı xərclərin qarşılanmasına daha geniş iştirak etməyə tam imkan verir. Bu səbəbdən, azyaşlı övladının mənafelərinin təmin edilməsi məqsədilə, əvvəllər müəyyən edilmiş aylıq 180 manat alimentin dəyişdirilərək cavabdehin əmək haqqının və digər bütün gəlirlərinin 1/4 hissəsi məbləğində tutulmasını zəruri və ədalətli hesab edir. Bununla yanaşı, azyaşlı övladının xəstəliyi ilə əlaqədar yaranan əlavə xərclərin (müalicə, dərman vasitələri, tibbi müayinələr və digər zəruri xərclər) qarşılanması üçün cavabdehin hər ay əlavə olaraq 200 manat məbləğində vəsait ödəməsini zəruri hesab edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, cavabdeh uşağa təyin olunmuş aliment məbləğindən də artıq aylıq pul göndərsə də, hazırda həmin məbləğ də uşağın xərclərinin qarşılanmasına yetmir. Cavabdehdən aylıq əlavə pul göndərməsini xahiş etsə də, cavabdeh razı olmadığından hazırki iddia ilə müraciət etmişdir. Cavabdehin aylıq qazancını dəqiq bilməsə də, yaxşı məvacib aldığından məlumatlıdır. Özü özəl bağçada müəllim işləməklə 200 manat məvacib alır. Uşağa baxmaqla bağlı tam gün işləyə bilmir. Uşağın xəstəliyi ilə bağlı müalicəvi idman və fərdi müəllimə hər ay 380 manat, uşağın gediş-gəlişi ilə bağlı taksi xidmətinə isə 100 manat xərci çıxır. Uşaq üçün dövlətdən 370 manat pensiya alır. Cavabdehin hazırda ödədiyi məbləğ bütün bu xərcləri qarşılamadığından iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında izahat verərkən isə bildirmişdir ki, heç bir hissədə iddianı qəbul etmir. Belə ki, uşağa dövlət tərəfindən aylıq 370 manat pensiya ödənilir, özü də müəyyən olunan alimentdən artığını hər ay ödəyir. Hazırda N saylı hərbi hissədə xidmət edib N manat əmək haqqı alsa da, yaxın vaxtlarda iş yeri dəyişəcəyindən həmin məbləğ 1050 manat olacaqdır. Qeyd ediləndən əlavə gəliri yoxdur. Krediti olduğundan tələbdə qeyd olunan məbləğlərlə razı deyil. Odur ki, iddianın təmin edilməməsini xahiş edir.
İş materialları.
5. Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 326640 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 3933 nömrə ilə qeyd edilmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2135/2023 nömrəli qətnaməsindən görünür ki, X6 və Cavabdeh arasında 30 iyul 2019-cu il tarixdə Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1774 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması; 18 iyun 2019-cu il tarixdə anadan olmuş X8 anası X2 yanında qalmasının müəyyən edilməsi; 18 iyun 2019cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh X2 xeyrinə hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 6316 nömrəli məktubundan görünür ki, xx.xx.2019cu il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə mərkəzə valideynləri ilə birlikdə müayinəyə və müalicə üçün müraciət etmiş. Həkim-psixiatr tərəfindən müayinə olmuş və onda “uşaq autizmi Kanner sindromu F 84.0” diaqnozu aşkar olunmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçasının 312 nömrəli çıxarışından görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X9 “spektr pozğunluğu autizm sindromu F 84.9” aşkar olunmuşdur.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından bir uşaq – xx.xx.2019-cu il təvəllüdlü X13 doğulmuşdur. Tərəflərin nikahı pozulduqdan sonra həmin uşaq anasının yanında qalır.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2135/2023 nömrəli qətnaməsindən görünür ki, X6 və Cavabdeh arasında 30 iyul 2019-cu il tarixdə Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1774 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması; 18 iyun 2019-cu il tarixdə anadan olmuş X8 anası X2 yanında qalmasının müəyyən edilməsi; 18 iyun 2019cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh X2 xeyrinə hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
11. xx.xx.2019-cu il təvəllüdlü X10 “uşaq autizmi Kanner sindromu F 84.0” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. M a d d ə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından bir uşaq – xx.xx.2019-cu il təvəllüdlü X13 doğulmuşdur. İddiaçının yanında qalan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (ata) Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin hazırda İddiaçı tələb edir ki, məhkəmə qətnaməsi ilə hər ay sabit pul məbləğində təyin edilmiş aliment qazancın ¼ hissəsi miqdarında alimentə dəyişdirilsin. Tələbin əsasını o təşkil edir ki, cavabdeh sabit və yüksək gəlir əldə edir, əmək haqqı ilə yanaşı digər gəlir mənbələrinə də malikdir. Bu səbəbdən hər ay 180 manat sabit pul məbləğində aliment tutulması artıq mənafeyinə cavab vermir.
20. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin əmək müqaviləsi ilə bağlı məlumatlar sorğulanmış, müvafiq orqana sorğu ilə müraciət olunmuş lakin əmək müqaviləsi ilə bağlı heç bir məlumat müəyyən olunmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh bu məlumatın məxfi olduğundan verilmədiyini bildirərək hazırda N manat əmək haqqı aldığını, lakin xidmət yeri yaxın vaxtlarda dəyişəcəyindən 1050 manat alacağını qeyd etmişdir.
21. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hər ay sabit pul məbləğində tutulan alimentin qazancın ¼ hissəsi miqdarında alimentə dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin aylıq sabit gəliri olduğu istənilən halda iddiaçı alimentin aylıq qazancdan tutulmaqla dəyişdirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin bu halların sonradan baş verməsini cavabdehin maddi vəziyyətində baş vermiş dəyişiklik kimi qiymətləndirir. İşin bu hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehdən hər ay sabit pul məbləğində tutulan aliment cavabdehin qazancın (gəlirin) 1/4 hissəsi miqdarında alimentə dəyişdirilməlidir.
22. Məhkəmə bu qərara gələrkən onu da qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin tutulma üsulu dəyişdirilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.
23. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.
24. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda hazırkı qətnamə ilə miqdarı dəyişdirilmiş aliment məbləğinin tutulmasına da şamil edildiyindən bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2026-cı il tarixdən hesablanmaqla başlanmalıdır.
25. İddia tələbinin digər hissəsi cavabdehin birgə nikahdan doğulmuş uşağın xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərclərə cəlb edilməsindən ibarətdir. Belə ki, tərəflər arasında aliment ödənilməsi barədə saziş bağlanmadığı üçün iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş uşaq “uşaq autizmi Kanner sindromu F 84.0” diaqnozludur. İddiaçı izahatında qeyd etdiyi məbləğdə xərclər çəkməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməsə də, uşağın müalicəsi ilə bağlı ayrı-ayrı vaxtlarda müalicəvi idmanla bağlı xərcləri ( hər biri 20 manat olmaqla 4 qəbz) və həkim müayinəsini təsdiq edən sənədləri təqdim etmişdir. Cavabdeh özü də uşağın müalicəsi ilə bağlı aylıq xərclər çəkildiyini mübahisələndirməmişdir.
26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 16) göstərilmiş qərarına istinadla qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar yetkinlik yaşına çatmamış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun.
27. Məhkəmə hesab edir ki, uşaqda olan xəstəliyin müalicəsi xərc tələb etdiyindən cavabdeh də uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb edilməli, tərəflərin hər birinin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla bu xərcin miqdarı hər ay 50 manat sabit pul məbləğində hesablanmaqla ödənilməlidir. Belə ki, məhkəmə bu məbləği müəyyən edərkən iddiaçının özünün də işləyərək sabit əmək haqqını aldığını, xüsusən də, tərəflərin hər ikisinin mübahisələndirmədiyi halı – uşağa qeyd olunan xəstəliklə bağlı dövlət tərəfindən aylıq 370 manat ayrıldığını nəzərə alır.
Məhkəmə xərcləri.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Hazırda iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən çəkilmiş həmin xərcin yarısı cavabdehdən alınaraq ona qaytarılmalıdır.
30. Alimentin tutulma üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddia həmin hissədə təmin edildiyindən iddianın qiymətinə (325 (əmək haqqının ¼ hissəsi) x12=3900) mütənasib olan 59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2135/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma üsulu dəyişdirilməklə, xx.xx.2026-cı il tarixindən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiаçı İddiaçı ödənilməli, cavabdeh uşaq üçün əlavə xərclərə cəlb edilərək həmin uşağın yetkinlik yaşına çatanadək müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə xərc cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi, 25 manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya, ödənilməmiş 59 manat məbləğində dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2135/2023 saylı qətnaməsi əsasında tutulan alimentin tutulma üsulu dəyişdirilsin. xx.xx.2026-cı ildən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiаçı İddiaçı ödənilsin. xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə xərc cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 25 (iyirmi beş) manat məbləğində mediasiya xərci cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu cаvаbdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nərgiz Məmmədova