Məhkəmə qərarları › İş №2(5-156)-27/2026

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-27/2026

02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-27/2026 02.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 8(067)-674/2025 saylı xx.xx.2025ci il tarixli qərardadına əsasən ondan Cavabdeh xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(067)- 1313/2024 saylı qətnaməsi əsasında tutulan uşaq üçün 190 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində alimentin miqdarının azaldılaraq hər ay cəmi 150 manat məbləğində ondan aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 8(067)-674/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən o, Cavabdeh xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1313/2024 saylı qətnaməsi əsasında tutulan uşaq üçün 190 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində alimenti Cavabdeh xeyrinə ödəməlidir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o heç yerdə işləmirdi, anasının təqaüdü ilə dolanırdı. Ancaq buna baxmayaraq ona ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində aliment ödəmək qət edildi. Buda hardasa bir uşaq üçün 220 manat miqdarında Cavabdeh aliment ödəmək onun maddi imkanı xaricindədir. Hər ay cəmi 150 manat məbləğində aliment tutulmasına heç bir etirazı yoxdur. Heç bir yerdə işləmir. Maddi cəhətdən çox çətinlik çəkir. Özləri çox çətinliklə dolanırlar. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1313/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı hər ay 190 manat sabit məbləğdə aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-674/2025 saylı qərardadına əsasən, ərizə qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1313/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsin əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1313/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı hər ay 190 manat sabit məbləğdə aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-674/2025 saylı qərardadına əsasən, ərizə qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1313/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qərardad çıxan müddətdən dörd ay keçmişdir, həmin müddət ərzində iddiaçının vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübüt təqdim edilməmişdir. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar