Məhkəmə qərarları › İş №7(1-8)-143/2026

Ali Məhkəmə Qərar — İş №7(1-8)-143/2026

11.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(1-8)-143/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Rəcəbov Ilkin Əblüfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, prokuror – Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkum Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) ## ##### 1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkum Məhkum hökmü çıxarmış məhkəməyə ərizə ilə müraciət edərək cəzasının çəkilməsinin təxirə salınmasını xahiş etmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli qərarı ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Məmmədli Ənnağı Əbdül oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) ərizəsi təmin edilməmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # #### 2026-cı il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzasının çəkilməsinin təxirə salınması barədə ərizəsinin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin edilməməsi əsassız və qanunsuz olmuşdur. Məhkum bildirmişdir ki, səkkiz uşaq anasıdır və hazırda beş azyaşlı övladı vardır. Həmin uşaqlar ##.##.2009-cu il, ##.##.2013-cü il, ##.##.2017ci il, ##.##.2019-cu il və ##.##.2025-ci il tarixlərində anadan olmuş, hazırda ataları Ismayıl Kəsənovun himayəsində yaşayırlar. Onun sözlərinə görə, həyat yoldaşının narkotik vasitələrdən asılılığı səbəbindən uşaqların qayğısı, təlim-tərbiyəsi və təhsili ilə bağlı valideynlik vəzifələrini lazımi səviyyədə yerinə yetirmək imkanında olmaması nəticəsində azyaşlı övladlarının onun bilavasitə qayğısına və köməyinə ehtiyacı yaranmışdır. Bununla yanaşı, yataq xəstəsi olan baldızının da onun himayəsində olduğunu qeyd etmişdir. Məhkum, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və törətdiyi cinayətə görə səmimi peşmanlıq hissi keçirdiyini bildirərək, qeyd olunan halların cəzasının çəkilməsinin təxirə salınması məsələsi həll edilərkən nəzərə alınmalı olduğunu göstərmişdir. Məhkum Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzasının çəkilməsinin təxirə salınmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkum Məhkum kassasiya şikayətində cəzasının çəkilməsinin təxirə salınması barədə ərizəsinin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən əsassız olaraq təmin edilmədiyini iddia etməklə faktiki olaraq məhkəmələrin həmin instituta dair hüquqi normaların tətbiqi üzrə mövqeyini mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumun kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi üçün, ilk növbədə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsinin təxirə salınması institutunun hüquqi mahiyyətinin, onun tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlərin və bu məsələ həll edilərkən məhkəmə tərəfindən nəzərə alınmalı olan əsas meyarların müəyyən edilməsi zəruridir. Belə ki, yalnız həmin hüquqi meyarlar müəyyənləşdirildikdən və onların hazırkı işin konkret halları ilə qarşılıqlı əlaqədə qiymətləndirilməsindən sonra apellyasiya instansiyası məhkəməsinin məhkumun cəzasının çəkilməsinin təxirə salınması üçün əsasların mövcud olmaması barədə gəldiyi nəticənin qanuni və əsaslı olub-olmaması müəyyən edilə bilər. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai maraq Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törədilmə halları da nəzərdən qaçırılmamalıdır. Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin dispozisiyasına əsasən, imperativ xarakter daşımayıb, bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi onu göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Göründüyü kimi Cinayət Məcəlləsinin 79-cu maddəsi məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə ona dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınmasının təqibiqini məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibətinə aid hallarla və bütün bu halların təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməsi ilə şərtləndirmişdir. Iş materiallarından görünür ki, Məhkum sonuncu hökm istisna olmaqla, əvvəllər də aşağıdakı hökmlərlə məhkum edilmişdir:

1. Bakı Ağır Cinayət Məhkəməsinin ## ### 2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.3.2, 177.3.3 və 180.3.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş;

2. Salyan Rayon Məhkəməsinin # ###### 2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş;

3. Bakı Ağır Cinayət Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.3.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum şəxsiyyətini və işin konkret hallarını yuxarıda müəyyən edilmiş hüquqi meyarlar baxımından qiymətləndirərək qeyd edir ki, onun beş azyaşlı uşağının olması öz-özlüyündə cəzanın çəkilməsinin təxirə salınmasını şərtləndirmir. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsi həll edilərkən uşağın valideyn qayğısına ehtiyacının mövcudluğu ilə yanaşı, məhkumun şəxsiyyətinin, həyat şəraitinin, uşağa münasibətinin və cəzanın təxirə salınmasının uşağın hüquq və mənafelərinin təmin olunmasına real töhfə verib-verməyəcəyinin müəyyən edilməsi zəruridir. Iş materiallarından göründüyü kimi, Məhkum əvvəllər də bir neçə dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o cümlədən ağır cinayət əməllərinə görə uzunmüddətli azadlıqdan məhrum etmə cəzaları çəkmiş və buna baxmayaraq, sonradan yenidən cinayət törətmişdir. Məhkumun bu xüsusiyyətləri onun şəxsiyyətinin cəzanın təxirə salınması institutunun məqsədləri baxımından müsbət xarakterizə olunmasına əsas vermir və məhkəmə tərəfindən onun uşaqların tərbiyəsi və qayğısını lazımi qaydada həyata keçirə biləcək şəxs kimi qiymətləndirilməsində ehtiyatlı yanaşmanı zəruri edir. Digər tərəfdən, məhkumun kassasiya şikayətində göstərdiyi beş azyaşlı uşağın hazırda ataları Ismayıl Kəsənovun himayəsində olması da nəzərə alınmalıdır. Beləliklə, uşaqların valideyn himayəsindən tamamilə kənarda qalmaları və ya onların qayğısını həyata keçirən şəxsin olmaması barədə nəticəyə gəlməyə əsas verən hal müəyyən edilmir. Əksinə, uşaqlar hazırda digər valideynin – atalarının himayəsindədirlər və bu hal cəzanın çəkilməsinin təxirə salınmasının məhz uşaqların hüquq və mənafelərinin təmin edilməsi baxımından zəruri tədbir olduğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkumun ərinin uşaqların qayğısı, təlim-tərbiyəsi və təhsili ilə bağlı vəzifələrini lazımi səviyyədə yerinə yetirə bilməməsi, o cümlədən narkotik vasitələrdən asılı olması barədə kassasiya şikayətində irəli sürdüyü dəlillər də özlüyündə cəzanın təxirə salınması üçün kifayət hesab edilə bilməz. Belə ki, həmin halların mövcudluğu və uşaqların faktiki olaraq atasının himayəsində olmasına baxmayaraq, onların zəruri yaşayış, qayğı və tərbiyə şəraitindən məhrum qalmaları iş materialları ilə təsdiq olunmadığı halda, yalnız məhkumun subyektiv mülahizələrinə əsaslanmaqla cəzanın icrasının təxirə salınması barədə nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası, həmçinin məhkum tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və törətdiyi cinayətə görə peşmanlıq hissi keçirməsini onun xeyrinə olan hallar kimi nəzərə alır. Lakin həmin hallar cəzanın təxirə salınmasının qanunda nəzərdə tutulan məqsədlər baxımından zəruri olduğunu müəyyən etmir və məhkumun şəxsiyyətini səciyyələndirən digər hallardan, o cümlədən çoxsaylı əvvəlki məhkumluqlarından və yenidən qəsdən cinayət törətməsindən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Beləliklə, məhkumun beş azyaşlı uşağının olması mühüm ailə vəziyyəti kimi nəzərə alınmalı olsa da, uşaqların hazırda atalarının himayəsində olmaları, onların qayğısının faktiki olaraq digər valideyn tərəfindən həyata keçirilməsi, habelə Məhkum şəxsiyyətini xarakterizə edən əvvəlki çoxsaylı məhkumluqları və yenidən cinayət törətməsi cəzanın çəkilməsinin təxirə salınmasını uşaqların hüquq və mənafelərinin təmin edilməsi baxımından zəruri edən halların mövcudluğu barədə nəticəyə gəlməyə imkan vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin Məhkum cəzasının çəkilməsinin təxirə salınması barədə müraciətini təmin etməməsi barədə gəldiyi nəticə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları və həmin hallara verdiyi hüquqi qiyməti araşdıraraq onun gəldiyi nəticə ilə razılaşmış və qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas verə biləcək hər hansı yeni hüquqi və ya faktiki dəlil də irəli sürülməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını şübhə altına almaq üçün əsas görmür. Şərh olunan hüquqi mövqelər, cinayət işinin materialları və kassasiya baxışının hüdudları nəzərə alındıqda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərar qəbul edilərkən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilmədiyindən, onun kassasiya qaydasında ləğv və ya dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair isə prokurorun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Məhkum Məhkumnun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # #### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar