Məhkəmə qərarları › İş №2(5-160)-58/2026

Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(5-160)-58/2026

15.01.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(5-160)-58/2026 15.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23 A-da yerləşən kreditor X1 borclular – Füzuli rayonu, Əhmədbəyli Ə/D, İkinci Mahmudlu kəndində qeydiyyatda olan Borclu, Füzuli rayonu, Bala Bəhmənli Ə/D, Araz Zərgər kəndində qeydiyyatda olan Zamin1 və Füzuli rayonu, Araz Zərgar kəndində qeydiyyatda olan Zamin2 qarşı borcun alınması üçün məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23 A-da yerləşən mağaza X1 xüsusi mülkiyyətindədir və orada mövcud məişət avadanlığının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda dayanaraq dövlətə vergi ödəyir. Borclu 20 iyul 2025-ci ildə rəsmi ərizə ilə mağazaya müraciət edərək, ümumi dəyəri 2200 manat olan bir ədəd SEE 2400, 1700 manat olan kondisioner, “Redmi A5” (4/128) gb 500 manat olan telefon, ilkin ödəniş etməməklə, qrafika uyğun olaraq 220 manat ödəmək şərti ilə ümumilikdə 10 ay müddətinə kreditlə götürmüşür. Lakin bu günə kimi qalıq borcdan heç bir ödəniş etməmişdir. Buna əsasən 2200 manat əsas borc, 298 manat dəbbə, ümumilikdə 2498 manat borc yaranmışdır. Araşdırma aparılıb, sənədlər yoxlandıqdan sonra bir ədəd SEE 2400, 1700 manat olan kondisioner, “Redmi A5” (4/128) gb 500 manat olan telefon həmin şərtlə verilmişdir. Bu barədə borcluya və zaminə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclular Borclu, Zamin1 və Zamin2 müştərək qaydada 2200 manat əsas borc, 298 manat dəbbə borcu və ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan X4 ilə Borclu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 1397 saylı müqaviləyə əsasən ümumi dəyəri 2200 manat olan bir ədəd SEE 2400, 1700 manat olan kondisioner, “Redmi A5” (4/128) gb 500 manat olan telefon Borclu nisyə satılmış və cavabdeh ilkin ödəniş etmədən 10 ay müddətində ödəniş cədvəli üzrə hər ay 220 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə X4 ilə cavabdehlər Zamin1 və Zamin2 arasında xx.xx.2025-ci il tarixli, 1397 nömrəli müqavilə üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmələri barədə bağlanmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Əlavə edilmiş müqavilə və müqavilənin şərtlərindən göründüyü kimi, hazırki öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Zamin1 və Zamin2 Borclu ilə birlikdə kreditor X4 qarşısında eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsində kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Aidiyyət məsələsinə gəldikdə məhkəmə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatinə əsasən Şirvan Şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, əmrin verilməsi ilə bağlı kreditor tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmri təmin edildiyindən kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borclulardan tutularaq kreditora ödənilməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, verilmiş tələb MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun verilmiş, verilmiş tələbləri təsdiq edən sənədlər ərizəyə əlavə edilmiş, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə halı hazırda məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa kreditor X4 ilə borclu X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 1397 saylı müqaviləyə əsasən kreditorun tələbi aşkardır və həmin tələb borclunun müqaviləyə əsasən öhdəliyinə əsaslanmışdır. xx.xx.2025-ci il tarixli, 1397 saylı müqaviləyə əsasən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirmədiyindən kreditor borcludan vəzifəsinin icrasını, yəni, verilmiş əşyanın ödənilməsini tələb etməkdə və Azərbaycan Respublikası MM-in 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından kreditor borclu və zamindən əsas borc, faiz borcu və ərizə verilərkən ödənilmiş dövlət rüsumunun müştərək qaydada tələb etməkdə haqlıdır. Odur ki, X1 pul tələbinə dair əmr icraatı qaydasında tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda gösdərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281- 284-cü maddələrini rəhbər tutaraq. ƏMR EDİRƏM: Borclular xx.xx.1985-ci il təvəllüdlü, Füzuli rayonu, Əhmədbəyli Ə/D, İkinci Mahmudlu kəndində qeydiyyatda olan Borclu, xx.xx.1991-ci il təvəllüdlü, Füzuli rayonu, Bala Bəhmənli Ə/D, Araz Zərgər kəndində qeydiyyatda olan Zamin1 və xx.xx.1977-ci il təvəllüdlü, Füzuli rayonu, Araz Zərgar kəndində qeydiyyatda olan Zamin2 müştərək qaydada 2200 (iki min iki yüz) manat əsas borc, 298 (iki yüz doxsan səkkiz) manat dəbbə borc və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq kreditor X2 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar