Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 7(036)-10/2022 14.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi, İmişli rayon prokurorunun köməkçisi X3, İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X1 iştirakları ilə, Məhkum təyin edilmiş cərimə cəzasının dəyişdirilərək başqa cəza növü ilə əvəz olunması barədə İmişli rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 1(004)-274/2015 saylı hökmü ilə 5000 manat cərimə cəzasına məhkum edilmiş Məhkum cəzasının dəyişdirilərək başqa cəza növü ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X2 təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi, İmişli rayon prokurorunun köməkçisi X3 təqdimatın təmin edilməməsini təklif etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 1(004)-274/2015 saylı hökmünün surətindən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 5000 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan İmişli trayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli (hakim: Aqşin Əfəndiyev) qərarının surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 1(004)-274/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 5000 manat cərimə cəzasına məhkum edilmiş Məhkum həmin cəzadan azad edilməsi və həmin maddə üzrə məhkumluğu olmayan şəxs hesab edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519-520-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. İş üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədərlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №7(036)-10/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №7(036)-10/2022
14.03.2022 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver