Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-51/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, X6 nümayəndəsi İmamverdiyev Azər Çingiz oğlu, məhkum Məhkum və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlunun iştirakları ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Məhkum Məhkum verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, cəza müddətinin üçdə iki hissəsindən çoxunu çəkdiyinə görə cəzasının qalan hissəsinin yüngülləşdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Müraciətinə ##.##.2026-cı il tarixdə Şəki Rayon Məhkəməsində baxılmış, lakin hakim onun nümunəvi məhkum olmasını, tədbirlərdə iştirak etməsini, tədbirlərdə iştirak etdiyi üçün təşəkkür almasını, müəssisəsinin barəsində verdiyi müsbət xasiyyətnəməni, Ədliyyə Nazirliyinin müsbət rəyini, məhkum yoldaşları ilə müəssisəsinin işçi heyəti ilə nümunəvi davranışını, himayəsində yaşlı və xəstə anasının və iki azyaşlı əkiz övladının olmasını nəzərə almayaraq ədalətsiz qərar qəbul etməklə müraciətini təmin etməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum oğlu bildirdi ki, o, cəza çəkdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur. Barəsində heç bir tənbeh tədbiri tətbiq edilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, cəza müddətinin sonuna 36 gün qalmışdır. Üzərindən 1200 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkum ona təyin olunmuş cəzanın çox hissəsini çəkmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən X6 tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru İmamverdiyev Azər Çingiz oğlu bildirdi ki, məhkum Məhkum müsbət xarakterizə olunur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, məhkum barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum cəza çəkdiyi korpusun təmir işlərində yaxında iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməyinə baxmayaraq cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyаsı iş materiallarını və məhkumun şəxsi işini apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdırıb, Penitensiar Müəssisənin nümayəndəsinin, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, öyrənilən işdən görünür ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1269,47 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq Ağdaş rayonu Güvəkənd kəndində yerləşən evində saxlamış və ##.##.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə məhkumun cəza müddəti 4 ilə endirilmişdir. Cəza müddətinin əvvəli ##.##.2022-ci il tarixdən hesablanır, cəza müddətinin sonu ##.##.2026cı il tarixdə başa çatır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq, məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. İş materialında olan X6 mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.2022-ci il tarixdə X6 İstintaq təcridxanasına gətirilmişdir. ##.##.2023-cü il tarixdən cəzasını X6 Ümumi ağır rejim 2-ci dəstəsində cəza çəkir. Məhkum dəstəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmışdır. Məhkumla tərbiyəvi, əxlaqi və maarifləndirici söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmişdir. Məhkum dəstədə keçirilən tərbiyəvi tədbirlərə cəlb edilmiş və bu tədbirlərdə iştirak etmişdir. Məhkumun nümunəvi davranışı və tədbirlərdə iştirakı nəzərə alınaraq barəsində ##.##.2024-cü il tarixdə həvəsləndirmə tədbiri tətbiq edilərək "Təşəkkür" elan edilmişdir. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum yoldaşları ilə münasibət qurmağı bacarır. Müəssisənin daxilində aparılan abadlıq işlərində iştirak etmişdir. Əməyə münasibəti qismən qənaətbəxşdir. Məhkum asudə vaxtında televiziya verilişlərini izləyir, yataq yerini səliqəli saxlayır, kitab oxuyur, şəxsi gigiyena qaydalarına fikir verir. Törətdiyi cinayətdə günahını etiraf edir, əməlindən peşman olduğunu bildirir. Məhkumun dövlətə olan 34 manat 55 qəpik ekspertiza borcu ödənilmişdir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə sakit təbiətli məhkumdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasınin çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» ## ####### 2010-cu il tarixli * nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi özündə iki bir-birinə əks olan müraciəti ehtiva edir. Belə ki, bu sahədə olan qanunun mənasına görə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq müsbət xarakterizə edilən məhkumlar cəzanın qanunla müəyyən olunmuş hissəsini çəkdikdən sonra məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə, yəni həbsxanadan cəzaçəkmə müəssisələrinə, ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilə bilərlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.4-cü maddəsində isə göstərilir ki, hökmün icrası qaydasında cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Cəzaların İcrası Məcəlləsinin 70.2.3-cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilir. Göründüyü kimi, qanunvericilik ağır cinayət törətmiş məhkumun ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məhkumun cəza müddətinin ən azı üçdə iki hissəsinin çəkilməsi ilə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun mülahizə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, məhkumun cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, * saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkum Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur, məhkum hazırkı icraat üzrə məhkəmə baxışında islah olunmasına inam yaradan heç bir fikir bildirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, çünki birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında göstərilən tələbləri nəzərə alaraq, düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə tərəflərin çıxışlarını, cəzaçəkmə müəssisəsinin mülahizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum oğlunun cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli Cəzaçəkmə Müəssisəsində çəkməsi barədə ərizəsini təmin etməməkdə düzgün qərara gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunаnlаrа əsаsən məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, məhkum Məhkum аpellyаsiyа şikayətinin dəlilləri əsаssız olduğundan Şəki Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili İbrahimov Xəyal Rahim oğlunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və CPM-in 397, 398.1, 399, 400, 401, 407 və 408, 520.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili İbrahimov Xəyal Rahim oğlunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-51/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-51/2026
16.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver