Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(1-8)-138/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyeva Nuran Fəzli qızı və məhkum Məhkum müdafiəçisi – “De Fendo” vəkil bürosunun vəkili Abbasov Rəşad Saqibət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Abbasov Rəşad Saqibət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim E.Z.Ağayev) ## ###### 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum barəsində olan Azərbaycan Respukblikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan rəisinin təqdimatı qismən təmin edilmiş və o, 6 (altı) ay müddətinə həmin müəssisədən həbsxanaya keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarı ilə (hakimlər: Z.V.Ibrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədovdan ibarət tərkibdə) məhkumun müdafiəçisi Abbasov Rəşad Saqibət oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarından məhkumun müdafiəçisi Abbasov Rəşad Saqibət oğlu tərəfindən kassasiya şikayəti vermişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin rəisinin təqdimatında gətirilmiş həqiqəti əks etdirməyən məlumatlardan çıxış edib, həmin məlumatları araşdırmadan təqdimatı qismən təmin etməklə, Məhkum 6 (altı) ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi barədə qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə əsassız və qanunsuz olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə istinad etməyib, bu maddənin təsbit etdiyi əsaslardan hər hansı birini konkretliklə göstərmədən cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə dair məsələləri tənzimləyən hüquqi normaların tətbiqi üzrə məhkəmələrin mövqeyini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşdür Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmənin Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi haqqında Penitensiar Xidmətin Təqdimat verən orqan təqdimatının qismən təmin edilməsi və məhkumun 6 (altı) ay müddətə həbsxanaya keçirilməsi haqqında nəticəyə gəlməsinə onun cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində cəzanın icrası qaydalarını qərəzli şəkildə pozması əsas olmuşdur. Məhkum qərəzli şəkildə cəzanın icrası qaydalarını pozmasına dəlalət edən hal kimi isə məhkəmə qərarlarında onun il ərzində (## #### 2025-ci ildən ## ###### 2026-cı ilədək) 3 dəfədən çox (ümumilikdə isə 6 dəfə) tənbeh olunmasına istinad edilmişdir. Bu faktiki halların mövcudluğu barədə qənaət yalnız cəzaçəkmə müəssisəsinin təqdimatına deyil, məhkəmənin sübutetməyə dair Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırdığı işin materiallarına, o cümlədən məhkum Məhkum şəxsi işinin öyrənilməsinə əsaslandığından, məhkəmə kollegiyasında şübhə doğurmur. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən il ərzində üç dəfədən çox tənbeh edilmək cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur. Cəzaların Icrası Məcəlləsinin 70.4.3-cü maddəsində isə təsbit olunmuşdur ki, cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar məhkəmənin qərarı ilə ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Odur ki, birinci instansiya məhkəməsinin Məhkum cəzanın çəkilməsi qaydalarını qərəzli olaraq pozmasından çıxış edib, Cəzaların Icrası Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə istinad etməklə məhkumun həbsxanaya keçirilməsi haqqında təqdimatı qismən təmin etməsi kollegiya tərəfindən işin həqiqi hallarına və qanunun tələblərinə əsaslanan nəticə kimi qəbul edilir. Belə olan halda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onun qərarını dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Bütün bunlar ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin Məhkum barəsində verilmiş təqdimatı qismən təmin etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirilmədən saxlaması ilə Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Bu isə onu göstərir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti əsassızdır və ona baxılması nəticəsində mübahisələndirilən məhkəmə qərarı ləğv edilə və yaxud dəyişdirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## #### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №7(1-8)-138/2026
Ali Məhkəmə Qərar — İş №7(1-8)-138/2026
28.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver