Məhkəmə qərarları › İş №29(1-8)-15/2026

Ali Məhkəmə Qərardad — İş №29(1-8)-15/2026

11.06.2026 · Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 29(1-8)-15/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Rusiya Federasiyanın Stavropol Diyarı Arbitaj Məhkəməsinin 2023-ci il # ###### tarixli A**-****/**** nömrəli qərarın (Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qərarı ilə edilmiş dəyişiklər nəzərə alınmaqla) Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizəyə dair iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə qətnaməsinin tanınması və məcburi icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, ərizəçi “xxxx” MMC borclu Maraqlı şəxs X4rşı pul vəsaitlərinin tutulması haqqında Rusiya Federasiyanın Stavropol Diyarı Arbitaj Məhkəməsinin 2023-ci il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsinin (Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qətnaməsi ilə dəyişiklik edilmiş redaksiyada) Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Işin halları

1. “xxxx” MMC-nin Rusiya Federasiyanın Stavropol Diyarı Arbitaj Məhkəməsinin Maraqlı şəxs X5 pul vəsaitlərinin tutulmasına dair 2023-ci il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur.

2. Rusiya Federasiyası X1 Məhkəməsinin 2023-cü il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsi ilə “xxxx” MMC-nin iddia tələbləri qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs X5 2016-cı il ## ##### tarixli **/**** nömrəli müqaviləyə əsasən 19.878.258,08 rubl məbləğində əsas borcun və 8.090.451,04 rubl məbləğində cərimənin tutulması qət edilmişdir.

3. Iddiaçı “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, Rusiya Federasiyası Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, mübahisələndirilən qətnamə dəyişdirilərək iddia tələbləri tam təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə 19.878.258,08 rubl məbləğində əsas borcun və 8.309.111,88 rubl məbləğində cərimənin tutulması qət edilmişdir.

4. Iş materiallarında olan arayışlardan görünür ki, Rusiya Federasiyası Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli A**-****/**** nömrəli qətnaməsi qəbul olduğu 2023-cü il ## ### tarixdən qanuni güvvəyə minmiş, lakin icra olunmamışdır.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” ## ####### 2002-ci il tarixli Kişinyov Konvensiyasının (bundan sonra – “Konvensiya”)

Maddə 54. Qərarların tanınması və icrası

1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir: a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra - qərarlar); b) cinayət işləri üzrə zərərin ödənilməsi, cərimələrin tutulması və müsadirələrin edilməsinə dair məhkəmələrin çıxardığı hökmlər (qərarlar); v) iddianın təmin edilməsi məqsədilə əmlak, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyma haqqında məhkəmələrin qərarları.

2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 57. Qərarların tanınma və icra qaydası

1. Bu Konvensiyanın 54-cü maddəsində qərarların tanınması və icrası haqqında nəzərdə tutulan vəsatətlər, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin məhkəmələri tərəfindən baxılır.

2. Qərarın tanınması və icrası haqqında vəsatətə baxan məhkəmə belə bir faktla kifayətlənir ki, bu Konvensiyada nəzərdə tutulan şərtlərə riayət edilmişdir. Şərtlərə riayət olunduğu təqdirdə, məhkəmə icra haqqında qərar çıxarır.

3. Qərarların tanınma və icra qaydası, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.

Maddə 59. Qərarların tanınmasından və icrasından imtina Bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından aşağıdakı hallarda imtina edilə bilər, əgər: a) qərar bu Konvensiyada müəyyən edilmiş müddəalara zidd olaraq çıxarılıbsa; b) qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, qanuni qüvvəyə minənə qədər icra edilməli qərar istisna olmaqla, həmin qərar qanuni qüvvəyə minməmişdirsə və icra edilməməlidirsə; v) cavabdehin özünə və ya onun səlahiyyətli nümayəndəsinə məhkəmə çağırışı lazımi qaydada və vaxtlı-vaxtında verilmədiyinə görə cavabdeh prosesdə iştirak etməmişdirsə; q) ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfdə eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla olan iş üzrə artıq qanuni qüvvəyə minmiş hökm çıxarılmışsa və ya üçüncü dövlətin məhkəməsinin tanıma qərarı mövcuddursa, yaxud da Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsi tərəfindən əvvəllər həmin iş üzrə, Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinin qərarının tanınması və icrası haqqında vəsatət daxil olana qədər başa çatmamış, icraat başlanmışdırsa; d) bu Konvensiyanın müddəalarına əsasən və ya ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin Konvensiyada nəzərdə tutulmayan hallarda iş müstəsna hal kimi onun ədliyyə müəssisəsinə aiddirsə; e) müqavilə aidiyyəti məsələsi üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd mövcud deyilsə; j) sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddəti bitmişdirsə; z) qərarın tanınması və icra edilməsi sorğu alan Razılığa gələn Tərəfin ictimai qaydasına ziddirsə.

6. 1992-ci il ## #### tarixində Kiyev şəhərində X2 Ölkələri Hökumət Başçıları Şurasının iclasında imzalanmış “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” Sazişi:

“Maddə 7. X2 iştirakçı-dövlətləri səlahiyyətli məhkəmələrin hüquqi qüvvəyə minmiş qərarlarını qarşılıqlı tanıyır və icra edirlər. X2 iştirakçı-dövlətlərindən birinin səlahiyyətli məhkəmələri tərəfindən çıxarılmış qərarlar X2 digər iştirakçı-dövlətlərinin ərazisində icra edilməlidir. Cavabdehin əmlakının tələb edilməsinə dair X2 iştirakçı-dövlətlərindən birinin səlahiyyətli məhkəməsi tərəfindən çıxarılmış qərarlar X2 digər iştirakçı-dövlətlərinin ərazisində məhkəmə tərəfindən təyin edilmiş, yaxud həmin dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar tərəfindən icra edilməlidir.”

“Maddə 8. Qərarın icrasının təmin edilməsi maraqlı tərəfin vəsatətinə əsasən həyata keçirilir. Vəsatətə aşağıdakılar əlavə edilir: qərarın məcburi icra edilməsi haqqına vəsatətin verilməsinə səbəb olan qərarın lazımi qaydada təsdiq edilmiş surəti; əgər bu haqda qərarın mətnində göstərilməmişdirsə, qərarın hüquqi qüvvəyə minməsini əks etdirən rəsmi sənəd; proses haqqında digər Tərəflərin məlumatlandırılmasını təsdiq edən sübutlar; icra sənədi (vərəqəsi).” “Maddə 9. Qərarın icrasının təmin edilməsi, həmin qərarın yönəldiyi Tərəfin xahişi ilə rədd edilə bilər, bu şərtlə ki, həmin Tərəf qərarın icrasının təmin edilməsi barədə xahiş alan səlahiyyətli məhkəməyə aşağıdakı sübutları təqdim etmiş olsun: a) X2 üçüncü iştirakçı-dövlətinin, yaxud da Birliyin üzvü olmayan dövlətin səlahiyyətli məhkəməsinin eyni Tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə hüquqi qüvvəyə minmiş qərar çıxarılmışdır; b) X2 üçüncü iştirakçı-dövlətinin, yaxud da Birliyin üzvü olmayan dövlətin səlahiyyətli məhkəməsinin eyni Tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə tanıdığı qərar mövcuddur; v) hazırkı Sazişə əsasən mübahisə buna səlahiyyəti olmayan məhkəmə tərəfindən həll edilmişdir; q) digər Tərəf proses haqqında məlumatlandırılmamışdır; d) qərarın icrasını təmin etmək üçün üç illik müddət bitmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 462. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

Maddə 463. Əsas qaydalar Xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

Maddə 464. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası barədə ərizələrə baxan məhkəmə Xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin qətnamələrini tanımaqdan və məcburi qaydada icra etməkdən imtina edilməsi 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; 465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; 465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; 465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin tanınması və məcburi icrası barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin tanınması və məcburi icrası barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır

Ali Məhkəmənin mövqeyi:

8. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Rusiya Federasiyasının X1 Məhkəməsinin 2023-cü il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsi (Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qətnaməsi ilə dəyişiklik edilmiş redaksiyada) Azərbaycan Respublikası ərazisində tanınmalı və məcburi icraya yönəldilməlidir.

9. Belə ki, iş materiallarından göründüyü kimi X1 Məhkəməsinin 2023-cü il # ###### tarixli qətnaməsinə dəyişiklik edilməsinə dair Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli A**-****/**** nömrəli qətnaməsi qəbul olduğu 2023-cü il ## ### tarixdə qanuni qüvvəyə minmiş lakin icra olunmamışdır.

10. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” ## ####### 2002-ci il tarixli Kişinyov Konvensiyasının iştirakçısıdırlar. Konvensiyanın 54-cü maddəsinə əsasən Razılığa gələn Tərəflərin məhkəmələrinin mülki və kommersiya xarakterli işlər üzrə qəbul etdikləri qərarlar digər Razılığa gələn Tərəflərin ərazisində tanınır və icra edilir. Həmin Konvensiyanın 57-ci maddəsinə görə qərarın tanınması və icrası barədə vəsatətə baxan məhkəmə yalnız Konvensiyada nəzərdə tutulmuş şərtlərə əməl olunub-olunmadığını yoxlayır.

11. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, mübahisə Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aid deyildir. Iş materiallarında olan sənədlərdən cavabdehin xarici məhkəmə icraatında iştirak etmək imkanından məhrum edilmədiyi, məhkəmə baxışları barədə lazımi qaydada məlumatlandırıldığı görünür. Həmçinin eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş məhkəmə aktının və ya Azərbaycan Respublikası məhkəmələrinin icraatında olan analoji mübahisənin mövcudluğu müəyyən edilməmişdir. Qətnamə çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən qanuni qüvvəyə minmişdir.

12. Iş materiallarında Kişinyov Konvensiyasının 59-cu maddəsində, habelə MPM-in 465ci maddəsində nəzərdə tutulmuş tanınmadan və icradan imtina üçün əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Qətnamənin tanınması və icrası Azərbaycan Respublikasının hüquq qaydasına, suverenliyinə və qanunvericiliyinin əsas prinsiplərinə zidd nəticələr yaratmır.

13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X1 Məhkəməsinin 2023-cü il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsi (Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qətnaməsi ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası ərazisində tanınmalı və məcburi icraya yönəldilməlidir.

Qərara aldı:

Rusiya Federasiyanın Stavropol Diyarı Arbitaj Məhkəməsinin 2023-ci il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsinin Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qətnaməsi ilə dəyişiklik edilmiş redaksiyasında Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizə təmin edilsin. Rusiya Federasiyanın Stavropol Diyarı Arbitaj Məhkəməsinin 2023-ci il # ###### tarixli A**-****/**** nömrəli qətnaməsi Onaltıncı Arbitraj Apellyasiya Məhkəməsinin 2023-cü il ## ### tarixli qətnaməsi ilə dəyişiklik edilmiş redaksiyada Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi icraya yönəldilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar