Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-518/2026 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl zinət əşyalarının tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən təxminən ümumi dəyəri 6-7 (altıyeddi) min manat olan, 750 problu 20 qram italyan istehsalı olan 3000 (üç min) manat dəyərində boyunbağı qızıl zinət əşyalarını; 750 problu 3 qram 2 karat ağ rəngdə italyan istehsalı olan 1000 (min) manat dəyərində nişan üzük qızıl zinət əşyalarını, 750 problu 5 qram italyan istehsalı olan 900 (doqquz yüz) manat dəyərində sırğa qızıl zinət əşyalarını; 750 problu 3 qram 1 karat italyan istehsalı olan 1300 (min üç yüz) manat dəyərində üzük karona qızıl zinət əşyalarını; 750 problu 3 qram italyan istehsalı olan 540 (beş yüz qırx) manat dəyərində üzük qızıl zinət əşyalarını və ya qızıllar olmadıqda həmin qızılların dəyəri olaraq təxminən 6-7 (altı-yeddi) min manat pulun onlardan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının tələbi aydın deyildir. Belə ki, o, tələb etdiyi qızıl-ziynət əşyalarının dəyirini 6-7 min manat göstərmişdir. Bu isə gələcəkdə hazırki tələb üzrə yekun məhkəmə aktı qəbul olunacağı halda, yekun məhkəmə aktının nəticəsinin qeyri-müəyyən və icrasının mümkünsüz olması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, gələcəkdə hazırki tələb üzrə yekun məhkəmə aktı qəbul olunacağı halda, yekun məhkəmə aktının nəticəsində qızıl-ziynət əşyaları olmadıqda konkret olaraq onların əvəzində ödənilməli olan qızıl-ziynət əşyalarının dəyəri göstərilməlidir ki, yekun məhkəmə aktının icrasını mümkünsüzlüyü ilə nəticələnməsin. Bundan başqa məhkəmə iddiaçının diqqətini həmçinin ona cəlb edir ki, qızıl əşyaların təsviri verilərkən istifadə edilmiş ifadələr Azərbaycan dilində qeyd edilməlidir (misal: prob-əyyar, karona-tac). Halbuki, MPM-nin 149.2.3-cü maddəsində göstərilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən: Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğdə dövlət rüsumu ödənir. Əgər iddia qiyməti 6000 manat təşkil edirsə, məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 80 manat ödənilməli, 7000 manat təşkil edirsə, 90 manat məbləğdə dövlət rüsumu ödənilməldir. Hazırki iddia ərizəsinin verilməsi üçün isə ərizəçi tərəfindən 89 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 150.1.1-ci maddəsinə görə iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); əlavə edilir. Lakin hazırda iddia ərizəsinin əslindən əlavə olaraq 1 ədəd surəti əlavə edilmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 89 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl zinət əşyalarının tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 89 manat İddiaçı geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(5-144)-518/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-518/2026
17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver