Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-60/2026 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı aliment borcunun məbləğinin dəqiqləşdirilməsi və artıq ödənilmiş pul vəsaitinin aliment borcuna hesablanması tələblərinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı aliment borcunun məbləğinin dəqiqləşdirilməsi və artıq ödənilmiş pul vəsaitinin aliment borcuna hesablanması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2*19-cu ildə həyat yoldaşı X3 ilə nikahları ləğv olunduqdan sonra qızları *2.1*.2*16-cı il tarixdə doğulmuş Zeynəb Məmmədova və *9.*3.2*18-cı il tarixdə doğulmuş Zəhra Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanmaları uçün Kəpəz rayon məhkəməsinin 12.*3.2*19-cu il tarixli qərarı ilə müəyyən edilmiş alimentə görə toplanmış məbləğin dəqiqləşdirilməsi və artıq ödənilmiş pul məbləğinin aliment borcuna hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun 2*19-cu ildə həyat yoldaşı X6 gızı ilə nikahları ləğv olunduqdan sonra qızları - *2.1*.2*16-cı il tarixdə doğulmuş Zeynəb Məmmədova və *9.*3.2*18-ci il tarixdə doğulmuş Zəhra Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün Kəpəz rayon məhkəməsinin 12.*3.2*19-cu il tarixli qərarı ilə hər uşağa görə ayda 14* manat sabit pul məbləğinin ödənilməsi qət edilmişdir. Sabiq həyat yoldaşı X3 məhkəməyə müraciət edərək, Kəpəz rayon məhkəməsinin 12.*3.2*19-cu il tarixli qərarı ilə müəyyən edilmiş alimentin 14* manat sabit pul məbləğinin indeksasiya edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər məhkəməsinin *2 iyun 2*25-ci il tarixli, 8(125)-448/2*25 saylı qərardadı ilə ərizə təmin edilmiş, Kəpəz rayon məhkəməsinin 12.*3.2*19-cu il tarixli qərarı ilə müəyyən edilmiş alimentin 14* manat sabit pul məbləği indeksasiya edilərək ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər ay hər uşaq üçün 1,*8 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilərək, baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, guya o, 14* manat sabit pul məbləğində alimenti təyin edildiyi vaxtdan toplanmış 2212* (iyirmi iki min yüz iyirmi) manat aliment borcunu ödəməmişdir. Onun alimentə görə 2212* manat borcu olması tamamilə həqiqətə uyğun deyil, rəsmi sənədlərlə də təsdiq edir ki, həmin məbləğ cavabdeh X1 əsassız iddialarına əsasən hesablanmışdır. Ona görə də məhkəməyə müraciət edərək aşağıdakı əsaslara görə alimentin məbləğinin dəqiqləşdirilməsi və artıq hesablanmış məbləğin silinməsini xahiş edir. Dəqiq hesablanmış məbləği isə ödəyəcəyinə söz verir. Belə ki, qeyd olunan dövrdə, yəni aralarında nikah münasibətləri pozulmasına baxmayaraq, demək olar ki, 4 il müddətində o, ailəsi ilə birlikdə, yəni 2*21-2*23-cü illər ərzində Rusiya Federasiyasının Moskva şəhərində, son vaxtlar isə 1 il müddətində Bakı şəhərində bir ünvanda yaşamışlar. Ailəsinin bütün xərclərini dəfələrlə artıqlaması ilə ödəmişdir. Həmin xüsusatları G. Əliyeva, qızları tərəfindən də təsdiq edilə bilər. Bundan başqa sərhəddən keçən, oradan qayıdan zaman xarici vətəndaşlıq paspotlarında olan qeydlərlə də onların birlikdə getməkləri, qayıtmaqları təsdiq edilə bilər. Bunlardan əlavə, son bir ildə G.Əliyevanın valideynlərinin bank kartlarına müxtəlif iri məbləğlərdə, özünün isə kartına müxtəlif vaxtlarda aliment kimi 11 min manat məbləğində pul vəsaiti göndərmişdir. Həmin məbləği aldığını G.Əliyeva etiraf etsə də, toplanmış alimentin məbləği müəyyən edilərkən, həmin hallar nəzərə alınmamışdır. O, bu barədə İcra idarəsinə verdiyi izahatında, həmçinin barəsində AR İXMnin 528.1-ci maddəsi ilə məhkəmədə işə baxılarkən verdiyi izahatında qeyd etsə də, onun dedikləri nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2*-ci maddəsinin şərh edilməsinə dair” 1* oktyabr 2*17-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mulki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn. qətnamədəki yanlışlıqların və ya acıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 23*), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata kecirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da müəyyən edildiyi kimi, iddia ərizəsi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 hərəkəti (hərəkətsizliyi) ilə bağlı olan bir iddiadır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olan bir tələbdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, hazırki iddaya iddia icraatı qaydasında baxılmalı deyildir. İddiaçı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri icra icraatı qaydasına mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 261.*.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı aliment borcunun məbləğinin dəqiqləşdirilməsi və artıq ödənilmiş pul vəsaitinin aliment borcuna hesablanması tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(5-121)-60/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-60/2026
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver