Məhkəmə qərarları › İş №2(5-160)-44/2026

Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(5-160)-44/2026

12.01.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(5-160)-44/2026 12.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Kreditor X1 borclular Borclu, Zamin1 və Zamin2 qarşı borcun alınması üçün əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Kreditor X4 ərizə ilə məhkəməyə müraciət edərək borclular Borclu , Zamin1 və Zamin2 müştərək qaydada 3900 (üç min doqquz yüz) manat əsas borc, 299 (iki yüz doxsan doqquz) manat cərimə borcu, cəmi 4199 (dörd min yüz doxsan doqquz) manat məbləğində pul və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2025-ci ildə 1402 saylı rəsmi ərizə ilə müraciət edərək, ümumi dəyəri 3900 ( üç min doqquz yüz ) manat olan, bir ədəd SEE 2400 (KV) 1700 (bir min yeddi yüz) manat olan kondisioner, SEE 7 kq (qara) 1300 (bir min üç yüz) manat olan paltaryuyan, SEE 43 Smart 900 (doqquz yüz) manat olan televizor ilkin ödəniş etməməklə, qrafika uyğun olaraq 390 (üç yüz doxsan) manat ödəmək şərti ilə ümumilikdə 10 (on) ay müddətinə kreditlə götürmüşdür. Lakin bu günə kimi qalıq borcdan heç bir ödəniş edilməmişdir. Buna əsasən 3900 ( üç min doqquz yüz ) manat əsas borc, 199 (bir yüz doxsan doqquz) manat dəbbə, ümumilkdə 4199 (dörd min yüz doxsan doqquz) manat borc yaranmışdır. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əlavə edilmiş müqavilə və müqavilənin şərtlərindən göründüyü kimi, hazırki öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Zamin1 və Zamin2 Borclu ilə birlikdə kreditor X3 qarşısında eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 276.1-ci maddəsində kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. MPM-nin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-nin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. MPM-nin 40.3-cü saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Məhkəmə aidiyyət məsələsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatına əsasən Şirvan şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. MPM-nin 281.1.7ci maddəsinə əsasən borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği məhkəmə əmrində göstərilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, əmrin verilməsi ilə bağlı kreditor tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmri təmin edildiyindən kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borclulardan tutularaq kreditora ödənilməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, kreditorun tələbi əsaslıdır və tam şəkildə təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281- 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: Borclular xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu Yeni- Mil qəsəbəsində qeydiyyatda olan Borclu (FİN: xxxxxxx), xx.xx.1991-ci ildə Füzuli rayonu Araz Zərgər kəndində anadan olmuş, Füzuli rayonu Araz Zərgər kəndində qeydiyyatda olan Zamin1 (FİN: xxxxxxx) və xx.xx.1991-ci ildə Füzuli rayonu Mahmudlu-2 kəndində anadan olmuş, Füzuli rayonu 2-ci Mahmudlu kəndində qeydiyyatda olan Zamin2 (FİN: xxxxxxx) müştərək qaydada 3900 (üç min doqquz yüz) manat əsas borc, 299 (iki yüz doxsan doqquz) manat cərimə borcu, cəmi 4199 (dörd min yüz doxsan doqquz) manat məbləğində pul və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq kreditor X2 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar