Məhkəmə qərarları › İş №7(3-6)-1298/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1298/2026

28.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1298/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, Məhkum- Məhkum, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## ###### 2000-ci il tarixdə Masallı rayonunun Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum həbsxana rejiminə keçirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsi təqdimatla məhkəməyə müraciət edərək, məhkum Məhkum cəzasının 03 (üç) ilini çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə təqdimat qismən təmin edilmiş, məhkum Məhkum 01 (bir) il 06 (altı) ay müddətə ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi qərara alınmışdır. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verib Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Samir müharibədə topçu olmuş və başından xəsarət almışdır. Məhkum 2-ci Vətən Müharibəsi iştirakşısıdır, veterandır. X1 Əliyevin imzası ilə ona təltiflər verilmişdir. Əsl kişilik məktəbini keçən veteran “mühafizə altından qaçmağa”, “özünü aqressiv apararaq kobudluq etmək” kimi ifadələr ən azı inandırıcı deyil. Hökmdə bəzi məqamlar tamami ilə yersiz olaraq yerləşdirilmişdir. O, bildirmişdir ki, məhkəməni yaxşı eşidə bilmədiyindən özü özünü müdafiə edə bilməmiş, vəkili isə müəssisənin xahişini məhkəmənin mülahizəsinə buraxmışdır. 2-ci Vətən Müharibəsi iştirakçısı olan veteran Məhkum Azərbaycan Respublikası Prezidenti tərəfindən “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Vətən Müharibəsi”ndə göstərdiyi fədakarlığa görə “Fəxri Fərman” ilə dəfələrlə təltif edilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun çıxış etmiş və məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, bu mümkün olmadıqda həbsxanaya keçirilmə müddətinin azaldılmasını xahiş etmişlər. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən prokuror Prokuror verilmiş apellyasiya şikayətinə etiraz etmiş, məhkəmə kollegiyasından Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsalara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməklə, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanunun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası CIM-nin 70.4.3-cü maddəsinə əsasən cəzanın icrası qaydasını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən məhkumun il ərzində üç dəfədən çox tənbeh edilməsi cəzanın icrası qaydasının qərəzli pozulması hesab edilir. Təqdim edilmiş materialdan görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 120.2.4-cü maddəsi ilə 17 il 10 ay müddətə azadlıqdan məhrum etmə, 228.4-cü maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 18 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli ## #### 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Rspublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkumun **** saylı şəxsi işindən və xasiyyətnamədən göründüyü kimi o, * saylı cəzaçəkmə müəssisəsinə ## #### 2026-cı il tarixdə * saylı cəzaçəkmə müəssisəsindən daxil olmuşdur. Məhkum karantin müddətini başa vuraraq * saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, ona hüquq və vəzifələri, cəzanın çəkilməsi şərtləri, daxili intizam qaydaları izah olunmuşdur. Müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmışdır. Islah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni- kütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdəki iştirakı qeyri-qənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmışdır. Hökm üzrə 278 (iki yüz yetmiş səkkiz) manat ekspertiza borcu təyin edilmişdir. Əməyə və təhsilə olan münasibəti mənfidir. Müsbət xarakterli məhkumlarla münasibətdə qeyri-səmimidir. Məhkum onunla aparılan fərditərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Məhkum törətmiş olduğu cinayət əməlini etiraf etmir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Məhkum müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönələn hərəkətlər etməyə, mühafizə altından qaçmağa, məhkumlar arasında tabesizliyə və əməkdaşlara qarşı fiziki müqavimət göstərməyə, əməkdaşlara hücum etməyə, itaətsizlik göstərməyə, məhkumlar barədə əsassız, xoşagəlməz söhbətlər aparmağa, eyni zamanda çılğınlıq göstərərək özünə, ətrafdakılara xəsarət yetirməyə, gözlənilməz hərəkətlər və intihar etməyə meyillidir. ## ###### 2022-ci il tarixdə 05 (beş) gün müddətinə, ## ###### 2022-ci il tarixdə 04 (dörd) gün müddətinə, ## ######## 2024-cü il tarixdə 15 (on beş) gün müddətinə, ## #### 2026-cı il tarixdə 15 (on beş) gün müddətinə, ## #### 2026-cı il tarixdə 10 (on) gün müddətinə, ## #### 2026-cı il tarixdə 04 (dörd) gün müddətinə “cərimə otağına” təcrid olunmuş, ## #### 2026-cı il tarixdə “töhmət” elan olunmuş, ## ###### 2026- cı il tarixdə 01 (bir) ay müddətinə “kamera tipli otağa keçirilməklə” təcrid olunmuşdur. Məhkum Məhkum müəssisənin daxili rejim qaydalarını bilərəkdən kobud şəkildə pozduğunu və islah yoluna qədəm qoymadığını nəzərə alaraq, həbsxanaya keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi, məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsində islah edilməsi üçün bütün qanuni vasitələrdən istifadə edilməsinə baxmayaraq, onun islah edilməsi mümkün olmamış və onun müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərdiyi, cəzaların icrası qaydasını mütəmadi qərəzli və kobud surətdə pozduğu, bu səbəbdən də barəsində müxtəlif vaxtlarda tənbeh tədbirləri tətbiq edilmiş, bütün bunlar nəzərə alınmış və onun islah edilməsi prosesinin həbsxanada davam etdirilməsini məqsədəuyğun hesab edilməklə, bu barədə birinci instansiya məhkəməsinə təqdimat verilmişdir. Tədqiq olunan materiallardan və təqdimatdan görünür ki, məhkum Məhkum barəsində tətbiq edilmiş müxtəlif növ tənbeh tədbirləri onun islah edilməsi üçün kifayət etməmiş və o, bundan özünə müsbət nəticə çıxarmayaraq, cəzasının icrası qaydalarını qərəzli surətdə pozmaqla davam etmiş və o, öz hərəkətləri ilə digər məhkumların islah olunmasına mənfi təsir göstərmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.4, 70.4.3 və 108.1.7-ci maddələrinin tələblərinə düzgün riayət etmiş, məhkumun cəza çəkdiyi müddətdə mütəmadi olaraq müəssisəsinin daxili rejim qaydalarını pozduğunu, buna görə dəfələrlə intizam qaydasında cəzalandırıldığını, CIM-nin 108.1.7-ci maddəsinə uyğun olaraq cəzaların icrası qaydasının qərəzli pozuntusu kimi qiymətləndirmiş və məhkumun cəzasının 1 il 6 ayını çəkmək üçün həbsxanaya keçirilməsi barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumun həbsxanaya keçirilməsi barədə gəldiyi qənaəti ilə razılaşsa da, məhkumun həbsxana rejiminə keçirilməsi ilə bağlı müəyyən edilmiş müddət ilə razılaşmır. Iş materiallarına əlavə edilmiş İ-***** nömrəli, Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Məhkum “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Iş materiallarına əlavə edilmiş İ-***** nömrəli, Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Məhkum “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun ilk dəfə həbsxana rejiminə keçirilməsini, “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Vətən Müharibəsi”ndə göstərdiyi fədakarlığa görə “Fəxri Fərman” ilə dəfələrlə təltif edilməsini nəzərə alaraq təyin olunan müddəti ciddi hesab edir və onun gələcəkdə rejim qaydalarına riayət edərək islah oluna bilməsi baxımından təyin olunan müddətin endirilməsini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilməli, məhkum Məhkum həbsxana rejiminə keçirilmə müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514.1 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin məhkum Məhkum həbsxana rejiminə keçirilməsi barədə * saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatının qismən təmin olunması barədə ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Məhkum həbsxana rejiminə keçirilməsinin müddəti 01 (bir) ilə endirilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar