Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(5-137)-108/2026 30.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X8 İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia qaldıraraq birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz. İşdə olan xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2025-245 saylı Barışıq sazişinin surətinə əsasən Cavabdeh ilə İddiaçı mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 boşanmadan sonra anaları ilə qalması və saxlanmasından ötrü Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay cəmi 300,0 (üç yüz) manat məbləğində aliment ödəməsi barədə razılaşmışlar. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-978/2025 nömrəli qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi barədə iddiası qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 17 mart 2017-ci il tarixli 02 nömrəli akt qeydi bağlanmış nikah pozulmuşdur. (İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiası təmin edilməmişdir) AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 ötrü Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay cəmi 300,0 (üç yüz) manat məbləğində aliment ödəməsi barədə xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2025-245 saylı Barışıq sazişi, habelə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi barədə iddiasına dair iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2025-245 saylı Barışıq sazişinin məcburi icra üçün təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(5-137)-108/2026
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(5-137)-108/2026
30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver