Məhkəmə qərarları › İş №2(5-161)-37/2026

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(5-161)-37/2026

29.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(5-161)-37/2026 29.01.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Şuşa regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, Cavabdeh1nə və üçüncü şəxs BOKT "xxxx" QSC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehŞuşa regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-860 reyestr nömrəli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, iddia ərizəsində cavabdeh BOKT "xxxx" QSC olduğu halda, Şuşa regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi və Cavabdeh1 qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Yəni, müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun yaranma əsasını, məbləğini və s.) isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə mübahisələndirə bilər. Göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Məhkəmə hesab edir ki, belə iddia verildikdə icra qeydi üzrə tələbkar cavabdeh sayılmalı, notarius isə üçüncü şəxs kimi işə cəlb edilməlidir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbini cavabdehlər: Şuşa regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh1nə yönəltmiş, əslində cavabdeh olmalı olan BOKT "xxxx" QSC-ni isə üçüncü şəxs kimi göstərmişdir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şuşa regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh1nə və üçüncü şəxs BOKT "xxxx" QSC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, o, cavabdeh qismində, mübahisələndirilən icra qeydi üzrə tələbkar olan BOKT "xxxx" QSC-ni və üçüncü şəxslər qismində Şuşa regional “ASAN xidmət” mərkəzində Notariat ofisini və Cavabdeh1 göstərməklə, həmin cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı cavabdehlər Şuşa regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh1nə və üçüncü şəxs BOKT "xxxx" QSC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra iddia tələbi ilə aidiyyəti məhkəməyə yenidən müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar