Məhkəmə qərarları › İş №20(3-8)-1/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №20(3-8)-1/2026

08.06.2026 · Əmlakların cinayət icraatı qaydasında həbsdən azad edilməsinə dair müraciətlərlə bağlı icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 20(3-8)-1/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Maraqlarına toxunulan şəxs vəkili müdafiəçi1 iştirakı ilə, Ərizəçi tərəfindən onun əmlakı üzərinə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair vəsatətinin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarından maraqlarına toxunan şəxs (şikayətçi) Maraqlarına toxunulan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Ərizəçi Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən ona məxsus torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair vəsatətlə Abşeron Rayon Məhkəməsinə müraciət etməklə vəsatətini onunla əsaslandırmışdır ki, Abşeron RPI-nin vəsatəti, Abşeron rayonunun sabiq prokuroru tərəfindən verilmiş təqdimat əsasında Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərar ilə Ərizəçi məxsus olan Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi üzərinə əsassız olaraq həbs qoyulmuşdur. Belə ki, əmlakı üzərinə həbs qoyulan şəxs Ərizəçi hal-hazırda istintaqı davam edən iş üzrə şahid qismində tanınmasına baxmayaraq, Azərbaycan Respublikası CPM-in 248-ci maddəsinin tələbləri pozularaq iş üzrə şahid qismində tanınmış şəxsə məxsus torpaq sahəsi üzərinə həbs qoyulmuş və beləcə mülkiyyət hüququnun ciddi şəkildə pozulmasına şərait yaradılmışdır. Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarı ilə (hakim E.R.Teymur-Zadə) vəsatət təmin edilmiş, Ərizəçi tərəfindən onun əmlakı üzərinə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə qoyulmuş həbsin götürülməsi, qərarın icrasının Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Abşeron Rayon Polis Idarəsinə həvalə edilməsi, ********* nömrəli cinayət işindən zəruri sənədlərin surətinin çıxarılıb hazırki icraat materialına əlavə edilməsi qərara alınmışdır. Maraqlarına toxunan şəxs (şikayətçi) Maraqlarına toxunulan şəxs həmin qərardan apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)- */**** nömrəli qərarını ləğv edərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.05 hektar torpaq sahəsi üzərinə qoyulmuş həbsin qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarı işin əsl hallarına, fakt və sübutlara əsaslanmadan, yalnız Ərizəçi vəsatətinə, formal mülahizələrinə baxılaraq qəbul edilmişdir. Görünür məhkəmə iş materiallarını düzgün tədqiq etmədən, müstəntiqin iştirakını təmin etmədən əsassız vəsatəti təmin etməklə səhvə yol vermiş, o cümlədən şikayəti əsasında obyektiv araşdırma üzrə gələcəkdə gəlinəcək qanuni nəticənin icrasına maneə yaranmasına səbəb olmuşdur. Sözügedən qərarı ##.##.2026-cı il tarixində rəsmi qaydada müraciət edərək əldə etmiş və qərarla tanış olarkən görür ki, birinci instansiya məhkəməsi Ərizəçi vəsatətini təmin etmək məqsədilə qeyd etmişdir ki, Abşeron Rayon Poliş Idarəsinin icraatındakı cinayət işi üzrə Ərizəçi şahiddir və bu səbəbdən də əmlakın üzərindəki həbs götürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmənin qeyd etdiyinin əksinə olaraq Abşeron Rayon Polis Idarəsinin müstəntiqi, R X1 icraatındakı ********* nömrəli cinayət işində Azər Babaşovun, X14 Qənbər Bahadur oğluna qarşı şikayətləri ilə yanaşı onun da sonuncuya və eləcə də Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən və əsl həqiqətdə ona məxsus 0.05 ha torpaq sahəsinin qanunsuz şəkildə alqı-satqısına dair Ərizəçi və X2, eləcə də ona aidiyyəti olmayan saxta öhdəlik ərizəsi ilə bağlı Ərizəçi qarşı şikayətləri var, araşdırılmaqdadır və bu səbəbdən də sözügedən əmlakın üzərinə həbsin qoyulması mütləqdir. Çünki, iş materiallarına baxılsa görünər ki, şikayətlərində də qeyd etdiyi kimi o, fakt və sübutlarla qeyd etmişdir ki, ona məxsus sözügedən əmlak üzrə iradəsi ziddinə təki onun əlindən alınsın məqsədilə formal olaraq X3 Quliyev arasında müqavilə bağlanmış, halbuki onunla Rəşad Əzizov arasında sözügedən əmlakın ona məxsus olmasına dair alqı-satqı müqaviləsindən əvvələ barışıq sazişi var. Ərizəçi məhkəmə mübahisəsini yekunlaşdığını qeyd etməsinin əksinə olaraq bildirir ki, şikayəti istintaqda araşdırılmaqdadır və şikayəti üzrə qanunsuzluq təsdiq edilərsə o zaman onun yeni açılmış hallar üzrə məhkəməyə müraciət etmək hüququ yaranır və bununla da o, qanunsuz və əsassız şəkildə hazırda məhrum olduğu sözügedən əmlakını geri qaytara biləcəkdir. Odur ki, Ərizəçi adında olan əmlakın üzərinə həbs qoyulmasının kifayət qədər əsası olmuş və bu səbəbdən də müstəntiqin vəsatəti əsasında prokurorun təqdimatına Abşeron Rayon Məhkəməsində baxılmış və nəticədə ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarla torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bir sözlə, Ərizəçi başqa işdə şahiddir fikri ilə əmlakın üzərinə onun digər əsaslı şikayətləri əsasında qanuni əsasla qoyulmuş həbsin götürülməsi Ərizəçi edilmiş və hazırda icraatda olan şikayətin araşdırılmasına, yekunda qəbul ediləcək qanuni qərarın təmin edilməsinə problem yaradacağı aşkardır. Çünki, Ərizəçi əmlakın ona məxsus olmadığını çox yaxşı bildiyindən çalışır ki, əmlakın üzərindən həbs götürülsün və o əmlakı başqa şəxslərə satmaqla adından çıxartsın və vicdanlı alıcılar görüntüsü yaratmaqla işin gedişatına mane yaratsın. Odur ki, diqqətə alınmalıdır ki, torpaq sahəsinin üzərinə qoyulmuş həbs Qənbər Fətullayevə qarşı edilmiş qeyri-yaşayış və digər məsələlərlə bağlı deyil, həbs birbaşa olaraq Ərizəçi və Rəşad Əzizova qarşı tərəfindən edilmiş əsaslı şikayətinin qanuni şəkildə araşdırılması məqsədilə qoyulmuşdur. Onu da qeyd edir ki, cinayət işi əldə edilərək incələnsə sözügedən torpaq sahəsinin əsl həqiqətdə ona məxsus olduğunu, hər zaman sahiblik və istifadəsində olduğunu təsdiq edəcək kifayət qədər şahidin və hətta Sumqayıt Inzibati Məhkəməsinin qərarının, qüvvədə olan ## #### 2022-ci il tarixli notarial barışıq sazişinin olduğunu görmək mümkündür. Bununla yanaşı Rəşad Əzizov təhqiqatda öz izahatında etiraf edib ki, mübahisə predmeti olan torpaq sahəsini onun razılığını almadan Ərizəçi adına rəsmiləşdirmişdir. Qeyd edilənlərin əksinə olaraq görünür ki, məhkəmə məhkəmə prosesini bir dəfəyə yekunlaşdırmış, işin qanuni araşdırılması üçün müstəntiqin iştirakını təmin etməmiş, o cümlədən əmlakın üzərinə hansı şikayətlər üzrə həbs qoyulduğuna dair əsaslı araşdırma aparmamış, cinayət işində- sözügedən torpaq sahəsinə dair toplanmış sənədləri görməzdən gəlmiş, birsözlə məhkəmə iş üzrə qeyri-mötəbər yanaşma sərgiləyərək yekunda əsaslı olmayan nəticəyə gəlmişdir. Odur ki, şikayət verdiyi məhkəmə qərarının ləğv edilməsi və əmlakın üzərində həbsin qalması mütləqdir. Əks yanaşma hüquqlarının, qanunvericiliyin tələblərinin pozulmasına və istintaqda araşdırmada olan iş üzrə yekun nəticənin gələcəkdə icrasız qalmasına, əlavə çəkişmələrin, problemlərin yaranmasına səbəb olacaqdır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Abşeron Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X1 izahatında göstərdi ki, cinayət işinin başlanmasına səbəb və əsas “xxxx” MTK-nın təsisçilərindən biri X11 tərəfindən 1 mənzilin bir neçə nəfərə satılması olmuşdur. Həmin cinayət işi üzrə dindirmələr aparılmışdır. Maraqlarına toxunulan şəxs bildirmişdir ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi ona məxsus olmuşdur, X2 həmin torpaq sahəsində işləyən işçi olmuşdur, ona məlumat vermədən torpaq sahəsini satmağa cəhd etsə də, inzibati məhkəmənin müvafiq qərarı ilə torpaq sahəsinin ona məxsusluğu tanınmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, sözügedən torpaq sahəsinin satılmaq ehtimalı var idi, bu səbəbdən onun üzərinə həbs qoyulmuşdur. Əmlak üzərinə qoyulmuş həbsin götürülməməsini xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Abşeron rayon prokurorunun nümayəndəsi X6 izahatında göstərdi ki, X11 tərəfindən 1 mənzilin bir neçə nəfərə satlması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində araşdırma aparılmış və cinayət işinin icraatına xitam verilmişdir. Bu səbəbdən müstəntiq tərəfindən qeyd olunan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsi ilə xitam verilməsi məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müzakirə edilmişdir. Cinayət işi materialları da ətraflı öyrənilməsi üçün tələb edilmişdir. Cinayət işi materialları prokurorluğa qaytarıldıqdan dərhal sonra bu qərar qəbul olunacaqdır. Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Torpaq sahəsi məsələsi mülki xarakterli məsələdir. Öhdəlik ərizəsi ilə bağlı məsələyə də qiymət verilmişdir, yalnız məbləğ hissəsinin mübahisəli olduğu göstərilmişdir. Əmlak üzərinə həbs qoyulmasına dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqdimat verilmiş olsa da, sonradan cinayət işi ətraflı öyrənilmiş, vəkil tərəfindən təqdim olunmuş məhkəmə qərarlarına baxılmış, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə sorğu verilərək icraatlarında eyni işin olması dəqiqləşdirilmişdir. Hazırki vəziyyətdə qeyd olunan əmlak üzərinə həbs qoyulması əsassızdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Ərizəçi vəkili müdafiəçi2 izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsi vaxtilə Ərizəçi atası Kamil Quliyevin faktiki sahibliyində olsa da, X2 adına rəsmiləşdirilmişdir. ##.##.2023-cü il tarixdə “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi əsasında torpaq sahəsi X2 tərəfindən Ərizəçi satılmışdır. Maraqlarına toxunulan şəxs X2 və Ərizəçi arasında bağlanmış əqdin etibarsız sayılması ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddianı təmin etməmişdir. Maraqlarına toxunulan şəxs Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya qaydasında şikayət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ləğv edilmiş, işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlarına toxunulan şəxs tərəfindən verilmiş kassasiya şikayəti əsasında qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti (X2 və Ərizəçi arasında bağlanmış əqdin etibarsız sayılması) təmin edilməmiş və nəticə etibari ilə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququ tanınmışdır. Onu da qeyd edir ki, torpaq sahəsindən əlavə orada olan borular üzərinə də həbs qoyulmuş və hazırda boruların aqibəti barədə məlumat yoxdur. Onunla bağlı da müvafiq müraciətlər ediləcəkdir. Belə ki, həmin boruların bir qismi “xxxx” MTK-ya, digər qismi isə tikinti şirkətinə məxsusdur. Qeyd edir ki, həmin boruların kimə məxsus olması ilə bağlı hətta Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin də müvafiq Qərarı vardır. Buna baxmayaraq, borular qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Ərizəçi hazırki işlə heç bir əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs (şikayətçi) Maraqlarına toxunulan şəxs nümayəndəsi - vəkil müdafiəçi1 izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli əmlak üzərinə həbs qoyulmasına dair qərarda həbs qoyulması əsaslandırılmışdır. Ərizəçi ilə Maraqlarına toxunulan şəxs arasında öhdəlik ərizəsi məsələsi mövcud olmuşdur. Onların telefon məlumatlarının anten dairələrindən “xxxx” MTK-nın yerləşdiyi ərazidə biryerdə olmadıqları müəyyən edilir. Hazırki mübahisənin X11 barəsində olan cinayət işi ilə əlaqəsi yoxdur. Qənbər Fətullayevin dələduzluq əməli törətməsi ilə bağlı olan cinayət işində mənzillər “xxxx” MTK-da yerləşir, Maraqlarına toxunulan şəxs da “xxxx” MTK-nın təsisçisidir. Bu məsələnin araşdırılmasını müstəntiq Qənbər Fətullayevin cinayəti işinin araşdırılması ilə bir icraatda həyata keçirmişdir. Rəşad Əzizov təhqiqatçıya verdiyi izahatında mübahisəli torpaq sahəsinin Maraqlarına toxunulan şəxs məxsus olduğunu, Qənbər Fətullayev dediyi üçün torpaq sahəsini Ərizəçi adına rəsmiləşdirdiyini bildirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron rayon prokurorluğuna, Abşeron Rayon Polis Idarəsinə, Ərizəçi, onun vəkili - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və Maraqlarına toxunulan şəxs məlumat verilməsinə baxmayaraq məhkəmənin hazırkı iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasının Abşeron rayon prokurorluğu, Abşeron Rayon Polis Idarəsi, Ərizəçi vəkili müdafiəçi2 və Maraqlarına toxunulan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli maddi və prosessual hüquq normaları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarının surətlərindən görünür ki, Maraqlarına toxunulan şəxs tərəfindən X2 və Ərizəçi arasında bağlanmış əqdin (##.##.2023cü il tarixdə “Daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi) etibarsız sayılması ilə əlaqədar məsələ mübahisələndirilmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququ tanınmışdır. Abşeron Rayon Polis Idarəsinin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərar əsasında fakta görə Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas “xxxx MTK-nın təsisçilərindən biri X11 tərəfindən BakıŞamaxı avtomobil yolunun 14-cü km-də Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində “xxxx MTK-nın inşa etdiyi * nömrəli binanın 10-cu mərtəbəsində bitişik şəkildə yerləşən ümumi sahəsi 126,56 m2 olan 3 otaqlı ** saylı və 126,56 m2 olan 3 otaqlı ** saylı mənzil sahələrinin hər birinin 107.576 (yüz yeddi min beş yüz yetmiş altı) manat qarşılığında X4 barədə razılaşıb 2021-ci ilin aprel ayında həmin ünvanda sonuncudan 215.152 (iki yüz on beş min yüz əlli iki) manat pul vəsaitini alıb mənzil sahələrinin satışını təsdiq edən Nəriman Əliyevin adına rəsmiləşdirilmiş ##.##.2015-ci il tarixli AB02M51 və AB**M** nömrəli müqavilələr, 011 və *** nömrəli maliyyə arayışları və MTK-ya aid çıxarışları sonuncuya verdikdən sonra həmin 2 ədəd mənzil sahələrini Nəriman Əliyevin məlumatı və razılığı olmadan MTK-ya məxsus olmasını yalandan bildirərək ##.##.2021-ci il tarixdə Babaşov Azər Ağası oğlunu aldadıb sonuncunun pul vəsaitini ələ keçirmək məqsədilə hər birini 101.248 (yüz bir min iki yüz qırx səkkiz) manat qarşılığında satmağa razılaşmaqla Azər Babaşovun adına rəsmiləşdirilmiş ##.##.2021-ci il tarixli AB02M51 və AB**M** nömrəli müqavilələr, 011 və *** nömrəli maliyyə arayışları və MTKya aid çıxarışları sonuncuya verməklə Azər Babaşova məxsus 202.496 (iki yüz iki min dörd yüz doxsan altı) manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair sonuncunun şikayəti əsasında Abşeron Rayon Polis Idarəsində toplanmış materiallar olmuşdur. Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərar ilə ********* nömrəli cinayət işi üzrə şahid Ərizəçi məxsus olan Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi üzərinə əsassız olaraq həbs qoyulmuşdur. Abşeron Rayon Polis Idarəsinin müstəntiqi, R X1 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli protokolun surətindən görünür ki, Ərizəçi ********* nömrəli cinayət işi üzrə şahid qismində tanınaraq dindirilmişdir. Abşeron Rayon Polis Idarəsinin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, X11 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Polis Idarəsinin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsi əsas götürülərək (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizlənməsi) ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və II hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddiiqtisadi münasibətdir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasiblik qorunmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Azərbaycan Respublikası CPM-in 177-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərindən biri də əmlak üzərinə həbs qoyulmasıdır. Azərbaycan Respublikası CPM-in 248.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə həyata keçirilən istintaq hərəkətidir. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Şikayətçi Maraqlarına toxunulan şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi faktiki olaraq ona məxsusdur və mülkiyyət hüququ formal olaraq Ərizəçi adına rəsmiləşdirilmişdir. O, Abşeron Rayon Polis Idarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə şikayətçi olduğunu, bu əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması üçün üzərinə həbs qoyulmasının mütləq olduğunu idarə edərək, birinci instansiya məhkəməsinin həbsin götürülməsi barədə qərarının qanunsuz olduğunu irəli sürmüşdür. Lakin iş materiallarının və Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qüvvədə olan qərarının hüquqi təhlili göstərir ki, apellyasiya şikayətində irəli sürülən arqumentlər tamamilə əsassızdır və rədd edilməlidir. Şikayətçi Maraqlarına toxunulan şəxs iddia edir ki, sözügedən əmlak onun əlindən qanunsuz alınmış, Rəşad Əzizov tərəfindən Ərizəçi adına keçirilmişdir. Lakin Sumqayıt Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, vaxtilə X10 tərəfindən keçirilmiş hərracda X2 qanuni şəkildə iştirak edərək qalib gəlmiş və mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Məhkəmə icraatı zamanı aydın olmuşdur ki, Maraqlarına toxunulan şəxs həmin hərracın iştirakçısı olmamışdır. Mülki qanunvericiliyin fundamental prinsiplərinə görə, əmlakın alınması üçün maliyyə vəsaitinin başqa şəxs tərəfindən ödənilməsi və ya tərəflər arasında etibarnamənin mövcud olması, həmin şəxsə daşınmaz əmlak üzərində mülkiyyət hüququ qazandırmır. Daşınmaz əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun başqasına keçməsinə səbəb olmadığı kimi, gələcəkdə yaranmış şəxsi-mülki mübahisələr də mülkiyyətçinin (hazırda Ərizəçi) qanuni hüquqlarını məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, cinayət prosesində əmlak üzərinə həbs qoyulması prosessual məcburiyyət tədbiridir və bu tədbir yalnız cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsini təmin etmək, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsinin qarşısını almaq və ya müsadirəni təmin etmək məqsədilə tətbiq edilə bilər. Işin hallarına görə Ərizəçi sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxs deyil, şahid statusundadır. Cinayət təqibi orqanı tərəfindən ona qarşı hər hansı ittiham irəli sürülməmişdir. Şahid statusunda olan şəxsin adında olan və qanuni mülkiyyət sənədləri (reyestr çıxarışı) mövcud olan əmlakın üzərinə sərəncamvermə hüququnu məhdudlaşdıran həbsin qoyulması mülkiyyət toxunulmazlığı prinsipinin (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin) birbaşa pozulması deməkdir. Şikayətçinin "əmlakı başqasına satıb adından çıxara bilər" ehtimalı və gələcəkdə "yeni açılmış hallar üzrə" mülki məhkəməyə müraciət etmək niyyəti cinayət-prosessual qaydada əmlaka həbs qoyulması üçün hüquqi əsas formalaşdırmır. Mülki xarakterli mübahisələr və iddialar mülki mühakimə icraatı qaydasında (iddianın təmin tədbirləri vasitəsilə) həll edilməlidir, cinayət-prosessual məhdudiyyətlərlə deyil. Abşeron Rayon Məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirmiş, formal mülahizələrə deyil, birbaşa hüquq normalarına əsaslanmışdır. Ərizəçi vəsatəti təmin edilərək əmlak üzərindəki əsassız həbsin götürülməsi barədə çıxarılan qərar tam qanuni və əsaslıdır. Müstəntiqin və ya digər tərəflərin prosesdə iştirakının təmin edilməməsi faktı əldə olunan maddi sübutların və qanuni sənədlərin mahiyyətini dəyişmir və qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 442, 453 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Maraqlarına toxunan şəxs (şikayətçi) Maraqlarına toxunulan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar