Məhkəmə qərarları › İş №2(5-139)-200/2026

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(5-139)-200/2026

30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(5-139)-200/2026 30.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət tələbi barədə iddiası üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “E-Məhkəmə” sistemindən çıxarışdan görünür ki, iddia ərizəsində iddia tələbinin yönəldiyi Cavabdeh ünvanı Xaçmaz rayonu, Qımılqışlaq ərazi dairəsi, Qadaşoba kəndidir. Belə olan halda, yuxarıda göstərilən qanun normasının tələbinə əsasən iddia cavabdehin qeydiyyata alındığı yer üzrə Xaçmaz Rayon Məhkəməsinə verilməli və işə ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də hesab edirəm ki, hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun (qəbz: ********** nömrəli, xx.xx.2026-ci il tarixli) geri qaytarılması üçün əsasdır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar