Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(5-89)-27/2026 10.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 avqust 2013-cü ildə doğulmuş X7 və 23 oktyabr 2920-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul miqdarında bır uşaq üçün 260 manat olmaqla iki uşaq üçün 520 manat alimentin (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli məbləğində müəyyən edilməklə) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 avqust 2011-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından 18 avqust 2013-cü il təvəllüdlü X7 və 23 oktyabr 2020-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur, tərəflər arasında xasiyyət uyğunsuzluğu mövcud olmuş, bu səbəbdən onların ailə münasibətləri pozulmuş və birgə yaşayışları faktiki olaraq mümkün olmamışdır. Belə ki, tərəflər 2025-ci ilin sentyabr ayından etibarən eyni yaşayış sahəsində ayrı-ayrılıqda yaşasalar da, faktiki olaraq ailə münasibətlərini dayandırmışlar, Cavabdeh qeyd olunan müddət ərzində azyaşlı övladlarının saxlanılması və tərbiyəsi ilə kifayət qədər maraqlanmamış, onların maddi təminatında iştirak etməmişdir. İddiaçı hazırda heç bir yerdə işləmədiyini, azyaşlı övladların saxlanılmasını təkbaşına təmin etməkdə çətinlik çəkdiyini bildirərək Cavabdeh 18 avqust 2013-cü ildə doğulmuş X7 və 23 oktyabr 2920-ci ildə doğulmuş X4 yetkinim yaşına çatanadək saxlanması üçün hər ay sabit pul miqdarında bır uşaq üçün 260 manat olmaqla iki uşaq üçün 520 manat alimentin (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli məbləğində müəyyən edilməklə) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı uşağın saxlanması üçün aliment tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 11 avqust 2011-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 602067 nömrə ilə rəsmiləşdirilmiş və Culfa rayon Qeydiyyat Şöbəsinin vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlənmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxx 1985-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əndəmic kəndində anadan olmuş, X5 isə xx xxxx 1983-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur.Həmin şəhadətnaməyə əsasən tərəflər 11 avqust 2011ci il tarixdə Culfa rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş, nikahın bağlanması haqqında qeyd 2011-ci ilin avqust ayının 11-də akt qeydləri kitabında 105 nömrə ilə aparılmışdır.Eyni zamanda müəyyən olunur ki, nikah bağlandıqdan sonra ər “Rəcəbov”, arvad isə “Rəcəbova” soyadını qəbul etmişdir. İş materiallarında olan 19 noyabr 2013-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı 855658 nömrə ilə rəsmiləşdirilmiş və Ordubad rayon Qeydiyyat Şöbəsinin vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlənmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 18 avqust 2013-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur.Həmin şəhadətnaməyə əsasən, onun atası Cavabdeh, anası isə İddiaçı İsmayıl qızıdır, hər ikisinin milliyyəti azərbaycanlıdır.Eyni zamanda müəyyən olunur ki, uşağın doğumu haqqında qeyd 2013-cü il noyabr ayının 19-da doğum haqqında akt qeydləri kitabında 298 nömrə ilə aparılmışdır. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixdə verilmiş, AZ-İV seriyalı 461988 nömrə ilə rəsmiləşdirilmiş və Ordubad rayon Qeydiyyat Şöbəsinin vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlənmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 23 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuşdur.Həmin şəhadətnaməyə əsasən, onun atası Cavabdeh, anası isə İddiaçı İsmayıl qızıdır, hər ikisinin milliyyəti azərbaycanlıdır.Eyni zamanda müəyyən olunur ki, uşağın doğumu haqqında qeyd 2020-ci il dekabr ayının 10-da doğum haqqında akt qeydləri kitabında 209 nömrə ilə aparılmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, arayışdan görünür ki, İddiaçı Yuxarı Əndəmic kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Həmin arayış Ordubad Rayonu İcra Hakimiyyəti başçısının Yuxarı Əndəmic kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş və Ordubad Rayon Məhkəməsinə təqdim olunması üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MŞN/26-R00055 saylı Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən Naxçıvan Mediasiya təşkilatı tərəfindən verilmişdir.Arayışa əsasən, mediator X3 (reyestr № M-00121) tərəfindən aliment tələbi ilə bağlı mediasiya icraatı üzrə ilkin mediasiya sessiyası təyin edilmişdir. İddiaçı mediasiya prosesində iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.Sənəddən müəyyən olunur ki, mediasiya icraatına dair ərizə xx.xx.2026-cı il tarixdə təqdim olunmuş, tərəflərə bildiriş həmin tarixdə göndərilmiş, ilkin mediasiya sessiyası isə xx.xx.2026-cı il tarixdə saat 12:00-da Naxçıvan şəhəri, Babək məhəlləsi 16 ünvanında keçirilməli olmuşdur.Bundan başqa, arayışdan görünür ki, mediasiya xərci 50 (əlli) manat məbləğində olmuş və həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci il üçün minimum əmək haqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından iki övladı vardır. Həmin uşaqlar 18 avqust 2013-cü il təvəllüdlü X7 və 23 oktyabr 2020-ci il təvəllüdlü X8r. Uşaqlar hazırda iddiaçının himayəsindədir. Müəyyən olunmuşdur ki, cavabdeh uşaqların saxlanılması və tərbiyəsində iştirak etmir. Həmçinin cavabdeh uşaqların maddi təminatında iştirak etmir və onların heç bir tələbatını ödəmir.İddiaçı cavabdehdən hər ay 520 (beş yüz iyirmi) manat məbləğində, hər uşaq üçün 260 (iki yüz altmış) manat olmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqların saxlanılması hər iki valideynin hüquq və vəzifəsidir. Buna görə də uşaqların maddi təminatının yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyildir.Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bu səbəbdən, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 18 avqust 2013-cü il təvəllüdlü X7 və 23 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (400 x 0,45 = 180 manat) həddində sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi məqsədəuyğun hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni zamanda Cavabdeh 63.20 manat (altmış üç manat iyirmi qəpik ) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 avqust 2013-cü il də doğulmuş X1 və 23 oktyabr 2020-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.45 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması 28 yanvar 2026-cı il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 63.20 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(5-89)-27/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-89)-27/2026
10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver