Məhkəmə qərarları › İş №29(1-8)-13/2026

Ali Məhkəmə Qərardad — İş №29(1-8)-13/2026

25.06.2026 · Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 29(1-8)-13/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının Rusiya Federasiyası Ticarət və Senaye Palatası yanında X5 Məhkəməsinin 2024ci il ## ### tarixində çıxarılmış M-***/**** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş ərizə üzrə QƏRARDADİ Açar sözlər: xarici arbitraj məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması və icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi Ərizəni verən şəxs iştirakı ilə, Rusiya Federasiyası Ticarət və Senaye Palatası yanında X5 Məhkəməsinin 2024ci il ## ### tarixində çıxarılmış M-***/**** nömrəli arbitraj işi üzrə yekun qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair vəsatətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları:

1. Rusiya Federasiyası Ticarət və Senaye Palatası yanında X5 Məhkəməsinin M- ***/**** nömrəli arbitraj işi üzrə yekun qərarının tanınması və icraya yönəldilməsi barədə ərizəçi "xxxx" MMC-nin vəsatəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur.

2. Təqdim olunmuş sənədlərdən görünür ki, Rusiya Federasiyası Ticarət və Senaye Palatası yanında X5 Məhkəməsinin qərarı ilə fərdi sahibkar maraqlı şəxs2 440.000,00 rus rublu məbləğində borcun, 441.320,00 rus rublu məbləğində dəbbə pulunun, habelə bu iş üzrə rüsumların ödənilməsi ilə bağlı iddiaçının çəkdiyi xərclərin əvəzi olaraq 321.734,33 rus rublu məbləğində vəsaitin və hüquqi nümayəndəyə görə çəkilmiş xərclərin əvəzi olaraq 30.000,00 rus rublu məbləğində vəsaitin tutulması qərara alınmışdır.

3. “xxxx” MMC və maraqlı şəxs2 arasında bağlanmış 2020-ci il ## ###### tarixli alqı-satqı müqaviləsi ərizəyə əlavə olunmuşdur. Müqavilənin 6.4-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflər arasında mübahisə yaranarsa və danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmazsa məsələnin həlli Rusiyanın Moskva şəhərində yerləşən Rusiya Federasiyasının Ticarət və X3 Ticarət Arbitraj Məhkəməsinə təqdim edilir.

Tərəflərin izahatları

4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Ərizəni verən şəxs ərizəni müdafiə edərək və orada qeyd olunanları izahat kimi qəbul edilməsini xahiş etmiş və tanınmaması üçün heç bir maneə olmadığını qeyd etmişdir. Ərizənin təmin edərək, qətnamənin tanınması və icraya yönəldilməsini xahiş etmişdir.

5. Cavabdehə prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasında onun özü və ya vəkili iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. “Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il ## #### tarixli Nyu-York Konvensiyasının (Azərbaycan Respublikası konvensiyaya 1999-cu il # ###### tarixili ***-IQ nömrəli qanunla qoşulmuşdur; Rusiya Federasiyası isə 1960-cı il ## ###### tarixində qoşulmuşdur) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə III Hər bir X2 arbitraj qərarının məcburi qüvvəsini tanıyır və bundan sonrakı maddələrdə qeyd olunan şərtlərlə və müvafiq ərazinin prosedur qaydalarına uyğun olaraq icra edir. Bu Konvensiyanın tətbiq dairəsi altına düşən arbitraj qərarlarının tanınması və icra olunması üçün, ölkədaxili arbitraj qərarlarının tanınması və icra olunması üçün nəzərdə şərtlər, rüsumlar və ödənişlərdən daha ağır şərtlər, daha yüksək ödənişlər və ya daha yüksək rüsumlar nəzərdə tutula bilməz.”

“Maddə V 1. Yalnız əleyhinə qərar çıxarılmış tərəf aşağıdakıları sübut edərsə, arbitraj qərarının tanınmasından və icrasından imtina edilə bilər: (a) Maddə II-də göstərilən sazişin tərəfləri onlara tətbiq olunan qanunvericiliyə görə bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşsa və ya qeyd olunan saziş tərəflərin ona tətbiq etdikləri qanunvericiliyə görə, bu barədə razılaşma olmadıqda isə, arbitraj qərarının çıxarıldığı ölkənin qanunvericiliyinə görə etibarsızdırsa; (b) Əleyhinə arbitraj qərarı çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; (c) arbitraj qərarı arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə uyğun gəlməyən mübahisə üzrə çıxarıldıqda, yaxud arbitraj sazişinin hədlərindən kənara çıxan məsələlər üzrə qərarları əhatə etdikdə; lakin arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə qərarlar olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər; (d) arbitrajın tərkibi və ya arbitraj prosesi tərəflər arasındakı razılığa uyğun, belə razılıq olmadıqda, arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun deyilsə; (e) qərar tərəflər üçün qüvvəyə minməmişsə və ya arbitraj qərarının verildiyi ölkənin qanunlarıyla qüvvədən düşmüş və ya təxirə salınmışsa.

2. Arbitraj qərarının tanınması və icra olunması tələb olunan ölkənin səlahiyyətli dövlət orqanı aşağıdakıları müəyyən edərsə, tanınmadan və ya icradan imtina edə bilər: (a) həmin ölkənin qanunvericiliyinə görə mübahisə predmeti arbitrajda həll oluna bilməzsə; (b) və ya bu qərarın tanınması və ya icra olunması həmin ölkənin ictimai qaydasına ziddirsə.”

7. “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 55. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icra edilməsi 55.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, xarici arbitraj məhkəməsinin qərarı məcburi hüquqi qüvvəyə malikdir və səlahiyyətli məhkəməyə yazılı ərizə verildikdə bu Qanunun 55-ci və 56-cı maddələrinin müddəaları nəzərə alınmaqla icra edilir. 55.2. Arbitraj qərarına əsaslanan və ya onun icra edilməsinə dair ərizə verən tərəf arbitraj qərarını və ya onun notariat qaydasında təsdiq edilmiş surətini və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsini, həmçinin arbitraj sazişinin əslinivə ya onun notariat qaydasında təsdiq edilmiş surətini, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənədi təqdim etməlidir. Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.

“Maddə 56. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslar 56.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: 56.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə: 56.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə; 56.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə; 56.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər); 56.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə; 56.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə; 56.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə: 56.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini; 56.1.2.2. arbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu. 56.2. Bu Qanunun 56.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın verilməsini tələb edə bilər. 56.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.”

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 474. Ümumi qaydalar Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası qaydası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il ## #### tarixli Nyu-York Konvensiyası, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu və bu fəslin müddəaları ilə tənzimlənir.

Maddə 474-1. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə baxan məhkəmə Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Maddə 475. Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icrası barədə ərizə 475.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir. 475.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 475.2.1. ərizənin verildiyi məhkəmənin adı; 475.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı; 475.2.3. qərarı qəbul etmiş xarici arbitraj məhkəməsinin tərkibi; 475.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə etmişdirsə); 475.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri; 475.2.6. arbitraj məhkəməsi qərarının tanınması və icrası tələbi; 475.2.7. əlavə edilən sənədlərin siyahısı. 475.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 475.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 475.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar; 475.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi; 475.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd; 475.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər; 475.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 475.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi; 475.4.7. ərizənin surəti.

Maddə 476. Xarici arbitraj məhkəməsinin qərarını tanımaqdan və ya icra etməkdən imtina 476.1. Xarici arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: 476.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə: 476.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə; 476.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə; 476.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər); 476.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə; 476.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə; 476.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə: 476.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini; 476.1.2.2. arbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya, yəni xarakterinə görə imperativ, universal və xüsusi ictimai əhəmiyyətə malik olan, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hüquqi quruluşunun əsasını təşkil edən fundamental hüquqi əsaslara (prinsiplərə) zidd olduğunu. 476.2. Bu Məcəllənin 476.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın təqdim edilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər. 476.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur. 476.4. Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icraya yönəldilməsi haqqında ərizəyə onun məhkəməyə daxil olduğu gündən 3 (üç) ay müddətində baxılır. 476.5. Məhkəmə arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınması və icrası və ya bundan imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınması və icrası haqqında qərar əsasında icra vərəqəsi verilir.”

Ali Məhkəmənin mövqeyi:

9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.

10. Belə ki, xarici arbitraj məhkəməsinin qərarını tanımaqdan və ya icra etməkdən imtina əsasları MPM-in 476.1-ci maddəsində göstərilmişdir. Həmin əsaslar öz növbəsində müəyyən edilməsi qaydasına görə fərqləndirilmişdir. 11.MPM-in 476.1.1.1-476.1.1.5-ci maddələrində göstərilən əsasların mövcud olubolmaması əleyhinə qərar çıxarılmış tərəfin mövqeyi və təqdim etdiyi sübutlar əsasında müəyyən edilir (MPM-in 476.1.1-ci maddəsi). 12.MPM-in 476.1.2.1 və 476.1.2.2-ci maddələrində göstərilən əsasların mövcud olubolmaması isə məhkəmənin vəzifə səlahiyyətlərinə aid edilmişdir (MPM-in 476.1.2-ci maddəsi). 13.Eyni qayda “Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il ## #### tarixli Nyu-York Konvensiyasının V maddəsində və “Arbaitraj haqqında” Qanunun 56.1-ci maddəsinə müəyyən edilmişdir. 14.Hazırkı iş üzrə tərəflər Rusiya Federasiyası Ticarət və Senaye Palatası yanında X5 Məhkəməsinin 2024-ci il ## ### tarixli M-***/**** nömrəli qərarın Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsindən imtina üçün yuxarıda göstərilən Qanunda, beynəlxalq konvensiyada və MPM-in 476.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu barədə hər hansı dəlil göstərməmiş və sübutlar təqdim etməmişlər. 15.Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən MPM-in 476.1.2-ci maddəsində göstərilən halların mövcudluğu da müəyyən olunmur. 16.Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, həmin qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və icraya yönəldilməlidir. 17.Şərh olunanları və MPM-in 476-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizə təmin edilsin. Rusiya Federasiyası Ticarət və Senaye Palatası yanında X4 Məhkəməsinin 2024ci il ## ### tarixli M-***/**** nömrəli qərarı Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi icraya yönəldilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar