Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 7(3-1)-7/2026 20.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair iş üzrə Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti Açar sözlər: Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etməyə görə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq azad etmə barədə ərizəsi birinci instansiya məhkəməsində rədd edilmiş, apellyasiya icraatında şikayət təmin edilməmiş. Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru prokuror1, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 Müəssisəsinin nümayəndəsi nümayəndə1, məhkum Məhkum və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından iş üzrə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Məhkum Məhkum ## #### 1997-ci il tarixdə Babək rayon, Şıxmahmud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, məhkum olunanadək Babək rayon, Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşamış, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmişdir. II. Birinci instansiya məhkəməsində icraat
2. Məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi Kəngərli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
3. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.İbrahimov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə ərizə təmin edilməyərək məhkum Məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi rədd edilmişdir.
4. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 7(5-87)- **/**** saylı qərarının ləğv edilərək məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında əsasən cəzaçəkmə müəssisəsinin təqdim etdiyi mənfi mülahizəyə istinad etmiş, lakin həmin mülahizənin əsaslılığını və obyektivliyini yoxlamamış, cəzaçəkmə müəssisəsi mülahizəsində məhkumun özünə qapanıq olması, hərəkətlərində səmimi olması qeyd edilməklə mənfi xarakterizə olunmuş, bu isə o deməyə əsas verir ki, mülahizədə qeyd olunanlar şablon ifadələrdən ibarət olmaqla gəlinən nəticə qərəzli və formal xarakterlidır. Məhkum təyin olunmuş cəzanın qanunla tələb olunan hissəsini faktiki olaraq çəkmiş, hazırda cəzasının başa çatmasına cəmi 4 ay 13 gün müddət qalmış, cəza çəkdiyi müddətdə onun barəsində intizam tənbehi tətbiq edilməmiş, rejim qaydalarını pozması müəyyən edilməmiş, əksinə müəssisənin ictimai həyatında və abadlıq işlərində fəal iştirak etmiş, ona həvalə olunan işləri vicdanla yerinə yetirmişdir. Məhkəmə qərarında məhkumun islah olunmadığını göstərən konkret faktlar, intizam pozuntuları və ya digər obyektiv hallar göstərilməmiş, belə olan halda, yalnız ümumi və formal xarakterli mənfi mülahizəyə əsasən ərizənin təmin edilməməsi qanunçuluq, obyektivlik və ədalətlilik prinsiplərinə uyğun hesab edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi qərarında məhkumun cəzaçəkmə dövründəki müsbət davranışını, intizam tənbehinin olmamasını, ictimai faydalı əməyə münasibətini və cəzanın məqsədlərinə nail olunub-olunmamasını lazımi qaydada qiymətləndirməmiş, bu isə qərarın əsassız olması nəticəsinə gəlməyə əsas verir. Kəngərli Rayon Məhkəməsində Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-ci il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən ərizəçi ilə eyni cinayət işi üzrə məhkum olunmuş və birlikdə cəza çəkən digər iki şəxs barəsində də cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmə ilə bağlı ərizələrə baxılmış, həmin şəxslər barəsində də cəzaçəkmə müəssisəsi tərəfindən mahiyyət etibarilə eyni məzmunlu, şablon xarakterli və mənfi xarakterli mülahizələr təqdim edilmiş, buna baxmayaraq, həmin şəxslərin ərizələrinə baxan məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə istinad edərək cəzaçəkmə müəssisəsinin mülahizəsinin məhkəmə üçün məcburi xarakter daşımadığını qeyd etmiş, işin faktiki hallarını araşdıraraq ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı və ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarları ilə onları cəzadan şərti olaraq vaxtından əvvəl azad etmişdir. Hazırkı iş üzrə isə eyni şablon xarakterli mülahizə mövcud olduğu halda, ərizəçinin müraciəti təmin edilməmiş, məhkəmə qərarında ərizəçinin vəziyyətini həmin şəxslərin vəziyyətindən fərqləndirən konkret və obyektiv hallar göstərilməmiş, fərqli nəticəyə gəlinməsinin səbəbləri əsaslandırılmamışdır. Halbuki məhkəmə təcrübəsində oxşar hüquqi və faktiki vəziyyətdə olan şəxslərə münasibətdə vahid yanaşmanın təmin edilməsi hüquqi müəyyənlik və qanun qarşısında bərabərlik prinsiplərinin tələblərindən irəli gəlir. Birbirinə yaxın tarixlərdə baxılmış, eyni xarakterli hallara malik işlər üzrə tamamilə fərqli nəticəyə gəlinməsi, məhkəmə qərarının əsassız olması nəticəsinə gəlməyə əsas verir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək məhkumun cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında cəzaçəkmə müəssisəsi tərəfindən məhkumların hər üçünə münasibətdə eyni xarakterli, eyni formalı mülahizələrin verildiyini, həmin məhkumların hər üçünün usta olduğunu, hər üçünə vəd verilərək, “bu işi görün hər üçünüzə müsbət mülahizə veriləcək” deyildiyini, həmin işi gördükdən sonra başqa işi də görmələrini dediklərini, bundan sonra hər üçünün işi görməkdən imtina etdiyini, məhkumların hər üçünün eyni davrandığını, eyni vəziyyətdə olan digər iki məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin, lakin Məhkum azad edilməməsinin səbəblərinin məhkəmənin qərarında əsaslandırılmadığını, həmin məhkumlardan heç birinin peşə hazırlığında və istehsalatda iştirak etmədiyini bildirdi.
8. Məhkum Məhkum müdafiəçisinin qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Suallara cavabında onlara “işləməyə məcbur deyilsiniz, siz işləsəniz də, işləməsəniz də sənədləriniz yazılacaq, məhkəməyə veriləcək, may ayında komissiya olacaq” deyildiyini, daha sonra rəisin yanına getdiklərini, rəisin onlara “işləyin, bitirin sənədlərinizi yaxşı yazaq gedin” dediyini, ailəli və uşağının olduğunu, istehsalatla bağlı 2 dəfə müraciət etdiyini, lakin qəbul edilmədiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu, cəzaçəkmə müəssisəsinin içərisində nə iş deyiblərsə etdiyini, istehsalat üçün etdiyi müraciətlərin rəsmi müraciət olmadığını, sadəcə dediyini, “çölə” çıxsaydı daha çox pul qazanacağını, bu səbəbdən də işi tamamlamadığını bildirdi.
9. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 müəssisəsinin nümayəndəsi nümayəndə1 təqdim etdikləri mülahizəni təsdiq etdiklərini, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini uyğun hesab etmədiklərini bildirdi. Suallara cavabında məhkumların hər birinin peşə hazırlığına və təsərrüfata cəlb edilmək üçün ərizə yazdıqlarını, həmin ərizələrin yoxlanıldığını, əgər məhkum həmin işi görməyə qadirdirsə, özünə xəsarət yetirmə halına yol verəcək xüsusiyyətlərə sahib deyilsə, həmin məhkumların peşə hazırlığına və təsərrüfata cəlb edildiyini, mənfi xarakterizə olunan məhkuma müsbət mülahizənin verilə bilmədiyini, məhkum Məhkum ilə birlikdə məhkum olunmuş digər məhkumlar barəsində də cəzaçəkmə müəssisəsi tərəfindən mənfi mülahizənin verildiyini, məhkum Məhkum istehsalata cəlb edilmək istəməsi ilə bağlı şifahi müraciətinin də olmadığını, mülahizədə qeyd olunanların müəyyən etdikləri məsələlər olduğunu, formal olaraq qeyd edilmədiyini bildirdi.
10. Prokuror prokuror1 çıxışında məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair çıxarılmış Kəngərli Rayon Məhkəməsinin qərarından verilən şikayətdə qeyd olunan məhkumun sənədlərinin əsaslılığının, obyektivliyinin yoxlanılmaması ilə bağlı məsələlərin öz təsdiqini tapmaması, eləcə də məhkumun şəxsi işində özünü qeyri-səmimi aparması, münasibətinin mənfi olmasının nəzərə alınmasını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəməyə təklif etmişdir.
11. İşə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 Müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum X2 Müəssisəsinə İstintaq Təcridxanasından ## ###### 2024-cü il tarixdə qəbul olunmuş və təyin edilmiş cəza müddətinin üçdə iki hissəsindən çoxunu çəkmişdir. Məhkum Məhkum müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş törətdiyi cinayət əməlinə münasibəti öyrənilərək həmin cinayətin xarakterinə uyğun tərbiyə işi aparılmış, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində onunla tərbiyəvi və profilaktik söhbətlər aparılmasına baxmayaraq, özünü qeyri səmimi aparır. Səhhətinə, xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, həmçinin sanitariya-gigiyena qaydalarına riayət edir, xasiyyətcə qapalıdır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum Məhkum cəzaçəkmə müəssisəsinin daxilində abadlıq üçün təmir-tikinti işləri getdiyindən muzdla işləməsi (kafel və metlax ustası olduğu üçün) təklif edilsədə işləməkdən imtina etmişdir. Mənkum Məhkum məhkumun islah edilməsində əsas vasitələrdən olan ictimai faydalı əməklə məşğul olmamış, tərbiyə işinə və peşə hazırlığına maraq göstərməmişdir. Həmçinin hərəkət və davranışlarında səmimiyyət müşahidə olunmadığından mənfi xarakterizə olunur. Məhkum ilə aparılan tərbiyəvi söhbət zamanı o, ilk dəfə cinayət əməli törətməsini və gənc olmasının nəzərə alınmasını xahiş edir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
1. Maddə 76.1. Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
2. Maddə 76.3.1. Məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. b) Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
3. Maddə 170.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. c) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
4. Bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2010-cu il ## ####### tarixli, * nömrəli Qərarı”) V. Məhkəmə kollegiyasının mövqeyi
5. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, cəzaçəkmə müəssisəsinin mülahizələrini, məhkumun şəxsi işini və tərəflərin çıxışlarını tam və hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir:
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi məhkəmə üçün məcburi xarakter daşımır və onun əsaslılığı işin digər materialları ilə birlikdə yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhz həmin hüquqi mövqeyə uyğun olaraq cəzaçəkmə müəssisəsinin mülahizəsini formal qaydada qəbul etməmiş, onu məhkumun şəxsi işi, illik xasiyyətnaməsi və proses iştirakçılarının izahatları ilə birlikdə qiymətləndirmişdir.
7. İş materiallarından görünür ki, məhkum barəsində intizam tənbehi tətbiq edilməmiş və cəzanın qanunla tələb olunan hissəsini çəkmişdir. Lakin eyni zamanda cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş mülahizədə məhkumun hərəkət və davranışlarında səmimiyyət müşahidə olunmadığı, əməyə münasibətinin mənfi olduğu, ictimai faydalı əməklə məşğul olmadığı, peşə hazırlığına maraq göstərmədiyi, təklif olunan muzdlu işdən imtina etdiyi və ümumilikdə mənfi xarakterizə olunduğu qeyd edilmişdir. Cəzaçəkmə müəssisəsinin nümayəndəsi də məhkəmə iclasında həmin halları təsdiq etmiş, mülahizənin formal deyil, müşahidələrə əsaslandığını bildirmişdir.
8. Apellyasiya şikayətində məhkumun müəssisənin ictimai həyatında və abadlıq işlərində fəal iştirak etməsi göstərilsə də, bu halı təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkumun şəxsi işində onun ictimai faydalı əməyə cəlb olunmaması və təklif edilən işdən imtina etməsi öz əksini tapmışdır. Məhkumun apellyasiya baxışı zamanı verdiyi izahatdan da görünür ki, ona təklif olunan işi sona qədər yerinə yetirməmiş, istehsalata cəlb olunması barədə rəsmi müraciət etməmişdir. Bu baxımdan müdafiə tərəfinin həmin xüsusatla bağlı dəlilləri iş materialları ilə təsdiq olunmur.
9. Müdafiəçinin digər dəlili ondan ibarət olmuşdur ki, eyni cinayət işi üzrə məhkum olunmuş digər iki şəxs barəsində oxşar mülahizələr mövcud olmasına baxmayaraq onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair qərarlar qəbul edilmişdir. Kollegiya hesab edir ki, bu hal hazırkı iş üzrə qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə məsələsi hər bir məhkumun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, cəzaçəkmə dövründəki davranışı və onun şəxsi işində olan məlumatlar əsasında fərdi qaydada həll olunur. Bununla yanaşı müdafiəçi tərəfindən şikayətə əlavə olunmuş qərarlardan da görünür ki, digər 2 məhkum barəsində iştirak etdiklərə yarışlara görə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Həmçinin işdə olan hökmdən aydın olur ki, hazırkı iş üzrə məhkum cinayətin törədilməsində fəal iştirak etmişdir. Məhkəmə hökmün icrası qaydasında işlər üzrə məhkumların törətmiş olduqları cinayətlərə yenidən hüquqi qiymət verməsə də, onların şəxsiyyətinin xarakterizə olunması və törətdiyi cinayətə münasibəti baxımından işin bütün hallarını, qəbul olunacaq qərarın fərdi və ictimai maraqlara təsirini kompleks şəkildə qiymətləndirir. Bu baxımdan eyni hökmə əsasən məhkum edilmiş bir məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsi, digər məhkumun da şərtsiz azad edilməsi qənaətinə gəlməyə əsas verə bilməz.
10. Kollegiya hesab edir ki, məhkumun intizam tənbehinin olmaması və cəza müddətinin böyük hissəsini çəkməsi müsbət hal kimi nəzərə alınsa da, bu hallar onun islah olunması barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Qanunvericinin tələb etdiyi əsas meyar məhkumun islah olunması və cəzanın məqsədlərinə nail olunmasıdır. Hazırkı iş üzrə toplanmış sübutların məcmusu isə məhkumun islah olunması üçün cəzanı tam çəkməsinə artıq ehtiyac qalmadığı barədə qəti nəticəyə gəlməyə əsas vermir.
11. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərarın ləğvi və ya dəyişdirilməsi üçün CPM-də nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Səxavət Bəylərli, Zamiq Əliyev