Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(5-124)-35/2026 11.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(066)-353/2024 saylı qətnaməsi ilə Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində təyin olunmuş 220 (iki yüz iyirmi) manat alimentin 12 avqust 2025-ci il tarixdən 30 (otuz) manata endirilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiası əsasında Göygöl rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(066)-353/2024 saylı qətnaməsi ilə Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment kəsilmişdir. Kəsilmiş aliment hər ay vaxtlı vaxtında valideynlərinin dəstəyi ilə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh iddia ərizəsi əsasında Daşkəsən rayon məhkəməsində 13 oktyabr 2025-ci il tarixdə 2(030)-551/2025 saylı iş üzrə əlavə olaraq minimum əmək haqqının 0,45 misli həcmində 180 manat aliment kəsilməsinə dair qətnamə çıxarılmışdır. Belə olduğu halda o 180 manat-220 manat=400 manat aliment ödəməli olur. O heç bir yerdə işləmir, 1 manatda olsa gəliri yoxdur. O, Azərbaycan Respublikasının vətəndaşıdır, hərbi xidmət keçmiş, konistutisyon hüquqları var, vətəndaş olaraq onunda hüquqları haqq-ədalət naminə qorunmalıdır. 1 uşaq üçün 400 manat hər ay ödəniş etmək onun imkanları xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn tələblərə əsasən Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. (maddə 25 bənd 2) Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Ancaq bu sahədə onun iddaçı və onun ailə üzvləri tərəfindən hüquqları pozulur. Artıq uşaq 2 yaşına qədəm qoymasına baxmayaraq hələ o uşağını görməmişdir. Öz doğma övladına həsrət qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, övladı İddiaçı heç bir yerdə işləmir və bir manatda olsa gəliri yoxdur. Onun geyim, yemək, kommunal xərcləri və alimentini o ödəyir. Onunda özünə görə problemləri var, maddi cəhətdən çox çətinlik çəkir. Aliment məbləği ödənilməsə, övladı həbs oluna bilər, ona görədə vicdanını qarşısına qoyub alimenti hər ay vaxtında ödəyir. Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə uşaq üçün 180 manat aliment müəyyən olunmuş, eyni zamanda uşağın 3 yaşa kimi 220 manat aliment müəyyən edilmişdir ki, toplananda 400 manat edir. Bu məbləğ maddi cəhətdən böyük sıxıntıdır. Bu səbəbdən də aliment məbləğinin azaldılmasını və təyin olunan məbləğdən 50 manat endirilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə məhkəməyə teleqram ünvanlayaraq, himayəsində azyaşlı övladı olduğu üçün gələ bilməyəcəyini, alimentin azaldılmasına etiraz etdiyini, heç bir yerdə işləmədiyi üçün çətin dolandığını, qarşı tərəfin iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) isə cavabdehin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcllənin 185.5.-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İş materiallarına əlavə edilmiş; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. - Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-353/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı tutulub Cavabdeh verilməsi, alimentin tutulmasının iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixdən hesablanması, İddiaçı 55 (əlli beş) manat mediasiya xərci tutularaq iddiaçı Cavabdeh verilməsi, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməsi və iddia tələbinin digər hissədə təmin edilməməsi qət edilmişdir. - Daşkəsən Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(030)-551/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair ərizəsi qismən təmin edilmiş, tərəflərin birgə nikahında 01 aprel 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay cavabdeh İddiaçı 12 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minimum əmək haqqının 0,45 misli həddində aliment tutulub iddiaçı Cavabdeh ödənilməsi, İddiaçı 41,60 (qırx bir manat, altmış qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi X3 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000409 saylı “X5 iştirak edilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “alimentin miqdarının azaldılması tələbi”nə dair mübahisə üzrə mediator X11 tərəfindən keçirilən “X8”nda Cavabdeh iştirak etməmiş, X5 iştirak etmiş X4 İMS-nin keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. - Tibbi-Sosila Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron ayarışdan, həmçinin elekrton məhkəmə informasiya sistemindən əldə edilmiş portal məlumatından görünür ki, Cavabdeh üçüncü dərəcəli əlildir və 180 manat pensiya alır.
7. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
8. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-353/2024 saylı qətnaməsi ilə Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı tutulub Cavabdeh verilməsi qət edilmiş, bundan sonra Daşkəsən Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(030)-551/2025 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair ərizəsi qismən təmin edilmiş, tərəflərin birgə nikahında 01 aprel 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay cavabdeh İddiaçı 12 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minimum əmək haqqının 0,45 misli həddində aliment tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğindən narazıdır. Bu səbəbdən məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 uşağın 3 yaşadək saxlanması üçün kəsilmiş alimentin miqdarının dəyişdirilərək, 220 manat alimentin 30 (otuz) manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
10. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
13. BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 25. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.
14. BMT-nin 19 dekabr 1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı: - Maddə 10. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır.
15. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: - Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı: - Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar.
22. Məhkəmə qeyd edir ki, əvvəldə də göstərildiyi kimi, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
23. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.
24. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.
25. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.
26. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.
27. Məhkəmə qeyd edir ki, iddiaçının ailə vəziyyətində dəyişikliklər olmasada, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-353/2024 saylı qətnaməsi ilə Cavabdeh hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi qət edilmiş və qeyd olunan aliment təyin edildikdən sonra onun maddi vəziyyətində də hər hansı artım olmamasına baxmayaraq, Daşkəsən Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(030)-551/2025 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair ərizəsi qismən təmin edilmiş, tərəflərin birgə nikahında 01 aprel 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay cavabdeh İddiaçı 12 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minimum əmək haqqının 0,45 misli həddində aliment tutulması qət edilmişdir ki, buda onun maddi vəziyətinin pisləşməsinə səbəb olmuşdur.
28. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən verilmiş xx.xx.2026-cı il tarixli arayışla İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumatın olması müəyyən edilmir, bununla belə Tibbi-Sosila Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron ayarışdan, həmçinin elekrton məhkəmə informasiya sistemindən əldə edilmiş portal məlumatından görünür ki, Cavabdeh üçüncü dərəcəli əlildir və 180 manat pensiya alır.
29. 01 yanvar 2026-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
30. Məhkəmə tərəfindən o da müəyyən edildi ki, iddiaçı heç bir yerdə işləmədiyi və rəsmi qazancı olmadığı halda, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğindən artıq, yəni həmin uşağın üç yaşı olanadək gəliri olan cavabdeh (anası) üçün iddiaçıdan aliment tutulur.
31. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə və hazırkı halda iddiaçının maddi vəziyyətinin pisləşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2026-cı ildə ölkə üzrə minimum əmək haqqı məbləğini, iddiaçının gəlirləri barədə sübutun müəyyən edilməməsi və cavabdehin pensiya almasını nəzərə alaraq hesab edir ki, alimentin məbləği azaldılmalıdır.
32. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə məhkəmə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü Renat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Daşkəsən Rayon Məhkəməsinin minimum əmək haqqının 0,45 misli həddində aliment təyin etməsini, cavabdehin 180 manat pensiya almasını, iddiaçının işsiz olmasını və cavabadeh Cavabdeh üçün alimentin məbəğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,15 misli həddində müəyyən edilməsini hazırki dövrdə uşağın mənafeyini, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq ədalətli hesab edir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Raqif qızının hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində təyin edilmiş 220 (iki yüz iyirmi) manat alimentin məbləği azaldılmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü Renat adlı uşağın 3 (üç) yaşı olanadək İddiaçı Cavabdeh üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
36. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı 60 manat mediasiya xərci və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 50 manat dövlət rüsumunu ödəmişdir. Həmin məhkəmə xərcləri cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Raqif qızının hamiləliyi dövründə və doğulacaq uşağı 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində təyin edilmiş 220 (iki yüz iyirmi) manat alimentin məbləği azaldılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü Renat adlı uşağın 3 (üç) yaşı olanadək İddiaçı Cavabdeh üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev