Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 7(036)-9/2022 14.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi, İmişli rayon prokurorunun köməkçisi X8, İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X3 iştirakları ilə, X1 təyin edilmiş cərimə cəzasının dəyişdirilərək başqa cəza növü ilə əvəz olunması barədə İmişli rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 təqdimatla məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 29 iyul 2017-ci il tarixli, 1(012)-228/2010 saylı hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş X2 cəzasının dəyişdirilərək başqa cəza növü ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X6 təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi, İmişli rayon prokurorunun köməkçisi X8 təqdimatın təmin edilməməsini təklif etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Abşeron rayon Məhkəməsinin 29 iyul 2017-ci il tarixli, 1(012)- 228/2010 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 18 iyul 2016-cı il tarixli qərarının surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 29 iyul 2017-ci il tarixli, 1(012)-228/2010 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş X2 barəsində “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş qalan 2000 manat hissəsindən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkum barəsində amnistiya aktı tətbiq olunduğundan təqdimat təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519-520-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. İş üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədərlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №7(036)-9/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №7(036)-9/2022
14.03.2022 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver