Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-500/2026 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Yusubov İddiaçı Səma Sabir qızına qarşı xx.xx.2012-ci il təvəllüdlü oğlu X1 üçün Cavabdeh xeyrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək tutulan cəmi 1.920 manat mələində alimenti ödəməkdən azad edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 661/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(044)-1545/2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanmaları üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilmiş, İddiaçı xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 476/2025 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 Sirac Bayram oğlunun himayəsində saxlanılmalıdır. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı tərəfindən aliment ödənilməsi öhdəliyinə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə görə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olduqda həmin iddianın maddi hüqiqi əsası qismində Ailə Məcəlləsinin 107-ci maddəsi təşkil edir. Hazırki halda isə İddiaçı tərəflərin birgə nikahından doğulmuş və məhkəmə qətnaməsi ilə aliment təyin edilmiş uşağın onun yanında qalması ilə əlaqədar maddi xərclərini ödəməsinə istinad etməklə aliment borcunun silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi İddiaçı iddia tələbini aliment borcunun silinməsi adlandırıb, iddia tələbini cavabdehə qarşı bu qaydada yönəltsə də, əsl həqiqətdə iddianın məzmunu İddiaçı uşağın maddi təminatını ödəməsi, yəni faktiki olaraq aliment öhdəliklərini icra etməsi ilə əlaqədardır. Tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün təyin edilən alimentin məqsədi də uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulmasıdır və əgər uşağın maddi xərcləri aliment tutulması qət edilmiş valideyn tərəfindən ödənilmişdirsə, artıq aliment öhdəlikləri icra olunmuş hesab edilir. Belə olan halda «aliment borcunun silinməsi» tələbinə məhkəmədə iddia icraatı qaydasında baxılması yoverilməzdir. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran xx.xx.2024-cü il tarixli 2(102)-6688/2024 nömrəli qərarında da ifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda tərəflər arasında mübahisə predmeti olan alimentin hesablanma qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit edildiyindən və İddiaçı iddia tələbi məhz icra məmuru tərəfindən hesablanmış borcun silinməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsi yol verilməzdir. Həmçinin İddiaçı izah edilməlidir ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü oğlu X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək onun yanında qalmasına görə hesablanmış aliment borcunun silinməsi ilə əlaqədar sübutlarını təqdim etməklə, icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər İddiaçı icra məmuru tərəfindən aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə yenidən razılaşmazsa, qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun qərarından (hərəkət və ya hərəkətsizliyindən) qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbi barədə ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(5-121)-500/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-500/2026
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver