Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-349/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəmənin hakimi Hüseynova Mələk Bəxtiyar qızı, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X3 azyaşlı övladları olan xx.xx.2020-ci il təvəllüdlü Palak X1 üçün məcburi qaydada hər ay sabit pul məbləğində 350 manat aliment tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müracət etməzdən əvvəl qanunvericiliyə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesi zamanı İddiaçı ilə cavabdeh X6 arasında xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə MŞB/22/2025-00001 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, yuxarıda qeyd xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı məsələ barışıq yolu ilə öz həllini tapdığından, eyni əsasla və eyni tələblə həmin məsələlər üzrə mübahisəyə yenidən məhkəmə qaydasında baxılması istisna olunur. Həmçinin Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay müəyyən edilmiş miqdarlarda aliment tutulur. Göründüyü kimi, məhkəmə, birgə nikah dövründə doğulmuş uşağın saxlanılması üçün alimentlə bağlı məsələlərə yalnız tərəflər arasında mübahisə olduqda, eləcə də razılıq olmadıqda baxır. Hazırkı işdə isə tərəflər arasında qeyd edilən məsələlərlə bağlı barışıq sazişi bağlanmışdır. İddia ərizəsində müvafiq sazişin iddiaçının hüquqları pozulmaqla bağlanılmasına istinad edilsə də, iddia tələbində həmin sazişin etibarsız hesab edilməsi ilə bağlı heç bir tələb olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 153-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-95)-349/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-349/2026
29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver