Məhkəmə qərarları › İş №2(5-159)-269/2026

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(5-159)-269/2026

23.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(5-159)-269/2026 23.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu, İddiaçı Cavabdeh qarşı cavabdehin himayəsinə verilmiş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşaqlara görə ondan tutulan alimentin dayandırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı cavabdehin himayəsinə verilmiş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşaqlara görə ondan tutulan alimentin dayandırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına, o cümlədən mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunvericilklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Belə ki, işdə olan xx.xx.2026-cı il tarixli, MŞG/MT053/2026-00015 nömrəli Gəncə 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavadeh tərəf iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qanunvericilikdə əmlak mübahisəsi ilə bağlı mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etməli olması imperativ qaydada nəzərdə tutulmasına baxmayaraq, iddiaçı hazırkı iddianın aidiyyəti üzrə, yəni Şəmkir şəhərində yerləşən mediasiya təşkilatına müraciət etməli olduğu halda Gəncə 3 saylı Mediasiya təşkilatına müraciət etmiş, beləliklə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələbini, həmçinin MPM-in 150.1.7-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, MPM-in 150.1 və 150.1.7-cı maddələrinin tələbinə görə iddiaçı iddia ərizəsinə digər sənədlərlə yanaşı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi də əlavə etməlidir. İddiaçı isə lazımi qaydada mediasiya təşkilatına müraciət etməməsinə baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyə qədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALİDM: İddiaçı Cavabdeh qarşı cavabdehin himayəsinə verilmiş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşaqlara görə ondan tutulan alimentin dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar