Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-46/2026 08.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, X13 nümayəndəsi İmamverdiyev Azər Çingiz oğlu, məhkum Məhkum və onun müdafiəçisi X1 iştirakları ilə Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki rayon Məhkəməsinin (hakim: Şəfəqə Cəfərova) ## ##### 2026-cı il tarixli, 7(5-158)- 124/2026 nömrəli qərarı ilə, məhkum Məhkum ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Məhkum Məhkum verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, vaxtından əvvəl şərti azad olunmağı üçün Şəki rayon Məhkəməsinə müraciət etmişdir. ##.##.2026-cı il tarixdə müraciətinə rayon məhkəməsində baxılaraq müraciətinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum bildirdi ki, atası yoxdur, anası xəstədir, bir qardaşı var, qardaşı hazırda hərbi xidmətdədir. Ailədə tək işləyən o, olmuşdur. İslah olunmuşdur, törətdiyi əməli səmimi etiraf etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, cəza müddəti ## ###### 2026-ci il tarixdə bitir. O, taksi sürücüsü olmuşdur, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İstintaq Təcridxanasında siqaret çəkdiyi üçün barəsində iki dəfə “Cərimə otağı” tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi X1 bildirdi ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edir. Məhkum barəsində tənbeh olunmasının mövcudluğu deyil, onun islah olunması və hazırkı davranışı qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi bu hissədə heç bir qiymətləndirmə aparmamışdır. Eyni zamanda tərəflər arasında barışığın olması məhkuma təyin olunmuş cəzanı yüngülləşdirən hallardandır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən X13 nümayəndəsi İmaverdiyev Azər Çingiz oğlu bildirdi ki, məhkum Məhkum barədə müvafiq komissiyanın rəyi mənfidir. Odur ki, mülahizəni müdafiə edir. Verilən suallara cavab olaraq bildirdi ki, məhkum barəsində iki dəfə “Cərimə otağı” tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum barəsində olan tənbeh tədbiri qüvvədən düşmüşdür. Məhkumun müəyyən edilməmiş yerdə siqaret çəkdiyi üçün dəfələrlə xəbərdarlıq olunduğu üçün barəsində tənbeh tədbiri tədbiq edilə bilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin, Penitensiar Müəssisənin nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun ərizəsi əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə görə, məhkəmə islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzаlаrın İcrаsı Məcəlləsinin 170.1-ci mаddəsinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzаlаrın İcrаsı Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Cəzaçəkmə müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.1995-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşamışdır. Məhkum ## ###### 2024-ci il tarixdə saat 14 radələrində Qəbələ şəhər sakini X3 xalası oğlu X2 ilə ailə həyatı qurmasına nail olmaq məqsədi ilə Anar Aslanovla bir qrup şəxs qismində birləşərək, Şəlalə Hacıyeva işə gedərkən yolda qarşısını kəsib idarə etdiyi avtomobilə iradəsinə zidd olaraq Anar Aslanov tərəfindən zor tətbiq edilməklə, yəni qucaqlayaraq və qolundan tutub dartaraq, eləcə də qışqırmaması üçün ağzından tutaraq avtomobilin arxa oturacağına mindirildikdən sonra avtomobili idarə edərək Anar Aslanovun dediyi ünvana getmək üçün hadisə yerindən uzaqlaşmış, lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ RPŞ-nın əməkdaşları tərəfindən Qəbələ rayonu Zarağan kəndi istiqamətində hərəkətdə olarkən yol patrul xidməti avtomobili vasitəsi ilə saxlanılaraq yaxalandıqları üçün öz iradəsindən asılı olmayan səbəbdən planlaşdırdığı əməli başa çatdıra bilməyərək Şəlalə Hacıyevanı qaçırtmaq yolu ilə oğurlamağa cəhd etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apeliyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3, 69.3-cü maddələri ilə CM-nin 62.1-ci maddəsinə əsasən Məhkum üzərində qəti olaraq 1 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumun cəzasının əvvəli ##.##.2024-cü ildən başlayır və cəzasının sonu ##.##.2026cı il tarixdə başa çatır. Məhkum ##.##.2024-cü il tarixdə X13 istintaq təcridxanasına gətirilmiş, azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2025-ci il tarixdə Şəki penitensiar müəssisənin Ümumi rejimli korpusuna keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Məhkumla mütəmadi olaraq tərbiyəvi söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmişdir. Bu söhbətlərdən və məhkumun şəxsi işindən gəlinən qənaətə görə qeyd etmək olar ki, məhkum törətdiyi cinayət əməlini qismən etiraf edir. Məhkum barəsində Daxili İntizam Qaydalarını pozduğuna görə 2 dəfə tənbeh tədbiri-##.##.2025-ci il tarixdə 03 gün "CO", ##.##.2025-ci il tarixdə 06 gün "CO" tətbiq edilmişdir. Məhkum asudə vaxtında televiziya verilişlərini izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Verilən tapşırıqları qismən yerinə yetirir. Mədəni-kütləvi tədbirlərdə və özfəaliyyətdə iştirak etmir. Əməyə münasibəti qənaətbəxş deyil. Təmir-abadlıq işlərində iştirak etmir, digər faydalı əməklə məşğul olmur. Məhkum yoldaşları ilə münasibət saxlayır. Ailə üzvləri və yaxınları ilə görüş və telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Hökmə əsasən zərərçəkmiş şəxs X3 barışmış şikayət və tələbi yoxdur. Məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Hökm üzrə barəsində təyin edilmiş 30 manat ekspertiza xərci ödənilmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə mənfi rəy vermişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum törətdiyi cinayətin xarakterini, cəza çəkdiyi müddət ərzində barəsində 2 dəfə tənbeh tədbirinin tətbiq edilməsini, barəsində həvəsləndirmə tədbirinin tətbiq edilmədiyini, onun mədəni-kütləvi tədbirlərdə və özfəaliyyətdə iştirak etmədiyini, əməyə münasibətinin qənaətbəxş olmadığını, təmir-abadlıq işlərində iştirak etmədiyini, digər faydalı əməklə məşğul olmadığını, komissiya tərəfindən verilmiş mülahizədə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin məqsədə müvafiq hesab edilməməsini nəzərə alaraq cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzаlаrın İcrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün qərara gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASCnin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidirdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-46/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-46/2026
08.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver