Məhkəmə qərarları › İş №2(5-85)-64/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(5-85)-64/2026

18.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(5-85)-64/2026 18.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əhmədova Aynur Əvəz qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 27 yanvar 2026-cı il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11 sentyabr 2008-ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün yaşayış minimumuna görə hər ay sabit 260 (iki yüz altmış) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, o, Cavabdeh ilə aralarında olan nikah Babək Rayon Məhkəməsinin 2(079)-312/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan olan övladları 11 sentyabr 2008ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013-cü il təvəllüdlü X6 onun yanında saxlanılmaları qət edilmişdir. Qeyd etmişdir ki, o heç yerdə işləmir, cavabdeh bu müddət ərzində uşaqlarla maraqlanmamışdır. Uşaqların hazırlıq pulunu və təhsil haqqını ödəməkdə çətinlik çəkir. Uşaqlar böyüdükcə tələbləri də artdığına görə o uşaqların saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən də 11 sentyabr 2008-ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 2026-cı il uşaqlar üçün yaşayış minimumu üzrəhər uşağa sabit 260 (iki yüz altmış) manat olmaqla, cəmi 780 (yeddi yüz səksən) manat miqdarında aliment ödənilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh üç ildir ki, uşaqlarla maraqlanmır. Özü ağ ciyərin xəstəliyindən əziyyət çəkir, buna baxmayaraq o, uşaqlarının maddi tələbatlarını qarşılamağa çalışır. Lakin uşaqlar böyüdükcə təhsilləri ilə bağlı maddi tələbatları da artır. Bu səbəbdən alimentlə bağlı məhkəməyə müraciət etmişdir. Sonda iddianı müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmənin baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: -Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-312/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Vəliyeva (Rzayeva) Kəmalə Məmmədəli qızı arasında 18 iyul 2008-ci il tarixdə Babək rayonu, Nehrəm kənd icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 11 sentyabr 2008-ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013cü il təvəllüdlü X6 ataları İddiaçı yanında qalmaları qət edilmişdir. -Babək Rayon Qeydiyyat Şöbəsinin AZ İ № 433927 saylı, 22 yanvar 2026-cı il tarixli çıxarışından görünür ki, 04 noyabr 2024-cü il tarixdə İddiaçı ilə X4 arasında olan nikah pozulmuşdur. -Babək Rayon Qeydiyyat şöbəsinin AZ İİ №165023 saylı, 27 yanvar 2026-cı il tarixli çıxarışından görünür ki, X11 11 sentyabr 2008-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X3r. -Babək Rayon Qeydiyyat şöbəsinin AZ İİİ №077352 saylı, 27 yanvar 2026-cı il tarixli çıxarışından görünür ki, X12 29 dekabr 2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X3r. -Babək Rayon Qeydiyyat şöbəsinin AZ İİ №501921 saylı, 27 yanvar 2026-cı il tarixli çıxarışından görünür ki, X14 26 mart 2010-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X3r. Beləliklə, mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında nikah Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 11 sentyabr 2008-ci il təvəllüdlü X11, 26 mart 2010-cu il təvəllüdlü X13 və 29 dekabr 2013-cü il təvəllüdlü X10 ataları İddiaçı yanında saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarınına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-3-cü yarım bəndində qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Maddələrin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Məhkəmə xüsusilə qeyd edir ki, aliment məbləği müəyyən edilən zaman diqqət edilməli olan mühüm məsələlərdən biri uşaqların əvvəlki təminatlarının, həyat səviyyələrinin qorunub saxlanmasıdır. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Həmçinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, tərəflərin birgə nikahdan doğulmuş uşağının mənafeyi, onun lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələri nəzərə alınmalıdır. Bu yanaşma milli hüquq tətbiqetmə təcrübəsində üstün mövqe daşıyır. Məhkəmə cavabdehin əmək haqqı barədə məlumatı, o cümlədən iddiaçı tərəfindən bu istiqamətdə hər hansı sübutun təqdim edilməməsini, həmçinin uşaqların yaşını və sayını nəzərə alaraq, cavabdehdən hər ay yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün minumum əmək haqqının 0,65 misli məbləğində alimentin tutulmasının mümkünsüz olduğu qənaətinə gəlir və tərəflərin birgə nikahından doğulmuş 11 sentyabr 2008-ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013-cü il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə minumum əmək haqqının 0,4 misli məbləğində (hazırda 160 manat) alimentin tutulmasını ağlabatan hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı ərizə ilə məhkəməyə xx.xx.2026-cı il tarixdə müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x260)=3120) təmin edilmiş hissəsinə (113,60 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x160)=1920) 77.60 manat (yetmiş yeddi manat, altmış qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan 11 sentyabr 2008-ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün “27” yanvar 2026-cı il tarixdən hesablanmaqla hər ay Cavabdeh İddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 77.60 manat (yetmiş yeddi manat, altmış qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 11 sentyabr 2008-ci il təvəllüdlü X8, 26 mart 2010-cu il təvəllüdlü X9 və 29 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 27 yanvar 2026-cı il tarixdən hesablanmaqla, hər ay X2 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulsun. X2 77.60 (yetmiş yeddi manat, altmış qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar