Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(5-91)-12/2026 12.03.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı “21” yanvar 2026-cı ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(090)- 156/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş və daha sonra həmin məhkəmənin 8(090)-75/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı indeksləşdirilmiş alimentin azaldılaraq 130 (bir yüz otuz) manat məbləğində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı adından iddia ərizəsini əsaslandıraraq göstərmişdir ki, “Cavabdeh ilə birgə nikahda olub ayrılmışıq nikahımızdan bir övladımız 07 sentyabr 2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Nikahın pozulmasından sonra övladım 07 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün aliment ödəyirəm. 07 Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-17/2024 nömrəli qətnaməsi ilə Şahbuz Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(090)-156/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hər ay 190 (bir yüz doxsan) manat sabit məbləğdə aliment təyin edilmişdir. 8(090)- 75/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadla "07" yanvar 2024-cü il tarixli, 2(090)-17/2024 nömrəli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilmiş 07 sentyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məndən ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərar qəbul edilmişdir. Əvvəla qeyd edirəm ki mən gözüm ilə bağlı xəstəliyimə görə birinci qrup əliləm nikahımın pozulan vaxtı işləyirdim əmək haqqı alırdım əlavə təsərrüfatla da məşğul olurdum indi isə işləmirəm, gəlir mənbəyim əlilik üçün aldığım 393 manat pensiya və 350 manat prezident təqaüdüdür, başqa yerdən gəlir əldə etməyimə səhhətim əl vermir, sağlamlığım günü gündən ağırlaşır, sağlamlığımla bağlı istifadə etdiyim preparatlar digər dərman vasitələrini almaq üçün xeyli pul lazım olur. AR Konstitusiyasının 25-ci maddəsinə əsasən Hamı qanun və məhkəmə qarşısında bərabərdir, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır hal hazırda ölkə üzrə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir, bu isə hər valideyn üçün 123 manat edir, hazırda məndən tutulan minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment 220 manat edir, bərabərlik prinsiplərin nəzərə aldıqda bu məbləğ mənə düşən paydan daha çoxdur. Cavabdeh işləyir, 500 manat yaxın əmək haqqı alır və 2-ci qrup əlil kimi 350 manat pensiya alır, əlavə olaraq atasının evində qalır, təsərrüfat işləri ilə məşğul olurlar, ətir və bəzək əşyaları satıb gəlir əldə edir, buda onu göstərir ki gəliri və imkanları məndən yüksəkdir. Mən isə alimentin təyin olunan vaxtı işləsəm də 2020-ci ildən sonra işləyə bilmirəm, səhhətim buna icazə vermir, minimum əmək haqqı bu il üzrə 400 manat müəyyən edilmişdir növbəti illərdə artım olacaq, pensiyalarda isə artım bir o dərəcədə müşahidə olunmur, bu isə mənim maddi vəziyyətimin ağırlaşmasına səbəb olur. Özüm gözümə görə mütəmadi olaraq dərmanlar istifadə edirəm, dərmanlar çox bahadır bundan əlavə qulağımda zəiflik olduğu üçün 1200 manat qiymətə eşitmək cihazı almışam, sağlamlığımla bağlı maddi çəkdiyim xərclər çoxdur bu istehlakımı qarşılamağa çətinlik yaradır. Qarşı tərəfin maddi imkanı yaxşıdır 2026-cı il üçün Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 260 manat olaraq müəyyən edilmişdir, alimentin qu səbəbdən yarısının təyin edilməsi daha ədadlətlidir, bu məbləğin yarısı 130 manat edir”. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında Şahbuz Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 8(090)- 75/2025 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində azaldılmasına razı olmasını göstərmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində səhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəni xx.xx.2026-cı il tarixə təyin edilmiş iclasın onun iştirakı olmadan keçirməsini baxış iclasının təyin edilməsini xahiş edir. Məhkəmənin diqqətinə çatdırır ki, səhəti məhkəmə iclaslarında iştirak etməyə imkan vermir, bundan sonra olacaq iclaslarıda iştirakı olmadan keçirilməsini ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin “05” dekabr 2025-ci il tarixli, 8(090)-75/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsinin təmin olunması, Şahbuz Rayon Məhkəməsinin “07” yanvar 2024-cü il tarixli, 2(090)-17/2024 nömrəli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilməsi, 07 sentyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının əvvəlinin qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışa əsasən İddiaçı və X4 arasında bağlanmış nikahın 12 dekabr 2019-cu il tarixdə pozulması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən X5 07 sentyabr 2013-cü il tarixdə doğulmuş, ata qrafasında X6, ana qrafasında X4 yazılmışdır. İş materialların əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi fərdi şəxsi hesab haqqında arayışa əsasən İddiaçı ahıllar evi ilə bağlı 2018-ci ildə gəliri 2126.67 manat, 2019-cu ildə gəliri 3033.98 manat, 2020-ci ildə 975.60 manat olması müəyyən olunur. İş materialların əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışa əsasən İddiaçı əlillik dərəcəsi: birinci dərəcə əlillik, əlilliyin təyin edilmə tarixi: xx.xx.2020-ci il, əlilliyin müddəti: müddətsiz, əlillik səbəbi: ümumi xəstəlik: gözdən əlilliyi olan şəxs olması müəyyən olunur. İş materialların əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışdan şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumatın mövcud olmaması müəyyən olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədə göstərilmişdir ki, İddiaçı tərəfindən mənə qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi ilə bağlı qeyd etmək istəyirəm ki, Şahbuz Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 8(090)-75/2025 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində azaldılmasına razıyam. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 220 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu isə işsizliyi, əlilliyinin olması, müalicə xərclərinin çox olması, öz şəxsi tələbatlarını ödəyə bilməməsi kimi dəlillərlə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Şahbuz Rayon Məhkəməsinin “24” iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.55 misli həddində indeksasiya edilməsi iddiaçının ayda bir uşağa görə 220 manat aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı müəyyən olunan aylıq gəlirlərinin ümumi alimentin miqdarından aşağı olmasını, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın irəli sürülməməsini, alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.55 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 220 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini, həmçinin indeksasiyanın nəticəsini diqqətəlayiq hal kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Həmçinin xx.xx.2026cı il tarixli ərizədə Şahbuz Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 8(090)- 75/2025 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində azaldılmasına razı olması məhkəmə tərəfindən diqqətə alınmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə İddiaçı alimentin miqdarının azaldılaraq 130 manat təyin edilməsi tələbi ilə bağlı qeyd edir ki, Şahbuz Rayon Məhkəməsinin “05” dekabr 2025-ci il tarixli, 8(090)- 75/2025 nömrəli qərardadı ilə müəyyən olnuru ki, Şahbuz Rayon Məhkəməsinin “07” yanvar 2024-cü il tarixli, 2(090)-17/2024 nömrəli qətnaməsi ilə 07 sentyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı 190 manat alimentin tutulması qət edilmiş, daha sonra Şahbuz Rayon Məhkəməsinin “05” dekabr 2025-ci il tarixli qərardadı ilə Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində, yəni 220 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Alimentin miqdarının azaldılaraq 130 manat təyin edilməsi halında, bu məbləğ Şahbuz Rayon Məhkəməsinin “07” yanvar 2024-cü il tarixli, 2(090)-17/2024 nömrəli qətnaməsi ilə 190 manat müəyyənləşdirildiyi halda azlıq təşkil etməklə uşağın və uşağın himayəsində olan iş üzrə iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozar. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2026-cı ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(090)-156/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 8(090)- 75/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın təmin edilməsi nəzərə alınmaqla dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(090)-156/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 8(090)-75/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(5-91)-12/2026
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(5-91)-12/2026
12.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver