Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(5-125)-61/2026 28.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı X1 Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Cavabdeh qarşı “uşağın ananın himayəsində olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının əsasları odur ki, uşaq hazırda ananın yanında olduğundan və analasının yanında qalmaq istədiyindən 15 avqust 2013-cü il təvəllüdlü X2 ananın, yəni iddiaçının himayəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-543/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında xx.xx.2010-cu tarixdə Hacıqabul rayonu Qeydiyyat Şöbəsində 305 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında saxlanılmışdır. Eyni zamanda, “uşağın ananın himayəsində olması faktının müəyyən edilməsi” xarakterli iddia ərizəsinin məhkəmədə baxılması mülki-prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ailə-nikah münasibətləri davam edən münasibətlər olduğu üçün vətəndaşa azyaşlı uşaqların atanın himayəsindən alınıb ananın himayəsinə verilməsi xarakterli iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı X1 Cavabdeh qarşı “uşağın ananın himayəsində olasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 49,60 (qırx doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu X3 qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(5-125)-61/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(5-125)-61/2026
28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver