Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-16/2026 16.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 600 manat alimentin cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 31 iyul 2011-ci ildə qeyri rəsmi ailə qurub, nigahları isə Lənkəran rayon qeydiyyat şöbəsində 10 sentyabr 2011-ci il tarixdə rəsmiləşdirilib. Birgə nigahdan üç uşaqları olmuşdur. 15 oktyabr 2012-ci il tarixdə Hüseynağa, 26 fevral 2014-cü il tarixdə Həsən, 15 avqust 2017-ci il tarixdə Rüqəyya adlı üç uşaqlar doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşayıblar, sonra xasiyyətləri alınmadığı üçün ayrılıblar. Rəsmi qaydada nigahları Lənkəran Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(049)-1478/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Nigah pozularkən aliment mübahisəsi olmamışdır. Birgə nigah dövründə tikdikləri evdən cavabdehin imtina etməsi səbəbindən aliment mübahisəsi olmamışdır. Uşaqlar onun himayəsində saxlanılmışdır. Bir müddət sonra onlar yenidən qeyri rəsmi bir yerdə yaşayıblar. 31 may 2025-ci il tarixdə Əbəlfəzl adlı uşaq doğulmuşdur. Hazırda cavabdehlə birgə və faktiki nigahlarından 4-cü uşaq doğulmuşdur. Uşaqlar hal-hazırda sağ-salamat olmaqla onun himayəsində yaşayırlar. 31 may 2025-ci il tarixdə anadan olmuş X1 çətinlikləri olduğundan Lənkəran Rayon Məhkəməsinə müraciət edib. 31 may 2025-ci il tarixdə anadan olmuş X2 üçün aliment tutulması barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3654/2025 saylı qətnaməsi vardır. Nigahlarından olan 15 oktyabr 2012-ci il təvəllüdlü Hüseynağa, 26 fevral 2014-cü il təvəllüdlü Həsən, 15 avqust 2017-ci il təvəllüdlü Rüqəyya adlı üç uşağın saxlanmasında çətinlikləri yaranıb. Onlar böyüyüb, onların xərci də böyüyüb. Hazırda cavabdehlə birgə və faktiki nigahlarından 4 uşaq doğulmuşdur. Uşaqlar hal-hazırda sağ-salamat olmaqla onun himayəsində yaşayırlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və 15 oktyabr 2012-ci il tarixdə anadan olmuş X3, 26 fevral 2014-cü il tarixdə anadan olmuş X7, 15 avqust 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa dair hər ay 200 manat ümumlikdə 600 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı olan iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, hal-hazlrda fəhlə işləyir və əlavə gəliri yoxdur. Belə ki, o, sonbeşik övladı olan xx.xx.2025-ci ildə anadan olmuş X2 üçün iddiaçıya məhkəmə qərarına əsasən hər ay 200 manat aliment ödəyir. Ümumilikdə 4 uşağı üçün iddiaçıya hər ay cəmi 400 manat aliment ödəyə bilər. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixində Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixində Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixində Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan rəsmi nigah qeydi pozulmuş, onların birgə nigahlarından olan xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 İddiaçı yanında qalmaları müəyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3654/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddia tələbi üzrə xx.xx.2025-ci il tarixdə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nigahından Hüseynağa, Həsən, Rüqəyyə və Əbilfəzl adlı dörd uşaqları doğulmuşur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3654/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Uşaqlar hal-hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalırlar. Bu halı məhkəmə iclasındakı izahatında Cavabdeh da təsdiq etdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, iddia tələbinə qiymət verərək həmçinin qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin birgə öhdəliyi olsa da, iddiaçının himayəsində olan uşaqların yaşı daha az olduğundan və həmin uşaqlardan biri ikinci qrup əlil olduğundan iddiaçının işləmək və maddi qazanc əldə etmək imkanları cavabdehə nisbətən daha məhduddur. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,25 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2026-cı il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün iddiaçı tərəfindən 60 manat mediasiya xərci də Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-cı il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2026-cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,25 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(5-144)-16/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-16/2026
16.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver