Məhkəmə qərarları › İş №20(3-9)-1/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №20(3-9)-1/2026

24.09.2026 · Əmlakların cinayət icraatı qaydasında həbsdən azad edilməsinə dair müraciətlərlə bağlı icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 20(3-9)-1/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İ.Işin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binada mülkiyyət hüququ ilə ona məxsus olan 24 ədəd mənzil və 2 ədəd qeyri-yaşayış sahəsi olmaqla, üst-üstə 26 ədəd əmlakın üzərindən, o cümlədən ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 44,9 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 54,5 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 39,4 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 56,2 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 44,9 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 54 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 114,9 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 54,5 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 64.7 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 42,6 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 54,5 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 52.7 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 39,3 kvadratmetr ölçülü ** nömrəli mənzil, 13 yanva 2023cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 44,9 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 52.7 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 53,3 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 70.5 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 70,5 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 39,3 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 37.5 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 39.3 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 52,7 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 39,3 kvadratmetr ölçülü ** nömrəli mənzil, ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 52.7 kvadratmetr ölçülü ** nömrəli mənzil, habelə həmin binada yerləşən ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 33.1 kvadratmetr ölçülü qeyri-yaşayış sahəsi və ## ###### 2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında qeydiyyata alınmış 34 kvadratmetr ölçülü qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin **(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qeyd olunan qərarından ərizəçi Ərizəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ərizədə qeyd olunan hallarla eyni məzmunda əsaslanıdırlmış və Lənkəran Rayon Məhkəməsinin **(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, qeyd olunan daşınmaz əmlakların həbsdən azad olunması xahiş olunmuşdur. Ərizəçi apellyasiya baxışında apellyasiya şikayətini müdafiə etmiş, həmin əsaslara uyğun çıxış etmişdir. Məhkəmə nəzarəti Cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il, 12 fevral tarixli Qərarı). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Şikayətçi məhkəmə nəzarəti qaydasında şikayəti ilə bağlı, mübahisələndirilən qərarlar üzrə materiallar öyrənilmişdir. Iş materiallarında olan ərizədən və EMIS-dən əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən binadakı mənzillər üzərinə həbs qoyulmuşdur. Qeyd edilən cinayət işi üzrə Ərizəçi Azərbaycan Respublikası CM-in 187.1, 192.2.1, 222-1.1 və 222.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı hökmü ilə Ərizəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1 və 222-3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 192.2.1-ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 222-3-cü maddəsi ilə 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər hesablanmaqla 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməklə, CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilən işdən Ərizəçi müdafiəçisi Allahverən Həsənov tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş və hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmaqla baxılmaqdadır. Göründüyü kimi, həbsdən azad edilməsi tələb olunan əmlaklarla bağlı cinayət işi halhazırda apellyasiya baxışındadır və əmlakın həbsdən azad olunması əsasları olarsa, yalnız həmin hökmlə və ya qərarla həll oluna bilər. Bununla bağlı ayrıca icraat formasında məhkəməyə müraciət üçün əsas yoxdur. Belə ki, CPM-in 346.1.18-ci maddəsinin tələbinə görə, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll olunmalı məsələlərdəndir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin **(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayətçi Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin **(*-***)-*/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar dərhal qanuni qüvvəyə minir, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar