Məhkəmə qərarları › İş №2(5-151)-25/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-151)-25/2026

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(5-151)-25/2026 05.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq görə sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli hədində sabit pul məbləğində aliment pulunun cavadeh Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi ailə həyatı qurmuşlar. Bu rəsmi evlilikdən üç nəfər xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Əvvəl mehriban yaşasalarda sonradan cavabdehlə olan münasibətləri kəskin dəyişdiyi üçün uzun müddətdir ki ayrı yaşayırlar. Səbəb olaraq bildirir ki, Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyi üçün boşanmaq üçün Sabirabad rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli 2(056)-929/2025 saylı qətnamə ilə aralarında olan rəsmi nigah pozularaq hər üçyaşlı onun himayəsinə verilmişdir. Hal-hazırda üç azyaşlı övladları ilə ayrı yaşayır və heç bir yerdə işləmir, azyaşlıları saxlamaqda çətinlik çəkir. Gündəlik tələbatlar çox olduğu üçün cavabdehin maddi yardımına ehtiyacı var. Cavabdeh uşaqları ilə maraqlanmır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini bildirərək, iddianın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2019-cu il tarixdə Nəqi, xx.xx.2021-ci il tarixdə Tağı və xx.xx.2016-cı il tarixdə Rza adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-929/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Sabirabad regional "ASAN Xidmət" X6 tərəfindən bağlanmış və 960 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 ataları İddiaçı yanında qalmaları qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 2011-ci ildə rəsmi evlənmişlər və onların nikahlarından üç övladı - xx.xx.2019-cu il tarixdə Nəqi, xx.xx.2021-ci il tarixdə Tağı və xx.xx.2016-cı il tarixdə Rza adlı uşaqları anadan olmuşdur. Övladlarından ayrı yaşayan Cavabdeh bir valideyn kimi uşağlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğundan, iddia təmin edilərək, cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən minimum aylıq əmək haqqının məbləği 2024-cü il üçün 345 manat, 2025-ci il yanvarın 1-dən isə 400 manat müəyyən edilib. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» xx.xx.2025-ci il tarixli Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, uşağların mənafeini, onların əvvəlki təminat səviyyəsini, respublikada 2026-cı il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin məhdud maddi imkanlarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Belə ki “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci madəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunmuş alimentin alınması haqqındakı iddianın qiyməti cavabdehə aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələbin növü qiymətləndirilən iddia ilə bağlı olduğundan və bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunmuş alimentin alınması haqqındakı iddialarla bağlı dövlət rüsumu 30 manat müəyyən edildiyindən, iddiaçı isə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinin tələbləri əsasında aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nın 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. 30 (otuz) manat Cavabdeh tutulub dövlət rüsumu formasında dövlət büdcəsinə köçürülsün. Qətnamənin “alimentin tutulması” hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar