Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(5-153)-21/2026 19.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus cehiz əşyalarının iddiaçının evindən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəmdə iddia qaldıraraq cavabdehə məxsus iddia ərzisəində sadalanan cehiz əşyalarının onun Samux rayonu Salahlı kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus cehiz əşyalarının iddiaçının evindən çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(5-153)-21/2026
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(5-153)-21/2026
19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver