Məhkəmə qərarları › İş №2(5-134)-65/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(5-134)-65/2026

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(5-134)-65/2026 05.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1115/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi və Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 260 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı oğlu ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılması, işə əlavə edilmiş sənədləri özünə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İşdə olan sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM MUXTAR MUXTAROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar