Məhkəmə qərarları › İş №7(3-8)-26/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-26/2026

30.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-26/2026 30.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru prokuror1, Sumqayıt şəhər Probasiya şöbəsinin icra məmuru X1, məhkum edilmiş şəxs Aktaş İsmail Abdullahın və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Aktaş İsmail Abdullahın məhkumluğun vaxtından əvvəl götürülməsinə dair ərizəsi üzrə materiala dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Aktaş İsmail Abdulla ərizə ilə müraciət edərək, məhkumluğun vaxtından əvvəl üzərindən götürülməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 20230ccı il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəzasının üçdə ikisini çəkdikdən sonra Xəzər Rayon Məhkəmsəsinin qərarı ilə cəzasının çəkilməmiş 1 il 5 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşduq. Şərti olaraq azad olunandan sonra üzərinə qoyulmuş vəzifələri vicdanla yerinə yetirmiş, probasiya nəzarəti dövründə hər hansı qanun pozuntusuna yol verməmişdir. Davranıhı ilə islah olunmağına şübhə yeri qoymamışdır. Hesab edir ki, CİM-nin 83-cü maddəsinə əsasən onun məhkumuğu vaxtından əvvəl üzərindən götürülə bilər.Hazırda xərcəng və digər xəstəliklərlən əziyyət çəkdiyini, xəstəliyinin müalicəsinin ölkə xaricində olmasını nəzərə alaraq məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-ci il tarixli qərarı (hakim E.Əliyev) ilə məhkum Aktaş İsmail Abdullahın məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə ərizəsinin təmin edilməsi, məhkum Aktaş İsmail Abdullahın məhkumluğu vaxtından əvvəl götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov apellyasiya protesti verərək, qərarın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhəkəməsi tərəfindən məhkumluğun götürülməsi barədə ərizəsi təmin edilərkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarına əsasən Aktaş İsmail Abdullahın cəzasının çəkilməmiş qalan 1 il 5 ay 22 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, həmin müddətin bitməyərək şəxsin qeydiyyatdan çıxmaması və şəxsin üzərində şərti olaraq vaxtından əvvəl azad edilmiş cəza müddətinin qalması, cinayət qanunvericiliyinə əsasən şəxsin cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmənin yalnız Azərbaycan Respublikasının CM-nin 76.6-cı maddəsinin tələblərinə əsasən ləğv edilməsinin, digər halda isə ləğv etmənin nəzərdə tutulmadığını nəzərə alınmamışdır. Məhkəmə tərəfindən ümumiyyətlə mülahizə tələb edilməmiş və şəxsin islah olnumasını, onun heç bir qanun pozuntusuna yol verməməsini müəyyən etmədən qərar qəbul edilmişdir. Məhkəmə Aktaş İsmail Abdullahın məhkumluğun vaxtından əvvəl götürülməsi barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə proses iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslılğını yoxlayaraq hesab edir ki, apellyasiya protesti təmin edilməli, gəlinən nəticə ləğv edilməlidir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aktaş İsmail Abdullaş Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Aktaş İsmail Abdullah cəzasının çəkilməmiş 1 il 5 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bakı Pataloji Mərkəzindən alınmış sənədlərdən görünür ki, məhkum Aktaş İsmail Abdullah xərçəng xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 509.1.8-ci maddəsində məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxsin məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olması təsbit edilmişdir. 517.3-cü maddəyə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.5-ci maddəsinə görə şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Bununla əlaqədar kollegiya qeyd edir ki, məhkumluq şəxs barəsində cəza çəkdiyi müddətdən sonra nümunəvi davranışı olduğunu sübut etdiyi təqdirdə qanunla müəyyən edilmiş müddətdən əvvəl götürülə bilər. İ.Aktaş ağır cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. O, barəsində təyin edilmiş cəzanı vaxtından əvvəl azad etməklə çəkərək qurtarsa da, onun üzərində məhkumluq qalmışdır. Məhkumluğun başlanğıcı nəzərə alınmaqla bu müddət ərzində nümunəvi davranışı ilə islah olunmasını sübut etmə öhdəliyi daşıyır ki, onun üzərindən məhkumluq götürülsün. Məhkumluğun götürülməsi əsası kimi də, xəstəlikdən əziyyət çəkməsinə istinad etmişdir. Onun xəstəlikdən əziyyət çəkməsi məhkumluğun götürülməsi üçün əsas olmamaqla, barəsində üzərinə qoyulmuş vəzifə ilə əlaqədar prosessual öhdəliklərin realizə imkanının dəyişdirilməsinə əsas olan hal kimi dəyərləndirilə bilər. Bu isə birinci instansiya məhkəməsi tərəfindən cinayət maddi və prosessual qanunu normalarının səhv təfsir etməklə tətbiq edilməsi qənaətinə gəlindiyini formalaşdırır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən üzərinə qoyulmuş vəzifənin icra vəziyyəti ilə bağlı da müvafiq dövlət orqanından da mülahizə əldə edilməmişdir. Qeyd edilənlər üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya protestənin dəlillərini əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, İ.Aktaşın cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında o, cəzasının çəkilməmiş 1 il 5 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunsa da, onun üzərinə vəzifələr qoyulmuşdur ki, o, həmin müddət ərzində icra və probasiya qrumuna məlumat vermdən daimi yaşayış yerini dəyişməməlidir. Həmin vəzifə məhkəmə qərarı ilə müəyyən edildiyinə görə, onun ləğvi məsələsi də məhkəmə qaydasında həll edilməlidir. Hazırkı halda isə belə bir müraciət məhkəmənin predmetini təşkil etmir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya qeyd edilənlər üzrə yekun olaraq dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya protesti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-ci il tarixli qərarı ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarır. Bundan əlavə kollegiya qeyd edir ki, məhkumun hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində məhkum Aktaş İsmail Abdullaha göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 55 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.2, 407.2 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-ci il tarixli qərarı ləğv edilsin. Məhkum Aktaş İsmail Abdullahın məhkumluğun vaxtından əvvəl götürülməsinə dair ərizəsi təmin edilməsin. Aktaş İsmail Abdullahın apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar