Məhkəmə qərarları › İş №2(5-96)-220/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-220/2026

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-220/2026 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, üç uşaq üçün 450 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaya əlavə edilmiş, imzasız ərizədə isə üç azyaşlı uşağın saxlanılması üçün cavabdehin bütün rəsmi gəlirlərinin ½ bir hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmədə hazırkı iddia ərizəsinin mümkünlüyünə açıq məhkəmə iclasında baxılmış, məhkəmə iclasında iddiaçı hər uşaq üçün 150 manat olmaqla 450 manat alimentin tutulmasını, artıq ata evində yaşadığı üçün alimentin bu qaydada tutulmasını istədiyini bildirmiş, cavabdeh isə tutulacaq alimentin 50 faizinin uşaqların bank hesabına ödənilməsini xahiş etmişdir.

4. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir.

5. Belə ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında xx.xx.2023-cü ildə Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən, cavabdeh tərəf hər ayın 15-dən 20-nə kimi ümumilikdə 150 manat məbləğində aliment və hər ay 200 manat məbləğində kirayə pulunu ödəməyi öhdəsinə götürmüşdür.

6. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiyada bağlanmış barışıq sazişi ilə razılaşdıqları alimenti tələb etdiyi halda, cavabdeh həmin sazişi könüllü icra etmədiyi halda, onun məcburi icrasına nail olmaq üçün mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət edə bilər.

7. Belə ki, MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

8. MPM-in 153.2-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

9. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məhkəmə iclasında qeyd etdiyi kimi, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat aliment tələb etdiyi halda isə, ailə mübahisələri üzrə mediasiya prosesində iştirakı tələb olunduğu üçün, MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməklə, müvafiq qaydada “alimentin artırılması” tələbi ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər.

10. Hazırkı halda, iddiaçının məqsədi “alimentin artırılması” olsa da o, ailə mübahisələri üzrə mediasiya prosesində iştirakı tələb olunduğu üçün MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etməmişdir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

13. Həmin Qanunun 26.1.1-cü maddəsinə əsasən nikahın davam etdirilməsi şərtləri, 26.1.3-cü maddəsinə əsasən uşağın yaşayış yerinin müəyyən edilməsi və 26.1.4-cü maddəsinə əsasən uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvinin saxlanması qaydasının müəyyən edilməsinə dair ailə münasibətlərindən irəli gələn mübahisələr, 26.1.5-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər.

14. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

15. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.

16. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

17. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

18. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir.

19. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.

20. Beləliklə, Məhkəmə qeyd edir ki, iddiaçı mediasiyada bağlanmış barışıq sazişi ilə razılaşdıqları alimenti tələb etdiyi, cavabdeh həmin sazişi könüllü icra etmədiyi halda, onun məcburi icrasına nail olmaq üçün mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət edə bilər.

21. Belə ki, MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

22. MPM-in 153.2-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

23. Hazırkı halda, iddiaçı iddia icraatı qaydasında “aliment tələbi” ilə müraciət etmişdir, mümkünlük iclasında isə onun əslində aliment artırılmasına nail olması müəyyən edilmiş, lakin iddiaçı ailə mübahisələri üzrə mediasiya prosesində iştirakı tələb olunduğu üçün, MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etməmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında qeyd etdiyi kimi, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat aliment tələb etdiyi halda isə, artıq tərəflər arasında Bakı 18 saylı Mediasiya təşkilatında aliment barədə bağlanmış barışıq sazişi olduğu üçün, o, ailə mübahisələri üzrə mediasiya prosesində iştirak tələb olunduğu üçün, MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməklə, “alimentin artırılması” tələbi ilə məhkəməyə ümumi qaydada məhkəməyə müraciət edə bilər.

25. Həmçinin, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququna malikdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

27. Odur ki, hazırkı iddia ərizəsinin icraata qəbulundan MPM-in 153.2.1-ci maddəsinə əsasən, onun yolverilməzliyinə görə imtina edilməli, iddiaçıya xx.xx.2023-cü ildə Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən bağlanmış barışıq sazişi ilə razılaşdıqları alimenti tələb etdiyi, cavabdeh isə həmin sazişi könüllü icra etmədiyi halda, onun məcburi icrasına nail olmaq üçün mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət edə bilmək hüququ (eyni zamanda hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat aliment tələb etdiyi halda isə, artıq tərəflər arasında Bakı 18 saylı Mediasiya təşkilatında aliment barədə bağlanmış barışıq sazişi olduğu üçün MPM-in 152.1.6-1-cı maddəsinə əsasən, mediasiya prosesində iştirak barədə tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməklə, “alimentin artırılması” tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ) izah edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.6-1 və 153.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya xx.xx.2023-cü ildə Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən bağlanmış barışıq sazişi ilə razılaşdıqları alimenti tələb etdiyi, cavabdeh isə həmin sazişi könüllü icra etmədiyi halda, onun məcburi icrasına nail olmaq üçün mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət edə bilmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar