Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-85/2026 17.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı " alimentin miqdarının azaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(031)- 373/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş, Şabran rayon məhkəməsinin 8(031)- 150/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarını azaldaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,213 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailəli olmuşdur. Daha sonra aralarında olan nikah pozulmuşdur. Şabran rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(031)- 373/2018 saylı qətnaməsi ilə ondan xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 85 manat olmaqla sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Ərizəçi Cavabdeh qətnamə üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şabran rayon məhkəməsinin 8(031)- 150/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-373/2018 saylı qətnaməsinə əsasən 28 aprel 2009-cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay tutulan 85 manat sabit pul məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Bildirir ki, ödədiyi aliment Şabran rayon məhkəməsinin 8(031)-150/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən minimum əmək haqqının 0,65 misli həddində indeksləşdirildikdə ondan hər uşaq tutulacaq alimentin məbləği bu il üçün 260 manat təşkil edir, onun həm maddi, həm də, ailə vəziyyəti həmin aliment məbləğini ödəməyə imkan vermir. Belə ki, o, X9 İdarəsinin Şabran rayon Xidmətində işləyir. Aylıq əmək haqqım 436,72 manat təşkil edir. Həmin iş yerindən başqa digər gəlir və qazanc yeri yoxdur. Həmçinin o, Cavabdeh boşanandan sonra rəsmi qaydada X3 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 3 azyaşlı övladı vardır. Hal-hazırda ailəsi və övladları onun himayəsində yaşayırlar. Aldığı aylıq əmək haqqı ilə ailəsini çox çətinliklə saxlayır, aldığı 436,72 manat aylıq əmək haqqı ilə ailəsini və 3 övladını saxlamaq olduqca çətindir. 520 manat aylıq aliment punu ödəməyi isə qeyri-mümkündür. Çünki, onun aylıq əmək haqqı belə cavabdehin ondan tələb etdiyi aliment məbləğindən aşağı həddədir. Göründüyü kimi aliment məbləğinin indeksasiyasından sonra onun maddi vəziyyətində dəyişiklik (geriləmə) daha da ciddi hal almışdır. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçının 2-ci dəfə ailə qurmasını, 3 azyaşlı övladının olmasını nəzərə alaraq aylıq hər uşağa 150 manat sabit pul məbləğində aliment ödəməsinə razıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-373/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 3 iyul 2018-ci ildən başlayaraq hər uşaq üçün ayda 85 manat məbləğində aliment alınıb 28 aprel 2009-cu ildə doğulmuş X2 və 29 dekabr 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X1 verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(031)-150/2025 saylı qərardadına əsasən, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-373/2018 saylı qətnaməsinə əsasən 28 aprel 2009cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay tutulan 85 manat sabit pul məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsin əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmənin Plenum Qərarına əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edildiyinə, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməli olduqlarına görə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(031)-150/2025 saylı qərardadına əsasən, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-373/2018 saylı qətnaməsinə əsasən 28 aprel 2009-cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay tutulan 85 manat sabit pul məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı ikinci dəfə ailə qurmuş, həmin münasibətdən üç uşağı da olmuşdur. Eyni zamanda, əvvəlki məhkəmə iclasında Cavabdeh hər uşağa ayda 150 manat sabit pul məbləğində aliment ödəməsinə razı olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(031)- 150/2025 saylı qərardadı ilə 28 aprel 2009-cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər uşaq üçün hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 0,65 misli həddində alimentin tutulması qaydası dəyişdirilməli, 28 aprel 2009-cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(031)-150/2025 saylı qərardadı ilə 28 aprel 2009-cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər uşaq üçün hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 0,65 misli həddində alimentin tutulması qaydası dəyişdirilsin. 28 aprel 2009-cu il təvəllüdlü X2 və 29 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra hesablansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(5-156)-85/2026
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-85/2026
17.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver