Məhkəmə qərarları › İş №2(5-133)-65/2026

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(5-133)-65/2026

04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(5-133)-65/2026 04.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında alimentin sabit məbləğdə tutularaq uşaqları-20 oktyabr 2010-cu ildə doğulmuş X1 üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 22 yanvar 2004-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurub evlənmişlər. Birgə yaşadıqları müddətdə dörd uşaqları doğulmuşdur: 11 yanvar 2003-cü ildə doğulmuş X4, 31 iyul 2006-cı ildə doğulmuş X5, 20 oktyabr 2010-cu ildə doğulmuş X7, 25 fevral 2016-cı ildə doğulmuş X6. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Kəlbəcər Rayon Məhkəməsinin 11 dekabr 2025-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlarından 20 oktyabr 2010-cu ildə doğulmuş X7 onun, 25 fevral 2016-cı ildə doğulmuş X6 cavabdehin himayəsinə verilmiş və 11 dekabr 2025-ci il tarixdən hesablanmaqla və sonraki artımlar nəzərə alınmaqla, ondan Cavabdeh xeyrinə hər ay ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, ikinci dərəcəli əlildir, bu səbəbdən də heç yerdə işləyə bilmir; təsadüfdən-təsadüfə qapılarda yüngül iş olanda məcbur olub işləyir- bundan başqa qazancı, gəliri yoxdur. Ona görə o da uşaqları- 20 oktyabr 2010-cu ildə doğulmuş X1 üçün Cavabdeh aliment tələb edir. 2026-cı ildə hər bir uşaq üçün yaşayış minumumu 260 (iki yüz altmış) manat təşkil edir, ona görə də cavabdehdən hər ay bir uşaq üçün 260 (iki yüz altmış) manat sabit məbləğdə alimentin alınıb ona verilməsini istəyir. Cavabdehin buna hər cürə imkanı var; sağlamdır, əmək qabiliyyətlidir. Lakin cavabdeh könüllü aliment vermək istəmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli Qanununa əsasən, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, uşaqların hamısına o baxır. Cavabdehdən ən azı 180- 200 manat aliment tələb edir. iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 16 fevral 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə oğlu Nurlan atasının himayəsində saxlansa da, ona da özü baxır. İddiaçı qızı Nurcanın saxlanması üçün təyin edilmiş alimenti ödəmir. Onun qazancı çörəkpuludur (məcburi köçkünlərə dövlət tərəfindən verilən vahid aylıq müavinət nəzərdə tutulur-hakimin qeydi), əlavə olaraq gündəlik ev təmizliyinə gedir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli 2(040)-1219/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağı Nurlanın onun yanında saxlanması tələbinə dair” iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 22 yanvar 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kəlbəcər Rayon VVADQ Şöbəsində 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 25 fevral 2016-cı ildə doğulmuş X2 nikahın pozulmasından (boşanmadan) sonra anası- Cavabdeh yanında saxlanması, 25 fevral 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, 11 dekabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, İddiaçı Cavabdeh xeyrinə hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aylıq alimentin tutulması, qətnamənin alimentlə bağlı təmin edilmiş hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyatı Şöbəsi tərəfindən 05 noyabr 2010-cu il tarixdə verilmiş AZ-İİ № 560151 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır - hakimin qeydi) görünür ki, X7 20 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası- İddiaçı, anası-Cavabdehdır İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00501) X8 tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli MŞG/MT/032-2025-00426 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən alimentin tutulmasının maddi (iqtisadi) baxımdan mümkünlüyünü təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehdən alimentin tutulması mümkünsüzdür. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar