Məhkəmə qərarları › İş №7(3-10)-52/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-52/2026

08.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-52/2026 08.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hаkimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov Imanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum Ərizəni verən şəxs məhkumluğun vaxtından əvvəl götürülməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 20 аprel 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim P.Məmmədоvа) məhkum Əsədоv Murаd Zаhid оğlunun məhkumluğunun vaxtından əvvəl götürülməsinə dаir ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Işin halları: Məhkum Ərizəni verən şəxs vəsatətlə məhkəməyə müraciət edərək məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, Bərdə Rayon Məhkəməsinin 1(021)- **/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsaən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Amnistiya aktının tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Ərizəni verən şəxs “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Hazırda işsizdir. Himayəsində iki azyaşlı övladı və xəstəlikdən əziyyət çəkən ahıl valideynləri vardır. Ailədə demək olar ki, yeganə qazanc gətirən şəxsdir. Məhkumluğunun olması ona işə qəbul olunmağısında ciddi problem yaradır. Yuxarıda qeyd olunanlara əsasən məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında məhkum Ərizəni verən şəxs vəsatəti müdafiə edərək, vəsatətin məzmununa uyğun izahat verib, vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Ərizəni verən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Ərizəni verən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bərdə Rayon Məhkəməsinin 1 (021 )-**/**** nömrəli, ##.##.2025-cü il tarixli hökmü ilə Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313- cü maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Təyin edilmiş cərimə cəzasından dərhal 1000 (min manat) ödəniş etdikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 2.11-ci bəndinə əsasən cəzadan tamamilə azad edilmişdir. Hazırda işsizdir. Himayəsində iki azyaşlı övladı və xəstəlikdən əziyyət çəkən ahıl valideynlərim vardır. Ailədə demək olar ki, yeganə qazanc gətirən şəxsdir. Məhkumluğunun olması işə qəbul olunmağında ciddi problem yaradır. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ona verdiyi hüquqlardan istifadə edərək Şəki Rayon Məhkəməsinə məhkumluğun götürülməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərarı ilə ərizəsi heç bir əsas olmadan təmin edilməyib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilib məhkumluğun vaxtından əvvəl götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Ərizəni verən şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Ərizəni verən şəxs müdafiəçisi müdafiəçi1 çıxışında məhkumun apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkum Ərizəni verən şəxs məhkumluğunun vаxtındаn əvvəl götütürlməsini xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq, prokuror və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun ərizəsi əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apelyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Iş materiallarından görünür ki, Ərizəni verən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)- **/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsi ilə 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti 4000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Amnistiya aktının tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarla Ərizəni verən şəxs “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Ərizəni verən şəxs vəsatətlə məhkəməyə müraciət edərək məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunu məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (Cinayət Məcəlləsinin 83.3 və 83.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il ## ######## tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətin xarakterinə uyğun olaraq differensasiyası aparılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.5-ci maddəsinə əsasən şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Göründüyü kimi qanunverici məhkumluğun vaxtından əvvəl götürülməsi üçün şəxsin cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut etməsini zəruri şərt olaraq müəyyən etmişdir. Iş mаteriаllаrındаn görünür ki, məhkum Əsədоv Murаd Zаhid оğlunun məhkumluğunun ödənilməsi müddətində nümunəvi davranış göstərməsi və tam islah olunması barədə hər hansı mötəbər sübutlar onun tərəfindən və müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkum Ərizəni verən şəxs sözügedən hökmlə оnа qəti оlаrаq təyin edilmiş 4000 mаnаt məbləğində cərimə cəzаsının 1000 mаnаtını dövlət büdcəsinə ödədikdən sоnrа ##.##.2026-cı il tarixli qərarla “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Belə ki, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən böyük ictimаi təhlükə törətməyən cinаyət törətdiklərinə görə əsаs və yа əlаvə cəzа kimi cərimə cəzаsınа məhkum edilmiş şəxslər, hаbelə əsаs və yа əlаvə cəzа kimi üç min mаnatdаn аrtıq оlmаyаn miqdаrdа cərimə cəzаsınа məhkum edilmiş və yа bu Qərаrın tətbiq edildiyi gün cərimə cəzаsının ödənilməmiş hissəsi üç min mаnatdаn аrtıq оlmаyаn şəxslər cəzаdаn аzаd edilirlər (bu Qərаrın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə аlınmаqlа). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətləri törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, Ərizəni verən şəxs məhkumluğun götürülməsi məhkəmənin hüququdur. Bu hüququn tətbiqi üçün şəxsin həqiqətən islah olunduğu şübhə doğurmamalıdır. Nümunəvi davranış şəxsin cəmiyyət üçün faydalı fəaliyyətlə məşğul olması, əməyə münasibəti, ictimai işlərdə iştirakı və digər aktiv hərəkətlərlə təzahür etməlidir. Məhkum tərəfindən islah olunma dərəcəsini şübhəsiz təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyi üçün, məhkumluğun vaxtından əvvəl götürülməsi sosial ədalətin bərpası prinsipinə uyğun hesab edilmir. Buna görə də birinci instаnsiyа məhkəməsi məhkum Ərizəni verən şəxs məhkumluğunun vаxtındаn əvvəl götürülməsinə dаir vəsatətini təmin etməməkdə hаqlı оlmuşdur. Apellyasiya məhkəməsi də iş üzrə birinci instansiya məhkəməsinin gəldiyini nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzаlаrın Icrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl götürülməsinə dair ərizəsini təmin edilməməsi barədə düzgün qərara gəlmişdir. Məhkum Ərizəni verən şəxs аpellyаsiyа şikаyətinin dəlilləri Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrının ləğv edilməsi üçün əsаs deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Ərizəni verən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, təqsirləndirilən şəxs Ərizəni verən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar